Məşhur aktyor: "Uşaqları olan adam içməməlidir"

Məşhur aktyor: "Uşaqları olan adam içməməlidir"
19 mart 2014
# 08:30

Aktyor Brüs Uillis 1955-ci ilin bu günü dünyaya gəlib. Kulis.Az “Esquire” dərgisinə istinadən məşhur aktyordan maraqlı sitatları təqdim edir.

Mən balaca olanda, 40 yaşlı adamlar mənə qoca görünürdülər. Mən indi illərin yükünü hiss etmirəm, amma üzümdə qırışlar hiss edirəm. Çox gülmüşəm. Özümü ruhən 25 yaşında hiss edirəm. Amma içkini atmışam. Məncə, uşaqları olan adam içməməlidir. Mən öz uşaqlarımın xatirinə daha çox yaşamaq istəyirəm. Onlarla qaçmaq istəyirəm.

Uşaqlarımı böyüdərkən, əsas bir şeyi öyrəndim: İnsanın qaydaları olmalıdır. İnsan, günahkar olduğu halda məsuliyyətli olmalı və günahkar olduğunu etiraf etməlidir. Beləcə uşaqlar, sənin etiraf etdiyini biləcək və etiraf etməyi öyrənəcəklər. Məsələn, onlara deyirəm ki, insanları narahat etməyin. Açığı bu, qızlarım uşaq olarkən onlara ən çox verdiyim nəsihətdir.

Övladlarımı güldürürəm. Qəribə hərəkətlər edirəm və onlara saflığın gözəl olduğunu göstərirəm. Məncə uşaqları güldürmək lazımdır. Düşünəcək çox şey yoxdu. Əcaib-qəraib hərəkətlərlə başlaya bilərsiniz. Onları həqiqətən güldürəcək hər şey işinizə yarayacaq.

İlk dəfə ölümü düşündüyüm an ilk qızımın dünyaya gəldiyi andır.

Daha az insanla əylənməyə üstünlük verirəm. Uşaqlarıma və həyat yoldaşıma aşiqəm. Dostlarım tez-tez bizə gəlir. Uşaqlarım yanımda mümkün qədər çox olmağa çalışırlar. Birlikdə axşam yeməyi yeyib, yaxşı vaxt keçiririk.

Filmlərdə rol oynamağa başlayanda, qaça bilmirdim. Cəld tərpənə bilmirdim, yumruq ata bilmirdim. İdmana başladıqdan sonra, rollarımı daha yaxşı oynamağa başladım.

Mən bilirəm, məşhur olmaq nə deməkdir. Və bunun hesabına mən həm də əsl dostluğun nə olduğunu bilirəm. Mənim dostlarımın əksəriyyəti mənim kasıb vaxtlarımdan qalanlardır. Onlar bir nəfər kimi mənim indiki vəziyyətimə ciddi yanaşmamağıma kömək olurlar.

İnsan həyatı təxminən belə bir rəsmə bənzəyir: o doğulur yeriməyə başlayır, güclənir, sonra yaşlanır, beli bükülür, ayaqları tutmur... İnsan bu tablonu otağında asmalı və hər gün qalxanda özünün hansı yerdə olduğunu görməlidir. Onda insan biləcək ki, nə qədər ömrü qalıb və vaxtını boş yerə xərcləməməlidir. 90 il yaşasan da, həyat qısadır. O həyatı dolğun yaşamaq lazımdır. Hər dəqiqənin, hər anın qədrini bil, sonra bir gün gözünü açanda görəcəksən gecdir. Mən əminəm ki, bütün insanlar üçün ölüm gözlənilməz gəlir.

# 4491 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

16:00 28 oktyabr 2026
"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

15:00 28 oktyabr 2026
Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

10:00 27 oktyabr 2026
Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

15:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər