İsrafil İsrafilov: “Bu, bir aprel zarafatıdı, sadəcə dostlarımız tələsib”

İsrafil İsrafilov: “Bu, bir aprel zarafatıdı, sadəcə dostlarımız tələsib”
27 mart 2014
# 14:14

Akademik Milli Dram Teatrının adının çəkilməsini istəməyən bir qrup narazı aktyorlarının yaxın günlərdə etiraz aksiyası keçirəcəyi ilə bağlı məlumatlar yayılıb. Saytlardan birinin məlumatında deyilir ki, aktyorlar direktordan, idarəçilik sistemindən, onun gördüyü işlərdən narazılıqlarını ifadə edib, aksiyada onun istefası tələb edəcəklərini bildiriblər: “Buraya rəhbər vəzifəsinə gəldikdən bu günədək teatrda apardığı islahatlar işimizi irəliyə aparmaq əvəzinə daha da geriyə çəkir. Bundan başqa islahatlar nəticəsində də bəzi aktyorlar işdən kənarlaşdırılır. Bunun üçün yaxın günlərdə bir yerə toplanaraq İsrafil İsrafilovun Teatrda rəhbər kimi istefasını tələb edəcəyik".

Məlumatla bağlı teatrın direktoru İsrafil İsrafilov Kulis.Az-a danışaraq bunun absurd olduğunu söylədi: “Aksiya keçirirlərsə desinlər. Necə aksiya keçirəcəklər? Çıxıb küçədə etiraz edəcəklər? Gülünc bir informasiyadır. Ola bilər ki aksiya keçirib teatrın qabağında mənim heykəlimi qoymağı tələb etsinlər (gülür). narazılığını söyləyən üç adamı belə tapa bilməzsiniz... Aktyorları danışdırın, Firəngiz xanıma, Nurəddin Mehdixanlıya, Hacı İsmayılova, hətta məndən narazı olan Zemfira Nərimanovaya zəng edin. Gəncləri danışdırın. Daim kollektivlə ünsiyyətdəyəm. Mən onları necə basqıda saxlaya bilərəm? Mənim əlimdə hansı güc var? Ola bilər, tamaşalarda kimisə tənqid edim, bu, yaradıcı prosesdir və necə deyərlər, ailə işimizdir. Mətbuatın işi belə dezinformasiya yaymaq olmamalıdır”.

Vaxtilə direktor İsrafil İsrafilovdan ən çox narazılıq edən aktrisa, xalq artisti Zemfira Nərimanova isə hər hansı bir etirazdan xəbəri olmadığını söylədi: “Nədən narazıdırlar ki? mənim heç nədən xəbərim yoxdur. İsrafil İsrafilovla ən çox düşmənçilik edən mən olmuşam. Amma gərək düzünü danışaq. Çox işlər gördü. Teatrda hər gün tamaşalar oynanılır. Aktyorların məvacibləri vaxtında verilir. Niyə narazı olsunlar ki? Olsam mən olardım. Teatra az-az gedirəm. Cəmi bir tamaşada oynayıram. İndi başımı başqa işlərlə qatıram. Mən narazılıq etmirəm. Onlar nədən narazıdır ki? Tamaşaları var, oynayırlar.”

# 5205 dəfə oxunub

Oxşar xəbərlər

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər