Onları nə birləşdirir?

Onları nə birləşdirir?
12 mart 2014
# 08:45

Kulis.az yaradıcı insanların 10 ortaq xüsusiyyətini təqdim edir.

1. Onlar xəyal qururlar

Bəli, xəyal etmək, arzulamaq çox faydalıdır və bu heç də zaman itkisi deyil. Çoxumuz bilirik ki, ən yaxşı ideyalar beynimizə fikrimiz tamamilə başqa yerdə olanda gəlir.

2. Onlar hər şeyi müşahidə edirlər

Yaradıcı insanlar süngər kimi ətrafında olanları özünə çəkir. Onlar baş verənlərin əsas səbəbini görməyə çalışırlar, bu da gələcək ideyalar üçün əsasa çevrilir. Amerikan yazıçısı Coan Lidon deyir ki, o özüylə qeyd dəftərçəsi gəzdirir, ora ətrafda baş verənlər, müşahidə etdiyi insanlar haqda qeydlər edir.

3. Onlar tək qalmaq üçün özlərinə zaman ayırırlar

Hesab edilir ki, rəssamlara və yazıçılara şəxsi həyatı qurmaq çətindir. Hərçənd ki, bu belə deyil, onlar tənhalıqda öz işləri haqda daha yaxşı düşünə bilirlər. Psixoloqlar deyir ki, fantaziya qurmaq üçün tək qaldığınız saatlar ən ideal zamandır.

4. Onlar yeni təəssüratlar axtarırlar

Yaradıcı insanlar yeni təcrübə və hisslər qazanmağı sevirlər. Onların yeniliklərə açıq olmağı əsas ilham mənbəyidir. "Yeni təcrübələrə açıq olmaq, müvəffəqiyyətin rəhnidir" – Kaufman belə deyir. Hər şeyi bilmək həvəsi, fantaziya qurmaq bacarığı və xarici aləmi dərk etmək istəyi sizin daxili aləminizin sərhədlərini genişləndirir.

5. Onlar sual verirlər

Yaradıcı insanlar hər şeylə maraqlanırlar. Həyatı araşdırmaq, dərindən öyrənmək üçün onlar hətta yaşlı vaxtlarında da çoxlu suallar verirlər. Bəziləri bu suallardan yaranmış söhbətlərdə nəsə tapırlar, öz nəticələrini çıxarırlar. Nəhayət onlar bu dünyaya baxıb onun necə bir yer olduğunu öyrənmək istəyirlər.

6. Onlar risk etməyi sevirlər

Yaradıcılıq və risk arasında bağlantı var. Yaradıcılıq yoxdan nəsə yaratmaqdır. Və bunun cəmiyyət tərəfindən necə qarşılanacağı əvvəlcədən sual altındadır. Ona görə də yaradıcı insan riskə getməyi bacarmalıdır.

7. Onlar həyatda çox şeyə özünüifadə imkanı kimi yanaşırlar

Nitsşe deyirdi ki, onun həyatına və dünyaya incəsənət nümunəsi kimi yanaşmaq lazımdır. İstedadlı insanların çoxu bu dünyaya məhz yaradıcılıq meydanı kimi baxır və hər zaman özlərini ifadə etmək imkanı axtarırlar.

8. Standartlardan uzaqdırlar

Mövcud olan qəliblərdən kənara çıxmağı sevirlər. Fərqli düşündüklərinə və fərqli göründüklərinə görə öz mühitlərində qeyri-adi, qəribə tip kimi xarakterizə edilirlər.

9. Onlar zamanın və məkanın fövqünə çıxırlar

Yaradıcı insanlar yaradıcılıqla məşğul olan zaman – yazarkən, rəsm çəkərkən, rəqs edərkən – onlar, necə deyərlər “şəbəkə xaricində” olurlar. Bu zaman insan konsentrasiyanın maksimal həddinə çatır. Onlar öz işləri ilə məşğul olanda ətrafda baş verənləri anlamırlar.

10. Onlar nöqtələri birləşdirə bilir

Bir cəhət istedadlı insanları başqalarından ayırır: yaradıcı insanlar heç kimin görmədiyini görə bilir. Bir hadisədə, mənzərədə, insanda başqalarının görə bilmədiklərini yaradıcı insanlar görməyi bacarmalıdır. Stiv Cobs deyirdi ki, yaradıcılıq düzgün əlaqəni tapmaqdır: “Yazıçılardan soruşsanız ki, bu əsəri yazanda bu fikir necə ağlınıza gəldi, onlar özlərini bir az günahkar hiss edəcəklər. Onlar indiyə kimi əldə olunmuş təcrübədən vaxtında və düzgün istifadə etməyi bacarıblar...”

# 5068 dəfə oxunub

Oxşar xəbərlər

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

16:30 19 avqust 2026
Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

18:00 18 avqust 2026
"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

15:30 18 avqust 2026
Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

18:30 17 avqust 2026
"Biz yeri cənnətə çevirəcəyik..." - "Heaven Is a place on Earth" necə yarandı?

"Biz yeri cənnətə çevirəcəyik..." - "Heaven Is a place on Earth" necə yarandı?

14:00 17 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər