news-inner
clock08:45 calendar-gray 01 Aprel 2014 view-gray4399 dəfə oxunub
view-gray4399 dəfə oxunub

Peyğəmbərin saqqalını Hitlerdən necə gizlətdilər?

Kulis.Az Soner Yalçının “391 sandıq xəzinə” məqaləsini təqdim edir.

Bu günlərdə kinoteatrlarda real hadisələr əsasında çəkilmiş “Xəzinə ovçuları” filmi nümayiş olunur. Filmdə İkinci Dünya Müharibəsi zamanında nasistlər tərəfindən oğurlanan sənət əsərlərinin arxasınca düşən bir neçə sənət adamının başlarına gələnlərdən bəhs olunur. Müharibə zamanı İstanbuldakı “Müqəddəs əmanətlər” və sənət əsərləri necə qorunmuşdu? Gizlicə hara aparıldı? Gizli əməliyyat əmrini kim verdi? Əməliyyata kim rəhbərlik edirdi?

Hitlerin ordusu Trakiyaya çatmışdı.

Türk odusu Trakiyada “Çakmak xətti” deyilən müdafiə xətti qurdu.

Tarix: 26 yanvar 1943

Prezident İsmət İnönü uzun zaman idi ki, evində xəstə yatırdı. Xəbər verdilər ki, İngiltərə baş naziri Çörçill təcili onunla görüşmək istəyir.

Mövzu məlum idi. Türkiyənin onlarla birlikdə müharibəyə girməsini istəyirdilər.

Dəftərinə belə bir qeyd yazdı: “Düz nazirliyə getdim. Şükrü Saracoğlu ingilis səfirinin ona verdiyi xəbərdən danışdı və məktubu göstərdi. Çörçill mənimlə heç olmasa baş nazirlə birlikdə görüşmək istəyir. Kipri təklif edir.

Müdafiə nazirlərinin marşal Fevzi Çakmak ilə görüşməsini təklif edir. Xüsusi olaraq həm öz tərəfindən, həm Amerika prezidentinin göstərişi ilə gəldiyini vurğulayır.

Görüşün son dərəcə gizli qalmasını da təkid edir. Xəbər bundan ibarətdi.


Saracoğlu ilə birlikdə yemək yedik. Məsələni ətraflı şəkildə müzakirə etdikdən sonra danışacağımız mövzuları müəyyən edərək görüşməni qəbul etdiyimizi dərhal bildirmək qərarı verdik.

Mənim ölkədən kənara çıxmağım mümkün deyil. Çörçill ölkənin hər hansı bir yerinə gələrsə məmnun olaram. Gələ bilməsə baş nazir Marşalla birlikdə Kiprə gedəcək. Bu halda cavab verəcəyik.”

Ak Med­re­se-Sa­rı Han

İki gün sonra…

“Baş nazir xəbər verdi. Çörçilldən cavab gəlib. Rəsmi və gizli görüş keçirtmək üçün Adanaya gələcək. Yanında generallar olacaq. Ən az 24 saat qalacaq. Müsbət cavabımdan çox məmnun qaldığını bildirir. Ayın 30-u üçün Adana ətrafında baş tutacaq bu görüşün təfərrüatları hazırlanmağa başlandı.”


Tarix: 29 yanvar 1943

Sa­at: 09:30…

Yeddi il əvvəl Almaniyadan alınan və pəncərələrin altına qədər tünd göy, üst hissəsi ağ olduğu üçün xalq arasında “Atatürkün ağ qatarı” kimi tanınan qatar Kayaşdan yola düşdü. Prezident İnönünü aparan qatarın istiqaməti Adana idi!

347 km sonra qatar qəfildən Niğdədə dayandı. Şəhərin vəzifəli şəxslərinə xəbər verilməmişdi. Sadəcə Lütfü Turanbekə məlumat verildi.

İnönü əvvəlcə 1409-cu ildə tikilmiş Ak Medreseye, sonra isə 1357-ci ildə inşa olunan Sarı Hana getdi.

Prezident İnönü müharibə ölkə sərhədinə yaxınlaşmışkən, mühüm bir görüşdə iştirak etməsi vacib ikən niyə gizlincə bu iki yeri ziyarət etmişdi?

Gizli əməliyyat

Bir il əvvəl…

Hitlerin Anadoluya girəcəyi planından xəbərdar olan prezident İnönü gizli bir əmr verir.

Alman təyyarələri İstanbulu bombalaya bilərdi. Topqapı sarayı, Türbələr muzeyi və İstanbul Arxeoloji muzeyindəki “Müqəddəs əmanətlər” və sənət əsərləri, tarixi kitablar zərər görə bilərdi. Etibarlı bir yerə aparılması şərt idi.

Hazırlıqlar gizli şəkildə aparıldı. İçi, çölü sinkdən ibarət 391 sandıq hazırlandı. Bəzi sandıqların içində gizli hissələr də vardı. Sandıqların içinə “Müqəddəs əmanətlər” olduqca ehtiyatla yerləşdirildi: Hır­ka-i Saa­det, Hır­ka-i Sa­ade­ti­n saxlandığı qızıl sandıq, Həzrəti Məhəmmədin ayaq izi, Həzrəti Məhəmmədin saqqalı, Həzrəti Məhəmmədin dişinin bir parçası, Həzrəti Məhəmmədin qəbir torpağı, Həzrəti Məhəmmədin möhürü, Həzrəti Məhəmmədin qılıncları və qılıncının qını; oxu və yayı; yalançı peyğəmbərə göndərdiyi məktub, Kəbənin qapılarından biri və açarı və başqa əmanətlər…

“Müqəddəs əmanətlər”, sənət əsərləri və bəzi kitablar 48 vaqona yerləşdirildi. Heç kəsə xəbər verilmədən Niğdəyə aparıldı.

Qatarda Topqapı sarayı ikinci müdürü Lütfü Turanbek və 30 nəfər muzey işçisi və ailələri vardı. Müharibənin sonuna kimi Niğdədə qalacaqdılar və Ak Medrese və Sarı Handa saxlanılan “Müqəddəs əmanətləri” və sənət əsərlərini qoruyacaqdılar.

Niğdəlilər müharibə dövründə 30 məmurun qəfildən muzeylərinə gəlmələrinin səbəbini bilmədilər.

Əsərlər 1947-ci ilə qədər burda qaldı. Sonra yenə də gətirildiyi kimi gizli şəkildə İstanbula göndərildi.

Baxın, xaricilər sənət əsərlərinin necə qorunması mövzusunda film çəkirlər, biz isə öz tariximizi heç bilmirik.


Gedin, London Milli Qalereyasına…

Gedin, Sankt-Peterburqdakı Ermitaj muzeyinə…

İkinci Dünya Müharibəsi zamanında Hitlerdən sənət əsərlərini necə qorumalarının sənədli filmlərini göstərirlər, disklərini satırlar.

422 sandıq sənət əsəri

Ermitaj muzeyi …

“Muzeylərin anası” olaraq tanınır.

1764-cü ildə yaradılıb.

Dünyanın ən önəmli sənət mərkəzlərindən biri sayılan Sankt-Peterburqdakı muzeydə 16 min rəsm, 12 min heykəl, 700 min arxeoloji tapıntı və bir milyon sikkə-medal daxil olmaqla təxminən 3 milyon əsər vardır.

Leonardo da Vinçi, Rembrand, Rubens, Tisiano Veçelli, Botiçelli, Rafael, Karavacco, Van Qoq, Pikasso, Matis, Qoya və başqa kimlər yoxdur ki?!

İl: 1941

Sankt-Petreburq, o zamankı adı ilə Leninqrad Hitler tərəfindən mühasirəyə alınmışdı.

Cosef Orbelli Ermitaj muzeyinin müdiri idi.

Alman ordusunun şəhəri işğal etməsindən qorxan Orbelli muzey xəzinələrinin köçürülməsi üçün ciddi bir plan hazırladı.

Əvvəla könüllülərə ehtiyacı vardı. Çünki minlərlə sənət əsəri qablaşdırılacaq, diqqətli şəkildə daşınacaq və qorunacaqdı.

Şübhəsiz ki, hamısını köçürmək mümkünsüz idi. Bəzilərini muzeyin yeraltı depolarında saxlamaq məcburiyyətində idi. Könüllülər tapıldı.

İyul ayının əvvəlindən etibarən minlərlə könüllü altı gün çox gərgin şəkildə işlədilər. Sənət əsərlərinin bir hissəsi 422 sandığa yerləşdirildi.

Sənət əsərlərinin Ural dağlarına köçürüləcəyi çox az adama bildirildi.

Əsərlər yük maşınları və qatarlarla Ural dağlarına aparıldı.

Alman təyyarələri iki ay sonra şəhəri bombalamağa başlayan zaman 1899 və 1907-ci illərdə imzalanmış mədəni irsin qorunması sözləşməsinə baxmayaraq ilk bombanı elə Ermitaj muzeyinə atdı.

Qalan sənət əsərləri muzeyin yeraltı deposunda, muzey personalı, könüllülər və akademiklərdən ibarət olan iki minlik qrupla eyni taleyi bölüşəcəkdi.

Mühasirə zamanı muzeyə çox zərər dəydi.

İnanılmaz çətinliklərə baxmayaraq sənət əsərlərini yeraltı depoda olan sənətçilər qoruya bildilər.

Mühasirə 1944-cü ilin yanvarında sona çatdı. Əsərlər Ural dağlarından geri gətirildi.

Ermitaj 1945-ci ilin oktyabrında qapılarını ziyarətçilərə açdı.

İkinci Dünya Müharibəsi zamanı bu əsərlər qorunduğu üçün bu gün ən çox tablo saxlanan muzey olaraq Ginnesin Rekordlar Kitabında yer alır.

Kömür mədənində xəzinə…

London Milli Qalereyası...

Kral IV Corc 1824-cü ildə varlı rus bankir və kolleksioneri olan Con Culios Angerşteynin Londonun məşhur Trafalqar meydanında yerləşən evini alaraq muzeyə çevirdi.

XIII yüzillikdən XX yüzilliyə qədər dövrü əhatə edən bir çox tarixi əsərlə bərabər 2300 tablonun olduğu muzeyin sahibi Birləşmiş Krallıqdır.

İkinci Dünya Müharibəsinə qatılmağa qərar verən İngiltərənin planlarından biri də London Milli Qalereyasındakı vacib əsərlərin köçürülməsi idi.

Əsərlər Kanadaya aparmaq fikri mübahisə doğurdu. Çörçill bu fikrə qarşı çıxdı.

Hava hücumlarından qorunmaq məqsədilə əsərlərin Şimali Qallerdəki bir kömür mədəninə köçürülməsinə qərar verildi.

Əvvəlcə əsərlərin yerləşdiriləcəyi mədən düzəldilib qaydaya salındı. Əsərlərin isti və nəmin təsirindən korlanmaması üçün bir sıra işlər görüldü (Bu işlər 1949-cu ildən etibarən ilk kondisionerli qalereyaların açılmasına gətirib çıxardı).


Tablolar üçün təmir komandası və restavrasiya studiyası yaradıldı. Mədən hazır vəziyyətə gətirilən kimi əsərlər qatarla, yük maşınlarıyla köçürülməyə başladı. Heç də asan iş olmadı. Məsələn, Van Deykin çəkdiyi I Çarlz portreti çox böyük olduğundan köçürülmə zamanı problemlər yaşandı, dəmiryolu körpüsündə ilişdi.

Kömür mədənində əsərləri qorumaq çox çətin idi, məsələn, tabloların üstünə iki dəfə qaya düşdü.

Bu müddətdə Londonda bəzi ilklər yaşandı.

İlk dəfə muzeydə sərgi açılışları edildi. Hər ay bir əsər sərgiləndi; “ayın rəsmi” layihəsi çərçivəsində birinci Rembrandın tablosu mədəndən gətirilib sərgiləndi. Xalqda ruh yüksəkliyi oyatmaq üçün ilk dəfə muzeydə Mira Hess və Mura Limfany kimi sənətçilər konsertlər verdilər.

Bütün bunlar muzeyin bombalanmasına baxmayaraq davam etdi. Müharibə bitdikdən sonra muzey qısa bir müddət ərzində bağlandı. Təmir işləri getdi və 1945-ci ildə mədəndəki əsərlər gətirilən kimi muzey açıldı.

Eyni il muzey müdiri Kennet Klark əsərlər təkrar muzeyə qayıtdıqdan sonra təqaüdə çıxmaq istədiyini bildirdi. Müharibə müddətində London Milli qalereyasında baş verənlər muzey işi haqqında təsəvvürləri köklü surətdə dəyişdi.

Evdən çıxan 1500 tablo

Ötən ilin sonunda Almaniyanın Münih şəhərindəki bir mənzildən 1939-cu ildən itmiş sayılan 1500 rəsm əsəri tapıldı.

80 yaşında olan Cor­ne­li­us Gur­litt malik olduğu rəsm əsərlərini 68 il müddətində evindəki konserv qutularından əmələ gəlmiş bir yığımın arxasında saxlamışdı. Rəsm əsərləri Gur­lit­tə atası Hil­debrand Gur­lit­tdən qalmışdı.

Ata Hil­deb­rand Hitlerin 1938-ci ildə nasistlərin Müsadirə Komitəsinə təyin etdiyi müasir alman sənətinin dörd təcrübəli təəssübkeşlərindən biri idi. Vəzifəsi Hitlerin, Gö­rin­g­in və Göb­bels əmriylə “qeyri-ənənəvi sənət” növlərini məhv etmək idi.

20 mart 1939-cu ildə 1004 ədəd rəsm və heykəl, 3825 ədəd sulu boya, qravüra və rəsm əsərləri Berlin Yanğınsöndürmə binasının bağçasında yandırıldı.

Gurlitt bu rəsmlərin dəyərindən xəbərdar idi. 1941-ci ildə Matis rəsmləri 2600 sterlinq, Pikasso rəsmləri 880 sterlinqdən alınırdı. Məlum olur ki, Gurlitt bəzi əsərləri yandırmayıb, özünə saxlayıb.

Gur­litt 1945-ci ildə Bamberq yaxınlığında müttəfiq əsgərləri tərəfindən tutulurdu. Sonradan məlum oldu ki, Gurlitt, ya da oğlu mindən artıq əsəri gizlədə bilmişdi.

O da məlumdur ki, Hitler gəncliyində rəssam olmaq istəmiş, amma bacara bilməmişdi. İki dəfə 1907 və 1908-ci ildə qəbul olmaq istədiyi Vyana Akademiyasından rədd cavabı almışdı. Açıqcalardan üzünü köçürtdüyü mənzərə rəsmlərini, dükanlara və turistlərə sataraq dolanmağa çalışmışdı. Yəni Hitler sənətə çox bağlı idi.

Diktatorluğu müddətində Führer muzeyi adlı muzey tikdirmişdi. Xüsusilə ölüm düşərgələrinə göndərdiyi yəhudilərin evlərindəki, ya da işğal etdiyi Fransa, Hollandiya, Belçika, Avstriya, Çexoslavakiya, Polşa və Rusiyadakı dəyərli tabloları muzeyə gətizdirdi.


Çox da uzatmayacam, 1940-cı ildə “Mədəni irsin düşmən dövlətlərdən Almaniyaya gətirilməsi” layihəsini həyata keçirməyə başlayan Göbbels də sənət kolleksioneri idi.

Bu əsərlər hazırda məhkəmə mövzusudur. Ailələr və ölkələr sənət əsərlərini geri almaq üçün hüquqi mübarizəni hələ də davam etdirirlər.

Uyğunlaşdırdı: Elnarə Ağaoğlu

Oxşar xəbərlər

Xəbər lenti

Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
13:37 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020
Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020