Məni sevindirən qadın

Məni sevindirən qadın
15 iyun 2011
# 14:08
Onu ilk dəfə CNN Türkdə, Cüneyt Özdəmirin “5 N, 1 K” verilişində görmüşdüm.
İri mavi gözləri vardı.
Səsi həyatla dolu idi.
Efirdə üzündən heç təbəssüm əskik olmadı.
Üzündə təbəssüm, dilində xalqın sorunları...
Əngəlli idi.
(Bizim dildə olan əlil sözünü sevmirəm, sanki bir damğadır, ona görə əngəlli yazdım)
“5 N, 1 K”ya deputatlığa namizəd kimi çıxmışdı.
CHP-nin İstanbul siyahısında 5-ci idi.
Sonra dostumuz Googledən öyrəndim həyat hekayəsini.
Gənc yaşlarında TRT-də Reha Muhtar ilə bir yerdə çalışıb.
Onu hər kəs gələcəyin böyük televizyonçusu kimi görürdü.
Amma o efiri sevgilisinin uğruna atdı və İsveçrəyə getdi, evləndi.
Və faciə orda oldu.
Qatarın altında qaldı, əli və ayağı yox idi artıq.
Yaşı 19.
Sevgilisi xəstəxanaya da gəlmədi, tezliklə də boşandı ondan.
Amma o üzülmədi, sınmadı, həyat üçün sona qədər savaşdı.
İngiltərəyə gedib magistratura oxudu.
BMT-də çalışmağa başladı, qaçqın düşərgələri ilə məşğul oldu.
15 il sonra Türkiyəyə qayıtdı.
Və bu gün o yeni parlamentin deputatıdır.
Mavi gözlü o qız, Şəfəq Pavey bu mücadiləsi ilə başqa bir mavi gözlünü-Nazim Hikməti xatırladır.
Nazım Hikmət də ölüm cəzası ilə mühakimə olunan vaxtda arvadına təsəlli məktubları yazırdı.
Və elə o qadın Nazim həbsxanada ikən boşanmışdı şairdən.
# 5946 dəfə oxunub

Oxşar xəbərlər

"Bil ki, gorum çatlayar onda" - Səməd Vurğun Yusif Səmədoğluna nə vəsiyyət etmişdi?

"Bil ki, gorum çatlayar onda" - Səməd Vurğun Yusif Səmədoğluna nə vəsiyyət etmişdi?

15:00 9 sentyabr 2025
"Anamdan əmdiyim süd geri qayıtdı" - Həmid Herisçi Anara şeir həsr etdi

"Anamdan əmdiyim süd geri qayıtdı" - Həmid Herisçi Anara şeir həsr etdi

11:26 9 sentyabr 2025
Təcrid, qaranlıq, dəmir barmaqlıqlar... - Həbsxanada yazılan əsərlər

Təcrid, qaranlıq, dəmir barmaqlıqlar... - Həbsxanada yazılan əsərlər

09:00 9 sentyabr 2025
Üzeyir Hacıbəylinin ölümündə günahkar Bülbül və Niyazi idi? - Tarixi faktlar

Üzeyir Hacıbəylinin ölümündə günahkar Bülbül və Niyazi idi? - Tarixi faktlar

12:00 8 sentyabr 2025
Təhlükəli ipucları - Faruk Ulayın hekayəsi

Təhlükəli ipucları - Faruk Ulayın hekayəsi

15:00 7 sentyabr 2025
Öpüşümlə dərərəm barmaqlarını bir-bir – Emin Pirinin şeirləri

Öpüşümlə dərərəm barmaqlarını bir-bir – Emin Pirinin şeirləri

13:22 7 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər