news-inner
clock09:00 calendar-gray 14 Mart 2014 view-gray4728 dəfə oxunub
view-gray4728 dəfə oxunub

Başı yekə, pinti, gec danışan dahi

Yəhudi əsilli alman fiziki Albert Eynşteyn 14 mart 1879-cu ildə anadan olub. Nisbilik nəzəriyyəsi, xüsusilə də cisimlərin kütlə və enerjiləri arasındakı məşhur E=mc² münasibətinə görə məşhurdur. 1921-ci ildə nəzəri fizikadakı xidmətlərinə, üstəlik fotoelektrik effekt qanunun kəşfinə görə Nobel mükafatına layiq görülüb. Eynşteynin fizika elminə bəxş etdiyi digər töhfələr arasında xüsusi nisbilik nəzəriyyəsi, ümumi nisbilik nəzəriyyəsi, nisbi kosmologiya sahəsində tədqiqatları, kapilyar hərəkət, kritik opalesensiya, statik mexanikanın klassik problemləri və onların kvant fizikasına tətbiqi məsələləri, məhlullarda Braun hərəkətinin izahı, monatomik qazların kvant nəzəriyyəsi, aşağı radiasiya sıxlıqlarında işığın istilik xüsusiyyətləri (Eynştyen bununla Foton nəzəriyyəsinin əsasını qoyur), süni (və ya həyəcanlaşdırılmış) şüalanma da daxil olmaqla radiasiya nəzəriyyəsi, eynicinsli sahə nəzəriyyəsi və digər elmi tədqiqat işlərini göstərmək olar. 1999-cu ildə“Time” jurnalının keçirdiyi səs sorğularına əsasən "Əsrin adamı" və tanınmış fiziklər arasında keçirilmiş sorğulara görə isə “Bütün dövr və xalqların ən böyük fiziki” adlarına layiq görülüb. (Wikipedia)

Kulis.az Eynşteyn haqda maraqlı faktları təqdim edir.

1. Başı yekə Eynşteyn

Eynşteyn başı yekə, özü də kök bir uşaq olub. Doğularkən başı o qədər böyük olub ki, deformasiyaya uğrayıb. Əvvəlcə elə biliblər ki, uşaq anormaldır. Ancaq sonradan bəlli olub ki, uşaqda hər şey qaydasındadır. Bundan sonra anasını uşaqla birlikdə evə buraxıblar. Sonradan Eynşteynin nənəsi bir müsahibədə onun haqda belə demişdi: “Eynşteynin uşaqlığı digər uşaqlara nisbətən bir addım gec başlamışdı…”

2. Danış, Eynşteyn

Eynşteyn uşaqlığında danışmaqla bağlı problem də yaşayıb. Dili çox gec açılan Eynşteyn, dil açandan sonra da yavaş danışırmış. Doqquz yaşına qədər belə davam eləyib. Anası və atası onun xəstə olduğunu düşünüb çox qorxurmuşlar. Ancaq bir dəfə, axşam yeməyi zamanı səssizliyi balaca Eynşteyn pozdu: “Bu yemək çox istidir”. Ondan indiyə qədər niyə danışmadığını soruşduqda isə bu cür cavab verir: “Çünki indiyə kimi hər şey qaydasında idi”.

3. Eynşteyn lövhəsi

Eynşteyn İngiltərənin Mançester Universitetində fizikaya aid mühazirə oxuduğu vaxt, yazı taxtasına bir formul yazır və mühazirəni davam etdirir. Yenidən o tərəfə döndükdə formulu görmür. Məlum olur ki, tələbələr Eynşteyndən yadigar qalsın deyə, yazı taxtasını götürüb, yerinə başqasını qoyublar. Həmin lövhə qorunur.

4. Eynşteyn skripka çalır

Eynşteyn skripkada və pianoda çalmağı çox sevərmiş. 14 yaşı olanda evdə konsert veribmiş. Motsartı çox sevirmiş. Eynşteyn bir dəfə yoldaşları ilə restoranda oturanda başqalarının cingiltisi, musiqi səsləri, danışıqlar onu fikirli vəziyyətdən çıxarır. O, sakitcə yerindən durub skripka çalana yaxınlaşır və ondan skripkanı alıb özü çalır. Xeyli sonra üzr istəyərək skripkanı sahibinə qaytarır.

5. Pinti Eynşteyn

Eynşteynin həddindən artəq səliqəsiz idi. Həmişə görkəmini tamam itirmiş dəri kurtka geyərdi, saçlarını vurdurmazdı, corab geyməzdi, qalstuk bağlamazdı, şalvara toqqa taxmazdı. Priston İnstitutunun dosenti İnfeld deyirdi ki, Eynşteynə görə, insana yalnız ayaqqabı, şalvar, köynək, pencək, lazımdır. İnsan kiçik şeylərə çox vaxt sərf edir.

6. O, hələ asılmayıb

Nasistlərin ölüm siyahısındakı birinci şəxs Eynşteyn idi. Hətta Hitler düşmənlərinin fotoşəkilləri xüsusi albomlarda saxlanılırdı. Bu şəkillərin içərisində Eynşteynin fotosu da vardı. Orada yazılmışdı: “Hələ asılmayıb”.

7. Kəşfləri dəlilər edir

Bir dəfə Eynşteynə sual verirlər ki, «Necə oldu ki, siz nisbilik nəzəriyyəsini kəşf edə bildiniz?

Cavabında Eynşteyn deyir:

“Bunu bilmək üçün gəlin ümumiyyətcə araşdıraq görək, kəşf nədir, onu necə edirlər. Bax, təsəvvür edin ki, elm min-min il ərzində inkişaf edib və öz qanunları ilə müəyyənləşdirib ki, nəyi etmək olar, nəyi yox. Elmi dərindən bilən adamlar da, onun qadağan etdiyi şeyləri etmirlər, çünki bilirlər ki, bu filan-filan qanunlarla ziddir. Birdən bir dəlisov peyda olur və bilmir ki, nəyi etmək olar, nəyisə yox. Xəbərsizliyinə görə də, əvvəl qadağan hesab olunan şeyləri edir və nə isə yeni bir kəşf alınır. Nəticədə hamı görür ki, sən demə, belə də etmək olarmış”.

8. Bir fotonun qısa tarixi

Enşteynin ən məşhur fotosu-dilini çıxardığı foto-jurnalist və fotoqrafların onu bezdirməsi nəticəsində yaranıb. Jurnalist ondan "kameraya gülümsəməyi" rica etdikdə o bu şəkildə reaksiya verib.

9. Eynşteynin beynini saxlayırlar

1955-ci ildə Eynşteynin vəfatından sonra onun beyni çox yaxın qohumlarından olan Tomas Stoltz Harvey tərəfindən alındı. Onun beynini xüsusi maddənin içində saxlayırdılar. Sonrakı illərdə onun beynində müxtəlif ekspertizalar aparmışdılar. Bəlli olmuşdu ki, Enşteynin onun beyni normal beyindən xeyli böyükdür. Onu müqəddəs bir şey kimi qoruyub saxlayan Tomas Stoltz sonralar Eynşteynin beynini bir universitetə bağışlamışdı.

Oxşar xəbərlər

Xəbər lenti

Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020
Kuklada uşaqlar üçün tamaşa
15:37 08 İyul 2020
Məşhur rəssamın əsəri tapılıb
14:59 08 İyul 2020
Azərbaycanda orkestr rəhbəri həbs edildi
14:18 08 İyul 2020
Xəsil adam - İlham Əzizdən yeni hekayə
14:10 08 İyul 2020
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: sürgündən qayıdanda arvadı başqası ilə evlənmişdi - İnanılmaz faktlar
13:18 08 İyul 2020
Elzanın başındakı qıjıkimilər - Sərdar Amin yazır
12:36 08 İyul 2020
Türkiyəli aktrisa vəfat etdi
12:01 08 İyul 2020
Bu, Allaha qarşı küfrdür – Gənc şair həmkarını tənqid etdi
11:20 08 İyul 2020
“Üzüklərin hökmdarı” geri qayıdır
10:47 08 İyul 2020
Elzanın yeni şəkli müzakirəyə səbəb oldu - Foto
10:12 08 İyul 2020
Kitabxana maraqlı layihəyə başlayır
09:30 08 İyul 2020
Üzündəki ipəyi qaldıranda oğlum özünü çölə atdı - Bircə atasının ölümündən yazır...
09:00 08 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
18:44 07 İyul 2020
Əfsanəvi musiqiçi vəfat etdi
18:09 07 İyul 2020
Bizim üçün qızılgül – Cavanşir Yusifli yazır...
17:30 07 İyul 2020