Zahir Əzəmətin “Balaca adam”ı çap olundu

Zahir Əzəmətin “Balaca adam”ı çap olundu
24 aprel 2014
# 15:49

Tanınmış yazar Zahir Əzəmətin “Balaca adam” adlı kitabı işıq üzü görüb.

“Qanun” nəşriyyatında çap olunan kitabda müəllifin 2006-2009-cu illərdə “Alma” qəzetində yayımlanan publisistik yazıları toplanıb.

Kitab yazarın xanımı Sevinc Çılğının onun ad gününə hədiyyəsidir. Qeyd edək ki, sabah Zahir Əzəmətin 39 yaşı tamam olur. Toplunun redaktoru Şəmşad AĞA, tərtibatçısı isə Sevinc Çılğındır.

Sevinc Çılğın kitabla bağlı Qaynar.info-ya bunları deyib: "Zair bəyi təəccübləndirmək çətin məsələdir. Sevməyi və sevindirməyi ondan yaxşı bacaran yoxdu. Çox düşünəndən sonra yaxşı dostların dəstəyi ilə bu kitabı yayımladıq. Zahir bəy sevindi. O SEVİNClidirsə, demək mutluyum, arkadaşlar.".

Kitab haqqında resenziyanı sizə təqdim edirik: “Azərbaycan demokratiyaya doğru daha bir addım atdı” - hər beş ildən bir ölkəmizdə keçirilən seçkilərə sivil dünyanın verdiyi bu soyuqqanlı qiymət məzələnməkdən başqa bir şey deyil. Nə uzaqmış bu demokratiya? Beş ildən bir atdığımız tək addımla, ümumiyyətlə, nə zamansa o «uzaq yaşıl ada»ya qovuşa biləcəyikmi? Buna bir insan ömrü yetərlidirmi?

Bütün emosiyaları bir kənara qoyub, suallarıma cavab tapmaq üçün adi bir hesablama apardım. Nəticələr gözlənilməz oldu.

Qaynar.info

# 2955 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər