news-inner
clock08:30 calendar-gray 08 Mart 2014 view-gray2493 dəfə oxunub
view-gray2493 dəfə oxunub

Napoleondan Jozefinaya: Mənə öpüş vermə

Kulis.Az məşhurların sevgililərinə məktublarını təqdim edir.

Viktor Hüqodan Julyetta Drouta

Bütün bu qaranlıq və şiddət dolu günlər boyu gözoxşayan idiniz, Cülyettam.

Sevgi istədim gətirdiniz, sağ olun!

Gizləndiyim yerlərdə, davamlı təhlükədə gözləməklə keçən gecələrin sonunda qapımda barmaqlarınızda titrəyən açarın səsini eşitdiyimdə pisliklər və qorxular yox olurdu. İçəri işıq girirdi!

Beynimdə olduğunuz o qorxunc, amma müdhiş unudulmaz saatları əsla unutmamalıyıq. O kiçik qaranlıq otağı, tavandan, divarlardan asılan köhnə əşyaları, yan-yana duran iki kreslonu, stolu bir küncündə yediyimiz bir yeməyi, gətirmiş olduğunuz soyuq toyuğu yaşamımız boyunca unutmamalıyıq. Xoş söhbətlərimiz, oxşamalarınızı, qayğılarınızı, fədakarlığınızı həmişə xatırlayaq.

Məni sakit və rahat görəndə təəccüb etmişdiniz, bu sakitlik və rahatlıq hardan gəlir bilirsiniz?

Sizdən...

Napoleondan Jozefinaya

Səninlə dopdolu olaraq oyanıram. Üzün və dünən axşamın o insanı sərxoş edən xatirəsi hisslərimi bir an belə rahat buraxmadı. Şirin və bənzərsiz, Jozefina, qəlbimdə necə də qəribə bir təsir qoyursunuz?

Hirslənmisinizmi? Üzgünsünüzmü? Qayğılısınızmı?

Ruhum kədərdən yorğun düşdü, artıq hüzur deyə bir şey yoxdur. Amma mənə hökmdarlıq edən o dərin duyğuya özümü təslim edərək dodaqlarınızdan, qəlbinizdən məni qovuran bir alovu götürmək istəyim mənim üçün daha da vacib bir məsələdir.


Ah!

Üzünüzün siz olmadığını əsil bu gecə yaxşıca fərqinə vardım. Üç saat sonra görəcəm səni.

Gözləyərkən “mio dolce amor” (mənim şirin sevgilim) bir milyon öpüşü qəbul et, amma sən mənə öpüş vermə əsla, çünki qanımı alovlandırır.

Camal Süreyadan Zuhal Tekkanata

Həyatımsan.

Bunu bilməyini istəyirəm. İlk öncə bunu bilməyini. Bir də bunu bilməyini istəyirəm: Məndən yanlış yerə şübhələnirsən. Heç bir zaman sənə xainlik etmədim. Edə bilmərəm. Neçə ildir evliyik, yan-yanayıq. Hələ də sənlə olanda başım fırlanır, səni sevirəm. Hər keçən gün daha böyük bir eşqlə. Nə olar, anla məni. Bu sevgimə biganə yanaşma, özününkünə uyğunlaşdır, yaraşdır.

Bu sətirləri ilk evimizin altındakı çayxanadan yazıram. Və mən səni o ilk günlərdəkindən daha böyük bir tutqu ilə sevirəm.

Biz iki çay kimi ayrı yerlərdən qopub gəldik, bir nöqtədə qovuşduq, yanımızdan kiçik bir qol da alaraq böyük bir çay əmələ gətirdik, indi də birlikdə aşıb daşırıq. Neçə illərdir bu belədir, belə də olacaq.

Nazim Hikmətdən Pirayəyə

Xanımım, bu səfərki məktubuma sənin üçün yazdığım bir şeirlə başlayıram:

Saat dört
yoksun
Saat beş
yok
Altı, yedi,
ertesi gün, daha ertesi
ve belki
kim bilir...
Hapisane avlusunda
bir bahçemiz vardı.
Sıcak bir duvar dibinde on beş adım kadardı.
Gelirdin,
yan yana otururduk,
kırmızı ve kocaman
muşamba torban dizlerinde.

Quzum, qadınım, bu şeirləri yaxşı oxu. Yazdıqlarımın ən ustaları deyilsə də ən yalansızlarıdır. Səni necə yalansız, təmtəraqsız, sənətsiz sevirəmsə, bunlar da elədir.

Amadey Motsartdan Konstanzaya

Son səhifəni yazarkən kağızın üzərində bir-birinin ardından göz yaşları düşməyə başladı.

Amma sevinməliyəm, tut, sonsuz sayda öpüşlər uçuşur havada. Şeytan! Havada qaynayırlar.


Ha, ha, ha! Üçünü tutdum. Sözsüz dadlıdırlar. Bu məktuba cavab verə bilərsən, amma məktubunu Linz Postanesinə göndərməlisən.

Ən etibarlı yol budur. Regensburqa gedib-getməyəcəyimi hələ ki, tam olaraq bilmədiyimdən sənə qəti bir şey söyləyə bilmirəm.

Çox sevgili, sevgililərin sevgilisi arvadım, sağlığına diqqət elə, qəsəbədə dolaşmağı ağlından keçirtmə. Lütfən yaz və yeni yerimizin necə göründüyünü mənə anlat.

Səni milyonlarla dəfə öpürəm.

Hürrəm sultandan Qanuni Sülymana

Ömrüm, əzizim, sultanım, Allahdan tək diləyim və ürəyimin bircə arzusu sizə yenidən qovuşa bilmək və işıq saçan üzünüzə bir dəfə daha baxa bilməkdir. Rəbbimdən əlbəttə diləyirəm ki, mənim sultanım, candan və könüldən sevdiyim şahım, dünyada və axirətdə həmişə xoşbəxt olsun. Yaxşı bilirəm ki, mənim sultanım, bu qulunu qədərin bir cilvəsi ilə gördü, sevdi, bu quluna xoşbəxtlik və hüzur bəxş etdi. Buna görə elə xoşbəxt olacağım gün sadəcə sizə qovuşacağım gündür. Sizə göz yaşlarımı damlatdığım bir paltarı göndərirəm. Xətrim üçün geyəsiniz deyə. Cariyəniz Hürrəm.

Albert Enşteyndən Mileva Maricə

“Sevgili Frauleyn, sizə yazmaq arzum uzun zamandır məktubunuzu cavablandırmadığım üçün hiss etdiyim və tənqid edən baxışlarınızdan qaçmağıma səbəb olan günahı sonda məğlub etdi. Fəqət indi mənə hirslənməkdə haqlı olsanız da çürük bəhanələr arxasına sığınaraq daha böyük günah işləmədiyim və bağışlanmaq və ən qısa zamanda bir cavab istədiyim üçün bir az olsun haqqımı verməlisiniz.

Təhsilə davam etmək üçün buraya qayıtmaq istəməyiniz məni xoşbəxt etdi. Tez gəlin, qərarınızdan peşman olmayacağınızı bilirəm.. Ən önəmli işlərimizə ən qısa zamanda çata biləcəyinizdən əminəm. Yenə də üstündə durduğunuz məsələləri yenidən anlatmaq məni çox narahat edir. Problemləri sadəcə burda uyğun bir şəkildə müzakirə etmək diləyi ilə…

Oxşar xəbərlər