“Möhtəşəm yüzilin” Mustafası

“Möhtəşəm yüzilin” Mustafası
9 aprel 2014
# 12:44

Son günlərin reytinqlərini qırmış teleserialı “Möhtəşəm Yüzıl”ın Mustafasının ölüm səhnəsi çox danışıldı, çox müzakirə edildi. Təsirlənib ağlayanlar da oldu, Sultan Süleymana qarğış yağdıranlar da, Həsən Köz adlı Bursa şəhər sakini daha irəli gedərək Sultan Süleymanı məhkəməyə də verdi və o, iddiayla çıxış etdi ki, Mustafanı boğdurduğuna görə onu sultanlıqdan məhrum etsinlər.

Hətta Bursada dəfn olunan Mustafanın qəbrini ziyarət edənlərin sayı da bir həftənin içərisində xeyli artdı. Bunları deməkdə bir məqsədim var, icazə verin ərz edim. Deməli, televiziya elə təbliğat vasitəsidir ki, insanlara birbaşa təsir edir, inandırır. Demək ki, cəmiyyəti formalaşdırmaq, fikirlərini düzgün istiqamətə yönəltmək də televiziya vasitəsi ilə mümkün ola bilər. Bu, çox savadlı hazırlanmış veriliş, şou proqram, yaxud da istedadla çəkilmiş serial, yaxud bədii film ola bilər. Necə ki, televiziya kanallarımızı səs yarışmaları bürüdü, respublikada oxumayan qalmadı, bircə deyəsən kənddəki nənəm yarışmalara qatılmadı.

İndi televiziyalar mətbəx şoularını efirə gətirir, indi də hamı aşpaz olmaq istəyir. Elə bil bu xalqın dərdi yalnız yemək və oxumaqdır. Kanallarda tək-tük görünən intellektual proqramlar olmasa, adamın lap bağrı çatlayar.

Görəsən nə vaxtsa kitab, mədəniyyət, incəsənət və elm proqramları reytinq qıracaqmı? “Heç vaxt” deməyin. Bəlkə mən də bir vaxtlar “Heç vaxt” deyərdim. Amma hər şey yanaşma tərzindən və məhsulun ortaya qoyuluşundan, informasiyanın düzgün çatdırılmasından asılıdır. Məsələn, tarixə baxaq. Sultan Süleyman böyük oğlu Mustafanı satqınlıqda günahlandıraraq ittiham edir və öldürtdürür. Vəssalam! Burda maraqlı nə var ki? Amma yapımçı şirkəti elə bircə bu fakt üzərində bəlkə bir gecədə neçə milyonluq tamaşaçını özünə cəlb etdi. O faktı elə təqdim etdi ki, hamıya maraqlı oldu.

Əliboş oturmaq lazım deyil. Lazımlı, vacib dəyərləri bir daha dəbə mindirmək üçün onları müasir tərzdə tamaşaçıya təqdim

etmək gərəkdir. Bir fakt qeyd edim: Keçən əsrin 70-ci illərində Amerikada psixoloq və diş həkimi peşələrinə ehtiyac yaranmışdı. Nədənsə tələbələr bu ixtisasları seçmirdilər. Dövlətdən serial çəkən şirkətlərə sifariş verdi və bu peşələri təbliğ edən seriallar çəkildi. Nəticədə bu peşələrə maraq həddindən artıq çoxaldı.

Yaxud, Amerikanın ən varlı qadınlarından olan Opra Uinfri öz şousunda yetər ki, bir kitabın müəllifinin adını çəksin, o əsər tezliklə bestseller siyahısına düşür.

Telekanallarımıza serialları çəkmək üçün məbləğ ayrıldı. Nəticə nə oldu? Hansı uğuru qazandıq? Hansı serialımız dillər əzbəri oldu? Hansında baş verən hadisə günlərlə danışıldı? Az-maz ortaya normal çıxanı oldu. Amma bu məbləğ, məsələn, birləşdirilib, bir kanala verilə bilərdi. Normal ssenari yazılar, aktyorlara normal qonorar verilər, serial çəkilə bilərdi. Hətta xarici rejissorların da təcrübəsindən yararlanmaq olardı. Öyrənmək ayıb deyil ki! Onlar bu işi bizdən daha yaxşı bacarırlar. Gənclərin həyatından bəhs edən bir serial çəkilsəydi, onda nəyi istəyirsən təbliğ etmək olardı. Kitabı da, elmi də, mədəniyyəti də, istəsən. doğru-düzgün yaşamağı da...

Amma bizim serialların sadəcə adını eşidəndə hər şey bəlli olur: “Sonuncu fəsil”, “Toy gecəsi” və s. Xarici seriallarla yoğrulmuş zövqümüzü milli seriallara kökləmək elə də asan deyil. Bunu rejissorlar da bilir. Ona görə özlərinə əziyyət vermirlər. Sadəcə televiziya vaxtını doldura biləcək seriallar çəkirlər.

# 3062 dəfə oxunub

Oxşar xəbərlər

"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?"  - Fellini bizə nə öyrətdi?

"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?" - Fellini bizə nə öyrətdi?

17:56 31 oktyabr 2025
Döyməsinə görə ordudan atılan "Ceyms Bond"  - Şon Konneri ölümdən necə xilas olmuşdu?

Döyməsinə görə ordudan atılan "Ceyms Bond" - Şon Konneri ölümdən necə xilas olmuşdu?

17:49 31 oktyabr 2025
"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

14:28 31 oktyabr 2025
Dövlətin ayırdığı 10 milyon manat haralara xərclənir? - Rejissor Mədəniyyət Nazirliyini sərt tənqid etdi

Dövlətin ayırdığı 10 milyon manat haralara xərclənir? - Rejissor Mədəniyyət Nazirliyini sərt tənqid etdi

18:53 29 oktyabr 2025
Astarada film çəkilişində film kimi dava:  "Mənə dedi ki, yolda maşını çevirib səni öldürəcəyəm"

Astarada film çəkilişində film kimi dava: "Mənə dedi ki, yolda maşını çevirib səni öldürəcəyəm"

18:24 29 oktyabr 2025
Tarantinonun qayıdışı - Bu dəfə aktyor kimi

Tarantinonun qayıdışı - Bu dəfə aktyor kimi

10:58 29 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər