news-inner
clock21:00 calendar-gray 20 İyul 2018 view-gray3118 dəfə oxunub
view-gray3118 dəfə oxunub

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin həyatdan öyrəndikləri

Kulis.az “Esquire” dərgisinə istinadən, əslən çinli olan amerikan aktyorBrüs Linin həyatdan öyrəndiklərini təqdim edir.

Brüs Li 1940-cı ildə San-Fransiskoda anadan olub. Onun atası və anası, Çin operasında aktyor olub. Onlarla döyüş filmində oynayan Brüs Li 1973-cü ildə Honk-Honqda film çəkilişləri zamanı vəfat edib.

MƏN BİR ŞEYƏ ƏMİNƏM Kİ, mahnı oxuya bilmirəm. Baxmayaraq ki, hamıya deyirəm ki, mənim güclü səsim var.

MƏN SİZƏ DESƏM: - mən əla oğlanam, siz düşünəcəksiniz ki, mən lovğalanıram. Bunun tərsini desəm, onda düşünəcəksiniz ki, yalan danışıram.

ŞƏRQLİLƏR DEYİR: “Çevik ol! İnsan sağlığında yumşaq və elastik olur, ölüm onu sərtləşdirir. Bu həm bədənə, həm ağıla, həm də ruha aiddir”

DÖYÜŞÜ BİR ZƏRBƏ İLƏ udmaq olmaz. Ya dözməyi öyrən, ya da cangüdən tut. Qələbələri və məğlubiyyətləri unut, qürur və qüssəni unut! Əgər düşmən sənin cırmaqlayırsa, vur onu. Əgər düşmən səni vuracaqsa, sən onun əlini sındır. Əgər düşmən sənin əlini sındıracaqsa, sən onun canını al. Döyüşdən toxunulmamış çıxmaq haqda fikirləşmə. Hər şeyini qurban verməyə hazır ol. Hətta həyatını da.

SU KİMİ hərəkət et. Şüşə kimi donub durmağı öyrən. Əks-səda kimi cavab ver.

PULUN BİRBAŞA mənası yoxdur. Bu sadəcə müəyyən olunmuş hədəfə çatmaq üçün bir vasitədir. Bilmək lazımdır ki, pul nəyə qadirdir, nəyə yox. Atam mənə deyərdi: “Bu il sən 10 dollar qazanmısan. Gələn il isə 5 dollar qazana bilərsən. Hazır ol”.

ƏGƏR SABAH ÇAŞ-BAŞ qalmaq istəmirsənsə, elə bu gün həqiqəti söylə.

QƏRB TƏHSİLİ bir şeyi öyrədir, şərq təhsili digərini. Belə demək olar: “Bu barmaqlarla bu işi görmək olar, bunlarla isə başqa. Amma bütövlükdə əl ilə daha yaxşı iş görmək olar”.

AMERİKALI palıd kimidir, o, yer üzündə möhkəm dayanır, küləkdə əyilmir, əgər ondan da güclü külək əsəcəksə, o zaman sınır. Şərqli isə bambuk kimidir, o, küləkdə əyilir, amma sonra düzəlir və daha güclü olur.

MÜDRİK insan, axmaq bir sualdan çox şey öyrənir. Amma axmaq insan müdrik cavabdan heç nə öyrənmir.

BÜTÜN DAHİ MÜƏLLİMLƏRİ bir otağa toplayın, onlar hər şey barəsində ümumi razılığa gələcəklər. Amma onların tələbələrini toplasanız bir otağa, onlar sadəcə mübahisə edəcəklər, razılığa gələ bilməyəcəklər.

HƏYATI SEVİRSƏNSƏ, vaxt itirmə. Çünki həyat vaxtdan düzəldilib.

news-inner-user
Günel Əsgərzadə

241 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Övladlarınız haqqında dahiyanə sitatlar
21:00 10 Dekabr 2019
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabı təqdim olunub
18:45 10 Dekabr 2019
Məşhur rok ulduzu dünyasını dəyişdi
18:12 10 Dekabr 2019
Salam, Azərbaycan! Salam, Bakı! - Əhməd Abdullayev yazır
17:30 10 Dekabr 2019
Ərdoğandan Orxan Pamuka terrorist ittihamı
16:45 10 Dekabr 2019
Əlilliyi olan şagirdin faciəvi həyat hekayəti
16:30 10 Dekabr 2019
Zorakılıqla bağlı sənədli tamaşa təqdim olunacaq - "O qadın"
15:51 10 Dekabr 2019
Üç qardaşını cəbhədə itirən, atasının ölümünü oğlundan gizlədən, tərk etdiyi ərini ömür boyu sevən Xalq artisti – Maraqlı faktlar
15:30 10 Dekabr 2019
Aktyor ağciyər xərçəngindən dünyasını dəyişdi
14:40 10 Dekabr 2019
Rus hərbçisindən mərclə tank udan jurnalist – Səfər Alışarlı yazır...
14:01 10 Dekabr 2019
Əyninə güllü şortik geyinmiş qoca “Nobel”
13:29 10 Dekabr 2019
"Mələk" təqdim olundu
12:52 10 Dekabr 2019
“Yevgeni Onegin”in ilk nəşri hərraca çıxarılacaq
12:15 10 Dekabr 2019
Nəbi Xəzrinin oğlu: “Ağlaya-ağlaya ölüm tez gəlsəydi, deyirdi” - Müsahibə
11:33 10 Dekabr 2019
Xalq artisti dünyasını dəyişdi
11:06 10 Dekabr 2019
Ögey anaların və qayınanaların qisası
10:45 10 Dekabr 2019
İlham Qəhrəmanın kitabı akademiyada müzakirə olunacaq
10:15 10 Dekabr 2019
"Golden Globes-2020" mükafatlarına namizədlər bəlli oldu - Siyahı
09:46 10 Dekabr 2019
Ölməyə gəlmişəm! - İsi Məlikzadənin hekayəsi
09:01 10 Dekabr 2019
Məşhur musiqiçi Nəsimiyə kompozisiya həsr edib
18:51 09 Dekabr 2019