Xoşbəxtliyin formulu: sevgi, seks və yemək – MERİL STRİP

Xoşbəxtliyin formulu: sevgi, seks və yemək – MERİL STRİP
28 fevral 2014
# 08:45

Kulis.az aktrisa Meril Stripin həyat qaydalarını təqdim edir.

UŞAQ OLANDA VALİDEYNLƏRİM MƏNƏ DEYƏRDİLƏR Kİ, çox gözəlsən. Amma Ceyn xala məni böyüdükdən sonra sevməyə başlamışdı, o iddia edirdi ki, mən uşaq vaxtı çox eybəcər olmuşam və əmr etməyi xoşlamışam.

MƏN MƏKTƏBLİ OLANDA, hər bazar günü həftəlik geyinəcəyim paltarları yığırdım, ayırırdım, elə edirdim ki, təkrar olmasın. Bu patologiyaya oxşayır, amma məncə düz edirdim.

MƏNİM ATAM BARBRA STREYZANDIN VALLARINI TOPLAYIRDI. Mənim 16 yaşım vardı, məktəbdən evə gələr, valları qoyub Steynzadla birlikdə oxuyardım. Mahnıların hamısını əzbərləmişdim artıq.

QIZLAR NECƏ GÖRÜNDÜKLƏRİNİ mütləq bilməlidirlər, xüsusilə kinoya çəkilən qadınlar üçün bu çox vacibdir.

CAVAN OLANDA bir axmağın maşınına minərdim, hardasa saatda 120 ilə sürürdü. Mən ona deyə bilərdim ki, ey Cerom, saxla, mən qorxuram. Amma mən susurdum. Həyatda belə şeylər tez-tez olur. Sən çox qorxursan, amma susursan.

YEMƏK HAZIRLAMAQ HƏRDƏN XOŞUMA GƏLİR, HƏRDƏN YOX. Bir də görürsən hazırladıqlarımın hamısını atıram zibil qabına və deyirəm: “Bu gün pizza yeyəcəyik”.

MƏN XOŞBƏXT DEYİLƏM, sadəcə ictimaiyyət qarşısında həmişə xoşbəxt görünməyə çalışıram. Adətən isə çox deyingən oluram, ərimdən soruşa bilərsiniz.

MƏNİM SEVİMLİ REJİSSORUM YOXDUR, eləcə də mənim sevimli yeməyim, yaxud rəngim yoxdur. Hər şey mənim xoşuma gəlir.

MƏNİM ŞƏKLİM “TİME”IN ÜZ QABIĞINDA ÇIXANDA, mən heç nə hiss etmirdim. Çünki onların ildə 52 nömrəsi çıxır, hər nömrədə də kimisə üz qabığına qoymalıdırlar, ya yox? Bir dəfə mənim qonşumun fotosu “The New York Times Magazine”nin üz qabığında çıxmışdı, orda işləyən analardan bəhs edilirdi və fotoda qonşum öz uşağını işə getməmişdən qabaq öpürdü. Mən onda məşhur birisi ilə qonşu olduğum hissinə qapılmışdım.

HEÇ VAXT ÖZ FİLMİMƏ bilet almamışam. Bu çox qorxuludur. Birdən tamaşaçılar ciddi səhnələrdə gülsələr, onda necə olacaq? Birdən onlar yuxuya getsələr, yaxud gülməli yerində ciddi dayansalar, onda necə olacaq?

QIRX YAŞIM OLAN KİMİ, mənə 3 filmdə qoca kaftar rolunu oynamaq təklifi gəldi.

MƏNƏ ELƏ GƏLİR Kİ, OFİSDƏ İŞLƏYƏ BİLƏRDİM. Çünki mən şablonları sevirəm: Səhər hamıya salam vermək, masa arxasında kofe içmək...

ƏGƏR SİZDƏ BEYİN VARSA, onu işlətməlisiniz.

SEVGİ, SEKS VƏ YEMƏK – bizi həqiqətən xoşbəxt edən 3 sadə şey.

Mənbə: “Esquire” dərgisi

# 7212 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

17:16 8 iyul 2026
Körpənin intiharı - Müsabiqədə qalib olan hekayə

Körpənin intiharı - Müsabiqədə qalib olan hekayə

10:00 7 iyul 2026
Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

15:00 6 iyul 2026
Hitlerin vətəndaşlıqdan çıxardığı Nobel mükafatçısı - Dahi yazıçının gizli gündəliklərində nə yazılmışdı?

Hitlerin vətəndaşlıqdan çıxardığı Nobel mükafatçısı - Dahi yazıçının gizli gündəliklərində nə yazılmışdı?

10:00 6 iyul 2026
Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

10:00 4 iyul 2026
"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı  feminist yazıçıdan sitatlar

"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı feminist yazıçıdan sitatlar

15:00 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər