Dahi məzlum

Dahi məzlum
3 mart 2014
# 11:06

Həmişə Kafkaya qarşı antipatiyam olub...

Gülməyə tələsməyin!

Azərbaycan ədəbiyyatına missioner təsirinə görə.

Yəni, bu antipatiya Kafkanın özü ilə deyil, ona münasibətlə bağlı idi.

Az yazıb adam.

Amma, çox ətkiləyib.

Bu mənada elə bilirlər asandı bu işlər.

Kafka indi, məhz indi, bir az qəbul edildiyim, bir az söz konusu olduğum vaxtda - 40 yaşın hüzurunda məni dəli elədi.

O yaşda ki, Kafka artıq ciddi xəstə idi və nəfəs almaqda çətinlik çəkirdi.

Vərəm-filan söhbətinə səmimi qəlbdən inanmıram.

Deyəsən o, son nəfəsini özü almadı.

Almaq istəmədi…

Oxuyanlar üçün üçcə detal xatırlatmaq istərdim..

1. “Çevrilmə”də qapı məsələsi… - “Qapının necə örtüldüyü eşidilmədi, görünür, onu elə açıq qoyub getmişdilər; bədbəxtlik üz verən evlərdə belə şeylər olur”.

2. “Qəsr”də K.-nın Qəsrdən gələn əmrdən sonra özünün yerölçən olduğuna inanması...

3. “Proses”də müttəhimin öz günahını sonacan anlamaması...

Kafka məzlum və kimsəsiz idi.

Amma indi ədəbiyat məzlum və kimsəsiz görünməmək üçün kürəyini ona söykəyir və zamanlara meydan oxuyur.

Pessimizm absurda gətirməli…

Necə təklifidr?

Bu, Tanrının da ağlına gəlməzdi…

# 2169 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #