writer1

Mirmehdi Ağaoğlu

Məqalə sayı

544
clock12:41 calendar-gray 13 Mart 2014 view-gray3348 dəfə oxunub
view-gray3348 dəfə oxunub

İmamın ad günündə şam söndürmək

Bir adam var. Adı Seyid Talehdi. İmamların mövludu tədbirlərində dini mahnılar oxuyur.

Amma elə bir tərzdə oxuyur ki...

Heç sonuncu dəfə konsertində olduğum Haluk Levent bu cür hay-həşir salmır: “Əlləri görmürəm”, “təkrar edin” və başqa musiqiçi ifadələri.

Hətta bir də görürsən mikrofonu zala tutub deyir ki, nəqarəti təkrar edin.

Elə bil konsertdi.

Əvvəllər dini toylar belə olmazdı. Bu toyların bircə fərqi odur ki, mahnıların məzmunu dinidir. Bundan başqa o toylarda heç bir dinilik yoxdur.

Bu yaxında isə sosial şəbəkələrdə bir video yayılıb. Şiələrin təbirincə İmam-Zaman Ağanın yəni, sonuncu imam Mehdi Sahib-Əzzamanın mövludu qeyd olunur.

Məclisə tort gətirilir. Tortun üzərində şam yandırılır. Mahnı oxunur. Taleh yenə sıradan bir müğənni çılğınlığı ilə bağırır, məclisdəkiləri vəcdə gətirməyə çalışır.

Müğənni Seyid Taleh üstəlik deyir ki, biz avropalılardan fərqli olaraq məclisə tort gələndə “Happy birthday” oxumuruq. Yox, hələ gəl bir oxu da.

Vallah, belə şeyi heç Kusturitsa çəkə bilməzdi.

Əsl postmodern bir situasiyadır. Adamın əli üzündə qalır.

Bəs nə oldu sizin dini dəyərlər? Avropa adətləri qarşısında nə tez əridiniz?

Vəhhabilərdən, xəvariclərdən, nurçulardan, müxtəlif dini cərəyanlardan dad edirsiz. Onların ölkəni bürüməsindən şikayət edirsiz. Bəs o cərəyanların qarşısına nə ilə çıxırsız? Budurmu sizin dininiz? Bununlamı camaatı dinə, imana çəkmək istəyirsiz?

Siz heç adicə bir toy adəti qarşısında duruş gətirə bilmirsiz! O cür oturuşmuş, siqlətli dini cərəyanları qarşısında dayanacaqsınız?

Bir anlıq durun.

O videolarınıza diqqətlə baxın.

Görün nə kökə düşmüsüz.

Bu din deyil.

Bu islam deyil.

Bu heç toy, ad günü də deyil.

Bu sadəcə tamaşadır.

Şiəlik inancına görə Qiyamət günün Mehdi Sahib-Əzzaman zühur edəcək. Hər bir həqiqi şiə onun zühurunu səbirsizliklə gözləyir. O isə gəlmir.

Belə şeyləri görəndən sonra kim gələr, kimin üçün gələr?

Heç kim gəlməz, hətta O özü də.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

"Youtube" son 10 ilin ən məşhur kliplərini təqdim edib
17:20 14 Dekabr 2019
Atam ölən yaşda öləcəyəm... - Həmid Piriyevdən hekayə
16:30 14 Dekabr 2019
Elton Conun əlyazması satıldı
15:30 14 Dekabr 2019
“Baladadaşın toy hamamı” nümayiş olunub
14:46 14 Dekabr 2019
Qədir Rüstəmov jurnalisti niyə tutdurmaq istəyirdi? - Anım
13:40 14 Dekabr 2019
“Yol” filminin aktrisası dünyasını dəyişdi
13:00 14 Dekabr 2019
“Xaç atası” filminin aktyoru vəfat etdi
12:00 14 Dekabr 2019
Milli Qəhrəman Albert Aqarunova həsr edilmiş rəqs festivalının qalibləri mükafatlandırılacaq
10:50 14 Dekabr 2019
Həyat adamı məyus edir - Seymur Baycan yazır...
10:12 14 Dekabr 2019
Ailəsinin dəlixanaya saldırdığı dahi heykəltaraş
09:01 14 Dekabr 2019
Uğursuzluq və xaric oxumaq haqqında ballada
21:00 13 Dekabr 2019
Heçlik oyunu - Monoloq - Video
18:26 13 Dekabr 2019
Ən gözəl qış mənzərələri - Fotolar
17:47 13 Dekabr 2019
Yaradıcılıq Fakültəsində Fəxri Uğurlu ilə görüş keçirilib
17:10 13 Dekabr 2019
Dostlar əlində yıxıldım... - Şeirlər
16:30 13 Dekabr 2019
Azərbaycanlı aktyor evində ölü tapıldı - 3 gündən sonra
15:54 13 Dekabr 2019
İsa peyğəmbərin bağlanan kitabxanası
15:18 13 Dekabr 2019
"Sözləri Hüseyn Cavidindir" adlı not kitabı təqdim olunacaq
14:40 13 Dekabr 2019
Bakıda yaşayan gürcü şair əməliyyat olundu
14:00 13 Dekabr 2019
Arvadının sevgilisini zorlayan ər
13:50 13 Dekabr 2019