Vonnequtdan gələcəyə məktub: “Optimistləri lider seçməkdən əl çəkin”

Vonnequtdan gələcəyə məktub: “Optimistləri lider seçməkdən əl çəkin”
3 mart 2014
# 09:00

“Volkswagen” şirkəti 1988-ci ildə “Time” jurnalında yayımlayacağı reklam seriyası üçün bir çox məşhurdan 100 il sonraya məktub yazmağı xahiş edib. Layihəyə qatılanlar arasında yazıçı Kurt Vonnequt da vardı.

Yazıçı məktubunu Şekspirin “Hamlet” əsərindəki Poloniyi xatırladaraq başlayır:

“Poloniyin ”Hər şeydən əvvəl özünə qarşı düzgün ol” deməyi yadınızdadır? Ya Müqəddəs İohann kilsəsində yazılan “Tanrıdan qorxun. Onu yüksəldin. Çünki onun mühakimə vaxtı gəldi!” əmrini xatırlayırsınız? Bu əsrdən sizə, ya da əslində istənilən birinə verə biləcəyim ən yaxşı məsləhət içkiyə tövbə edən əyyaşın etdiyi dua olacaq: “Tanrım, mənə dəyişdirə bilməyəcəyim şeyləri qəbul etmək üçün dinclik, dəyişdirə biləcəyim üçün cəsarət və aradakı fərqi anlamaq üçün ağıl ver”.

Vonnequt gələcəyə ötən əsrin təbiətindən də danışmağı unutmayıb: “Məni ən çox təəccübləndirən Təbiətin heç də təbiətsevər olmamağı idi. Planetimizi yerlə bir edəndə də, fərqli də olsa hər şeyi yenidən yerinə qaytaranda da bizim köməyimizə ehtiyacı yox idi və biz canlılar onun bunları edəndə heç nəyi inkişaf etdirmədiyini, ancaq dəyişdiyini görürdük. İldırımla çəmənlərə od vururdu, əkinə yararlı torpaqlara lavalar yağdırırdı. Hələ buz parçalarını Cənub Qütbündən qoparıb Asiyaya, Avropaya, Cənubi Amerikaya sürükləyir arada. Təbiətin bir gün bunlardan əl çəkəcəyini düşünmək üçün heç bir səbəb yoxdur. İndi də Afrikadakı təsərrüfatları biyabana çevirir. Nəhəng sunamilərin baş verməsini, meteroidlərin başımıza yağmasını gözləyə-gözləyə qalmışıq. Əgər insanlar həqiqətən Təbiətin onlara dost olduğunu düşünürlərsə, başqa düşmənə ehtiyacları yoxdur demək”.

Təbiətin necə amansız olduğunu vurğulayan Vonnequt siyasi məsləhətlərini də əsirgəməyib:

“Ümid edirəm kor, axmaq optimistləri lider seçməkdən əl çəkmisiniz. Mənim dövrümdəkilər böyük şirkətlərin başına keçib böyük fəlakətlərə yol açmaqdadır. İndi ehtiyacımız olan liderlər inadla həyatdan yapışıb, Təbiəti məğlub edəcəklərini iddia edənlər deyil, Təbiətin çılğınlığını və atəşkəs qaydalarını dünyaya göstərəcək qədər cəsur və ağıllı olanlardır. Atəşkəs qaydaları isə bunlardır:

1. Əhali sayını azaldıb sabitləşdirin.

2. Havanı, suyu və torpağı çirkləndirməkdən əl çəkin.

3. Müharibəyə hazırlaşmaqdansa real problemlərinizlə maraqlanın.

4. Uşaqlarınıza və əlbəttə ki özünüzə ətrafdakıları öldürmədən balaca bir planetdə necə yaşaya biləcəyinizi öyrədin.

5. Bir trilyon dollar xərcləsəniz, elmin hər şeyi həll edəcəyinə inanmaqdan əl çəkin.

6. Siz nə qədər israfçı olursunuz olun, nəvələrinizin nə vaxtsa başqa planetə köçüb daha yaxşı həyat quracağına inanmağı buraxın. Bu, həm qəddarlıqdır, həm də axmaqlıq.Və bunlara oxşar digər şeylər. “

7. Və bunlara oxşar digər şeylər. “

Məktubun son abzasında yazıçı niyə öz dövründə bu qədər bədbin olduğunu açıqlayır:

“Yüz il sonrakı həyatı niyə belə bədbin görürəm? Bunun səbəbi bəlkə də alimlərlə çox, siyasətçilərin çıxışlarını yazanlarla az vaxt keçirməyimdəndir. Kim bilir, bəlkə 2088-ci ildə həyatlarını bir çantaya qoyan evsizlərin də cibində raketlər və ya vertolyotlar olacaq”.

# 3177 dəfə oxunub

Oxşar xəbərlər

Ölüm ayağında Sakit okeana qaçan yazıçı - Yerli əhalinin ona verdiyi sirli ad nə idi?

Ölüm ayağında Sakit okeana qaçan yazıçı - Yerli əhalinin ona verdiyi sirli ad nə idi?

16:00 15 noyabr 2026
"Amerika modernizminin anası"nın səhrada tapdığı sirr - "Qarğalı kanyon"

"Amerika modernizminin anası"nın səhrada tapdığı sirr - "Qarğalı kanyon"

13:45 15 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

16:00 13 noyabr 2026
Bağırov onu kabinetinə çağırıb dedi ki... - Məşədi İbadı oynayan Əliağa Ağayev niyə Fəxri Xiyabanda dəfn olunmadı?

Bağırov onu kabinetinə çağırıb dedi ki... - Məşədi İbadı oynayan Əliağa Ağayev niyə Fəxri Xiyabanda dəfn olunmadı?

10:00 13 noyabr 2026
Kino tarixinin unudulmaz performansları -  Bədən dili və mimikayla rol oynayan ən yaxşı sənətkarlar

Kino tarixinin unudulmaz performansları - Bədən dili və mimikayla rol oynayan ən yaxşı sənətkarlar

15:00 12 noyabr 2026
"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər