Madonna film çəkdi
The Weinstein Company Madonnanın rejissor kimi çəkdiyi ikinci filminin satış hüququnu alıb. Kulis.az-ın Collider saytına istinadən verdiyi xəbəbrə görə ”Biz sevgiyə inanırıq” filminin süjeti də məlum olub.
Filmdə Nyu York sakini Uolli Uintrop kral VIII Eduardın və amerikalı Uollis Simpsonin sevgi hekayətinə mübtəla olaraq onu araşdırır. Uolli bunun ideal sevgi hekayəti olduğuna inansa da, araşdırdığı faktlar cütlüyün heç də xoşbəxt olmadığnı göstərir.
Filmin çəkilməsi üçün bir il əvvəl Madonna Böyük Britaniya kraliçasına da müraciət etmişdi və ona bununla bağlı məsləhətlər verilmişdi.
Madonnanın sözlərinə görə film əsl sevginin təbiəti, insanın verdiyi qurbanlar və kompromisslər haqdadır.
Filmi alan Vanşteyn qardaşlarının fikrincə, Madonnanın rejissorluq istedadı var və o, XX əsrin məşhur sevgi romanlarından birini ağıllı, seksual, müasir filmə çevirə bilib.
Madonnanın 2008-ci ildə ekranlaşdırdığı “Çirk və müdriklik” adlı ukraynalı mühacirdən bəhs edən ilk filmi Berlin festivalında soyuq qarşılanmışdı.
Rəna Nevzat

Oxşar xəbərlər
Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında
16:23
13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?
16:00
13 noyabr 2026
Conni Depp Skrucla qayıdır
15:23
13 noyabr 2026
“Children of Blood and Bone” filmindən yeni treyler
13:04
13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası
12:38
13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə
15:11
12 noyabr 2026