Homoseksualların sayına görə lider ölkə-İran

Homoseksualların sayına görə lider ölkə-İran
13 mart 2014
# 08:45

Kulis.az ölkələr haqda 8 maraqlı faktı təqdim edir.

1. Şimali Koreya haqqında həmişə qeyri-adi faktlar eşidirik. Amma bu ölkədə baş verənlərin unikallığı heç kimdə şübhə doğurmur. Məsələn, Şimali Koreyada vətəndaşların saç düzümləri dövlət tərəfindən tənzimlənir. Qadınlar və kişilər təqdim edilən 28 saç düzümü nümunəsindən kənara çıxa bilməzlər. Evli qadınlara, subay xanımların saç düzümü fərqli olmalıdır. Gənc oğlanların saçı 6 sm-dən uzun ola bilməz. Şəkildə nümunələr göstərilib.



Qadınlar:


Kişilər:

2. Şimali Koreyalıların cənublu qardaşları da az maraq doğurmurlar. Cənubi Koreyada insanlar başqalarının necə yemək yediyini canlı yayımda izləmək üçün pul ödəyirlər. Bunu “porno-nahar” adlandırırlar. Dj Diva adlı xanımın qurduğu «Afreeca TV» saytında gözəl qızların necə yemək yediyini görmək üçün pul ödəmək lazımdır. Diva deyir ki, sadəcə darıxdığı üçün yemək yediyi yerdə öz videosunu çəkməyə başlayıb. Videolar məşhurlaşdıqdan sonra bunu biznesə çevirib. Bəziləri deyir ki, insanlar sadəcə tək yemək yeməyi sevmədiklərinə görə belə videolara maraq göstərirlər.

3. Yeyəcəyiniz canlı ilə sekslə məşğul olmaq istərdinizmi? Şərqi Asiyadan uzaqlaşmırıq: Tokioda bir restoranda yeyəcəyiniz heyvanla kəsilməmişdən qabaq cinsi əlaqədə olmaq imkanı yaradırlar. Bu restoranda nahar etmək əlbəttə ki, varlı zoofillər üçün əlverişlidir. Orda olmuş adamlar danışır ki, restoranda zoofillərdən başqa qeyri-adi heç nə yoxdur. Burda belə bir nahar hardasa 7 min dollara başa gəlir. Bundan başqa, illik qazancı 175 min dollardan aşağı olan şəxslərə menyuya baxmağa da icazə verilmir.

4. Hindistanın kəndlərinin birində quşlar intihar edir. Catinqa adlanan bu kənddə hər ilin sentyabr-oktaybr ayında quşların intihar etməsi müşahidə edilir. Köçəri və yerli quşlar gün batanda kütləvi şəkildə özlərini divarlara və ağaclara çırparaq intihar edirlər. Bu hadisənin dəqiq elmi izahı verilmir. Yerli sakinlər isə inanırlar ki, bu günahkar ruhların işidir.

5. İslandiya polisi tarixi ərzində cəmi bir nəfər atəş açıb. Ölkələrin çoxunda polisin cinayətkarı əldən buraxmamaq, yaxud özünü müdafiə etmək üçün atəş açmaq ixtiyarı var. Belə hadisələr çox baş verir. Məsələn, 2011-ci ildə Almaniya polisinin gülləsindən 6 nəfər, 2012-ci ildə Nyu-York polisinin gülləsindən 16 nəfər ölüb. İslandiya polisinin işi isə çətindir. Onlar indiyə kimi cəmi bir nəfəri öldürüblər. 59 yaşlı kişi evinin pəncərəsindən çölə atəş açmağa başlayıb və avtomobilləri güllələyib. Sakinlər polis çağırıblar, iki polis yaralanıb. Polislər bu manyak qocanı öldürmək məcburiyyətində qalıblar. Hadisədən sonra bu ölkənin daxili işlər naziri ölənin yaxınlarından üzr istəyib.

6. İran dünyada yeganə ölkədir ki, burda böyrək satmaq qanunidir. Böyrəyini satanlar küçələrə elan vurur, qan qrupunu da göstərirlər.

7. Yaponiyada rezin seks kuklalarını “holland arvadı” adlandırırlar.

8. İranda homoseksuallar cəzalandırılır. Amma bu ölkə dünyada cinsin dəyişdirilməsi əməliyyatına görə ikinci yeri tutur. Cinsini dəyişdirmək üçün müraciət edənləri dərhal əməliyyat edirlər, sənədlərini də dəyişirlər.

# 7830 dəfə oxunub

Oxşar xəbərlər

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

12:00 27 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

15:25 24 oktyabr 2025
“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

16:37 23 oktyabr 2025
Uşaqların sevimli yazıçısı  - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?

Uşaqların sevimli yazıçısı - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?

16:30 23 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər