writer1

Sevda Sultanova

Məqalə sayı

795
clock12:28 calendar-gray 23 Aprel 2014 view-gray1608 dəfə oxunub
view-gray1608 dəfə oxunub

Antepin nəyini sevdim?

Doğrusu, Qaziantepin adını ilk dəfə türk seriallarında ( “Zərda”, “Yabançı damat”) eşitmişəm.

Türkiyənin Cənub Şərqində yerləşən, daha çox əski - Antep adıyla tanınan bu bölgə ilə bağlı bizim təsəvvürümüz elə də ürəkaçan deyil: mühafizəkar, qatı dindar, yeniliyə qapalı.

Antepdə qaldığım bir həftə ərzində bu təsəvvürün daha çox stereotip olması qənaətinə gəldim.

Təbii ki, şəhərin mühafizəkar, sosial həyata qapalı, yeniliklərə açıq olmayan məhəllələri, insanları da var. Amma ümumilikdə alınan ilk təəssürat pozitivdir.

Böyüklüyünə görə ölkənin altıncı şəhəri Antep sənaye, turizm sahələri inkişaf eləmiş, modern, sakit, xoş məkandır.

Antepdə məni təəccübləndirən şeylərdən biri baş çəkdiyim kafelərdə cazın, blüzun, klassik, retro pop və rok musiqisinin səslənməsiydi.

Məsələn, paytaxt Ankaranın olduğum ən yaxşı kafelərində belə buna rastlamamışam.

Kafe və restoranlarda alkoqollu içkilərin verilməsi azalsa da, şəhərin mərkəzində yerləşən, istənilən içkini təklif edən xudmani, özünü rahat ortamda hiss edə biləcəyin istirahət məkanları var.

Bura əsasən, orta təbəqənin nümayəndələri gəlir.

Suriyadakı müharibədən sonra bölgəyə qaçqın axını başlayıb. Onların gəlişindən sonra Antepdə oğruluq, qətl hadisələri artıb.

Yaşamağa yerləri olmayan qaçqınlar əsasən yaz-yay aylarında parklarda açıq havada yatır.

Ona görə gecələr şəhərin bəzi yerlərində küçələrə tək çıxmaq o qədər də təhlükəsiz deyil.

Bir az imkanlı suriyalılar isə ev kirayələyirlər. Amma kirayənin yalnız ilk ayını ödəyirlər. Sonrakı aylarda kirayə haqqını verməkdən imtina edirlər: “Bizə nə? Gedin pulu Erdoğandan istəyin. Bizi bura o, çağırıb, qayğımıza da qalsın”.

Hətta polisin belə onları evlərdən çıxarmağa gücü yetmir.

Ümumiyyətlə, yerli əhalidə suriyalılara qarşı aqressiya var.

Hətta iş o yerə çatıb ki, anteplilər suriyalıların sıx toplaşdığı məkanlara getməməyə çalışırlar.

...Qonağı olduğum anteplilər orta təbəqənin nümayəndələridir.

Şəhərin nisbətən zəngin məhəlləsində yaşayırlar.

Ev sahibləri deyir ki, əsil-köklü anteplilər AKP-yə səs verməyib və onun siyasətini dəstəkləmirlər.

Sadəcə, bu bölgə iqtisadi cəhətdən çox inkişaf elədiyi üçün Malatyadan, Urfadan, Diyarbakırdan köç edənlərin sayı son illərdə artıb və Erdoğan hökumətini dəstəkləyənlər də əsasən onlardır.

Onların fikrincə, AKP islam dinini manipulyasiya edir, Fətullah Gülən məktəblərində isə islam dini olduğu kimi təbliğ olunur. Hərçənd, onlara görə bu təbliğat da ölçüsünü itirir. Çünki kiçik yaşlı uşaqlara dinin aşırı təbliğ edilməsinin doğru olmadığını düşünürlər.

Onlar əski anteplilərin dinə fanatikcə, aşırı bağlı olmadığını deyirlər.

...Antep zəngin mətbəxi, xüsusən paxlavaları, kababları ilə məşhurdur.

Yolunuz Antepə düşsə, mütləq katmer yeyin.

Antep fıstığı ilə hazırlanan bu şirniyyatın zərif dadı var, mədəyə ağırlıq gətirmir.

Altı əzməli tikə kababından, kaşar pendirli simitindən, köftəli badımcan kababından, alaca, paça şorbalarından da mütləq dadın.

Antepin özəlliklərindən biri burda keçmişlə çağdaşlığın sarılaraq, qucaq-qucağa yaşamasıdır.

Təsadüfi deyil ki, Antep ta qədimdən indiyədək yaşayışın olduğu, dünyanın ən əski şəhərləri siyahısına daxildir.

Şəhərin mərkəzində bir neçə metr hündürlüyündə dairəvi Qaziantep qalası yerləşir. Qalanın tarixi dəqiq bəlli deyil. Ehtimallara görə, romalıların hakimiyyəti dönəmində inşa edilib.

Qalanın yaxınlığındakı qədim tarixə malik çarşı, karvansaray restavrasiya edilib.

...Çarıq Antepin artıq dünyaca məşhur brendlərindən biridir.

Şəhərdə, xüsusən çarşıda zəngin çeşidli çarıq dükanları var. Burda münasib qiymətə, zövqünüzə uyğun çarıq almaq mümkündür.

“Troya”, Harri Potter, “Eragon” filmlərində personajların istifadə etdikləri çəkmələr, çarıqlar, sandallar Antepli usta Orxan Çakıroğlunun əl əməyidir.

Hətta “Troya” filmində baş rolun ifaçılarından biri Bredd Pitt onun hazırladığı çarıqlara heyran olub və O. Çakıroğlu xüsusi çəkmə hazırlayaraq məşhur aktyora hədiyyə edib.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Milli Kitabxanadan 30 min manatlıq jest
17:40 29 Mart 2020
Filmlərin yayımı və nümayişi qaydalarına dəyişiklik edilib
17:01 29 Mart 2020
Şəfiqə Məmmədova ordenlə təltif edilib
15:45 29 Mart 2020
Komada olanda Alim Qasımovu onun yanına niyə çağırdılar? - Müğənni Şəfa haqqında maraqlı faktlar
15:00 29 Mart 2020
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
14:15 29 Mart 2020
Spirtlə dəstəmaz almaq zamanı
13:31 29 Mart 2020
Mərhum Xalq artistinin qonşusu: "Binamızın problemini bircə təbəssümlə həll etdi"
12:30 29 Mart 2020
Dünyanın ən qədim şeiri - 4 min yaşlı mətn
11:41 29 Mart 2020
AzTV-dən evdə darıxanlara sürpriz
11:03 29 Mart 2020
Şərif Ağayarın hekayəsi: “Şeqlov üsulu”
09:30 29 Mart 2020
Xalq şairi vəfat etdi
08:05 29 Mart 2020
Bob Dilan 8 il sonra sükutu pozdu
18:07 28 Mart 2020
Pandemiya günlərinin Təpəgözü
17:33 28 Mart 2020
Gənc şair karantindən şeir yazdı: Mənə kölgəni göndər
16:41 28 Mart 2020
Özünə gizli toy eləyən, içkiyə qurşanıb ailəsini atan, yataqdan videosu yayılan reper – Maraqlı faktlar
15:40 28 Mart 2020
Anar Nağılbazın ən çox istifadə etdiyi söyüş
15:04 28 Mart 2020
Tanınmış müğənnidən cəsarətli addım: "Bir-birimizə dəstək olaq"
14:50 28 Mart 2020
Şahbaz Xuduoğlu: "Kitab sifariş edən daha çox yaşlılardır"
13:17 28 Mart 2020
Seymur Baycandan yeni yazı - Bu əcinnə gərək mənim qarşıma çıxaydı?
12:23 28 Mart 2020
Nazirlik televiziya kanallarına filmlərlə bağlı müraciət etdi
11:28 28 Mart 2020