news-inner
clock16:46 calendar-gray 04 Mart 2014 view-gray1290 dəfə oxunub
view-gray1290 dəfə oxunub

O dünyanın Məzisi

Aktyor Elçin Həmidovun xatirəsinə

kocaman bir oyuncak gibiydin pırıl pırıl.
pırıl pırıl gözlerin, dazlak kafan,
saygıdeğer göbeğin.


dışarıda geceye bulanmış karşı bir orman.
sana bakıp düşünüyordum:
eski şarap fıçısı gibi keyifli, hazret,
eski şarap fıçısı gibi sağlam...

Bu misraları Nazim Hikmət ölümündən sonra Mikayıl Rəfiliyə yazmışdı... İndi bu parça ilə sizlərə aktyor Elçin Həmidovu xatırladacam. O da ölümündən sonra...

Sağlığında onu bayram yumurtasına bənzədirdim. Bayramlarda çəkildiyi komediyaları, nömrələri televizorda verirdilər. Həm də bu assosiasiya tək məndə deyilmiş. Elçin Həmidov Musiqili Komediya Teatrında Qoqolun “Evlənmə” tamaşasında Yaiçnitsanı oynayıb, özü də yazılanlara görə əla oynayıb: “Yaiçnitsa aktyor Elçin Həmidovun ifasında dönüb olub xalis yumurta adam: o, səhnədə yerimir, iri yumurta kimi ləngərli-ləngərli gəzişir və hətta... yumurta kimi “danışır”, yumurtalaşır. Lakin bu da aktyora bəs eləmir: o, Yaiçnitsanı qaxsımış, lax yumurta kimi “oynamaqla” öz məmur personajının evlənmək şansını sıfıra endirir. Bu, Elçinin öz aktyor karyerasında ən uğurlu işidir.” (A.Talıbzadə).

Heyf ki, çoxları onu bu obrazdan yox, “Parni iz Baku” əyləncə teatrının tamaşalarından, “Məhəllə” filmindən xatırlayır. Elçin Həmidov bu tamaşalarda gah kiprik taxıb, don geyinib göbək atırdı, müğənniləri parodiya edirdi, gah əlindəki radio ilə öz sirli dünyasından gələn səsləri dinləyən, gözlərindən kədər axan Məzi olurdu. O dünya nə dünya idi, o kədər hardan gəlirdi? Bunu yəqin Elçin Həmidov özü bilirdi. Bilməmiş olmazdı. 10 yaşından ata-anasını, sonra da bacı qardaşlarını itirmişdi. Qardaşının intiharı onun həyatında dərin sarsıntı yaratmışdı. Ailəsindən bir doğması da qalmamışdı. Şad-şalayın konsertlər, tamaşalar öz yerini tənhalığa verirdi. Ən komik səhnələrdə belə gözlərindəki kədər və səksəkə yox olmurdu. Rasim Qaracanın “Qəh-qəh çəkib sevincləri çox da uçurtmayın, ürək kədərə qalmasın” misralarını yəqin ki oxumamışdı, amma o qorxunu yaşadığını etiraf etmişdi: “Bugünkü premyerada aktyorların hər birinin yaxınları zalda idi. Mənimsə zalda ancaq tamaşaçılarım olur. Bu, mənə pis təsir edir. Tamaşadan, konsertdən sonra otağıma gedirəm, özümə gələ bilmirəm”.

Elçin Həmidov bayram adamı idi. Şıq geyinməyi sevirdi.

Elçin Həmidov karnaval aktyoru idi. Heyf, bizim Musiqili Komediya Teatrının bir karnaval hazırlamaq qədər gücü olmadı.

Şarjlar onun yaradıcılığında uğurlu alınırdı - təkcə “Evlənmə”ni xatırlamaq kifayətdir. O, personajlarının karikaturasını ustalıqla cızırdı və ən yaxşısı o idi ki, personajını milli cizgilərlə məhdudlaşdırmırdı. Həm də “Parni iz Baku” yerli auditoriyaya hesablanan konsertlərində belə...

4 mart Elçin Həmidovun dünyadan getdiyi gündür. Bir neçə günə Musiqili Komediya Teatrının açılışı olacaq. Heyfslənməyin yeri varmı, yoxmu bilinmir.

Elçin Həmidov dünya teatrları səhnəsində oynaya biləcək potensialı olan komediya aktyoru idi. Musiqili Komediya Teatrı dünyaya göstəriləcək səviyyədə tamaşalar hazırlayacaqmı? Bu, Elçin Həmidov kimi çox aktyor üçün bir az ümid, bir az inamsızlıq qarışmış ciddi sualdır.

Mart ayıdır. Teatrlar bayram edəcək. Camaat bayramlar keçirəcək.

Dostları, yazını oxuyanlar Elçin Həmidovu xatırlayacaq.

Ruhu şad olsun!

news-inner-user
Aliyə

999 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb
19:20 26 Yanvar 2021
Nizami ilə bağlı müsabiqə elan olundu - Şərtlər
18:42 26 Yanvar 2021
Dəlisov yellərə məndən salam de - Natiq Əlisoyun şeirləri
17:29 26 Yanvar 2021
O, çayxana filosofudur - Nabokovdan Sartr haqqında sərt sözlər
16:44 26 Yanvar 2021
Harri Potter serial olur
16:08 26 Yanvar 2021
Miri Yusif "Yaşat" fondu üçün konsert verəcək
15:29 26 Yanvar 2021
Zeynəb Xanlarova ilə oxumaqdan imtina etdi, yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – Xalq artistindən maraqlı faktlar
14:50 26 Yanvar 2021
Fellininin prodüseri vəfat etdi
14:02 26 Yanvar 2021
Akif İslamzadənin albomu yeni onlayn platformada - Foto
13:20 26 Yanvar 2021
Nazirliyin yeni komandası film çəkilişlərinə qarışacaqmı? – Gənc rejissor yazır
12:40 26 Yanvar 2021
Müharibədə iştirak edən ilk qadın müğənni: O, ilk konsertindən cəmi bircə manat qazanmışdı – Aygün haqda bilmədiklərimiz
12:01 26 Yanvar 2021
İsa Hüseynovun hekayəsi "Dünya novellası antalogiyası"nda
11:35 26 Yanvar 2021
Rasim Balayev: “Çəkildiyim filmlərə baxanda pis oluram”
10:26 26 Yanvar 2021
Aygün 50 yaşını yeni kliplə qeyd etdi - Video
10:00 26 Yanvar 2021
İncəsənət Muzeyinin direktoru "Qızıl ulduz" medalı ilə təltif edildi
09:30 26 Yanvar 2021
Ölən uşaqlar Kürün quru yatağında ora-bura qaçırdılar – İlham Əzizdən yeni hekayə
09:00 26 Yanvar 2021
Dayısı oğlu onu zorladı, bacısı ilə sevgili oldu, özünü göldə boğdu...
21:00 25 Yanvar 2021
Venesiya karnavalı ilk dəfə onlayn formatda keçiriləcək
19:03 25 Yanvar 2021
Şuşa Teatrı haqqında film çəkildi
18:38 25 Yanvar 2021
Brilliant, Faiq, Aygün, Röya... - Onları belə görmədiniz
17:47 25 Yanvar 2021