writer1

Şərif Ağayar

Məqalə sayı

519
clock12:18 calendar-gray 26 Fevral 2014 view-gray2083 dəfə oxunub
view-gray2083 dəfə oxunub

Çingiz Abdullayevi təkzib

Çingiz Abdullayevin son müsahibəsini oxudum. İnanın, əlim üzümdə qaldı. Bir yazıçı necə bu cür totalitar düşünə bilər? Bu nə məntiqdir? Bu nə yanaşmadır? Ümumiyyətlə bu hansı ədəbiyyatdır belə?

Kifayət qədər mütaliəsi, dünyagörüşü olan, yüksək tirajlı detektivlər yazan bir adamın bu qədər sadəlövh olduğunu düşünməkdə çətinlik çəkirəm. Məncə o, aldatmağa çalışır... Çünki həmişə buna nail olub.

İnanın, vəzifəli adamlarla dostluq etdiyinə görə öyünən Çingiz Abdullayevə qarşı heç bir qərəzim yoxdur.

Hətta onu ədəbiyyat üzərinə qurduğu böyük biznesə görə bacarıqlı adam sayıram. Sadəliyini və centlmenliyini də dəfələrlə görmüşəm. Ancaq bu, aşağıdakı fikirləri təhlil etməyimə əngəl olmadı. Bu qədər də yox dəəə...

Dostoyevskinin bütün kitabları detektivdir – Məncə şərhə ehtiyac yoxdur, ancaq məcburam soruşam: “Bəyaz gecələr”, “Netoçka Nezvanovna”, “İdiot” və “Alçaldılmış və təhqir olunmuş adamlar”da detektiv nə var?

Moskvadakı kitab evlərində mənim rəfim var, amma Nabokovun yoxdur. Baxmayaraq ki, o, məndən milyon qat böyük yazıçıdır. – Özü etiraf edir ki, bəzən məşhurluq yazıçının istedadından və böyüklüyündən asılı olmur. Belə isə, kitablarının çox satılması ilə öyünmək nə deməkdir?

Əkrəm açıqlamasında maraqlı bir fikir demişdi ki, mənim uşaqlarım Çingizin kitablarını oxuyur. Mənim övladlarım isə heç Əkrəmin adını da tanımır. Bu, onun faciəsidir. - Məncə özünü azərbaycanlı, hətta qarabağlı hesab edən birinin övladları Əkrəm Əylisli kimi yazıçını tanımırsa və onun “Kür qırağının meşələri”, “Ürək yaman şeydir”, “Gilənar çiçəyinə dediklərim” və s. kimi dilimizin unikal faktı olan əsərlərini oxumayıbsa bu Əkrəm Əylislinin deyil, həmin insanların faciəsidir.

Hər aya bir kitab yazıram. Əslində siz də yaza bilərsiniz. Hər gün on səhifə yaza bilsəniz, bir ayda üç yüz səhifə olacaq. – O hansı ədəbiyyat ovqatıdır ki, gündə 10 səhifə yazmağa kökləmək mümkündür? Anlamadım getdi!

Elə olur ki, səhər saat doqquzda stula oturub, iyirmi səkkiz saatdan sonra dururam. – Siz buna inandınız? Mən qətiyyən! 28 saat ac-susuz, yalnız çay içərək işləyən adam tezliklə xəstəxanalıq olar. Sadəcə Çingiz Abdullayevin əsərlərinin sayı ömrünə sığmadığı üçün statistika belə eybəcər şəkil alır.

Mən ömrüm boyu ən böyük iş saatı kimi Heminqueyin açıqlamasını görmüşəm: 18 saat! Amma, mərhum yazıçı, ac-susuz söhbəti etməmiş, arada istirahət edib-etməməyi barədə də heç nə deməmişdi.

Orxan Pamuk Bakıda qonaq olanda Anar ona dedi ki, hamı sizə postmodernist deyir. Siz buna necə baxırsınız? Bu söhbət mənim yanımda olub. Orxan Pamuk güldü. Dedi, indiyə kimi başa düşməmişəm ki, bu postmodernistlik nədir.– Məzəniz olsun! Orxan Pamukun son romanlarının demək olar ki, hamısı postmodern ədəbiyyatın çoxsaylı ciddi tələblərinə hesablanıb. Bütün bunları görmədən, bilmədən usta yazara belə qeyri-ciddi sual ünvanlayırsansa o, nə cavab verməlidir? Hətta, Orxan Pamuk bilsəydi ki, Anar müəllim “postmodernist” ifadəsindən gənc yazarlara qarşı söyüş kimi istifadə edir, onlarla daha ciddi zarafat edərdi.

Təsəvvür edin, Kamyunu Bakıya dəvət edib soruşuruq: “Siz ekzistensialistsiniz?”

Çox biabırçıdır...

Azərbaycanda ən müqəddəs yer, Şeyx məni bağışlasın, Yazıçılar Birliyidir. Bunu tam məsuliyyətlə deyirəm. – Məncə Şeyxlə də, Anarla da zarafat edir. Əminəm ki, səmimi söhbətlərdə bunu özü də etiraf edər. Amma məncə bu boyda zarafat da olmaz!

Faşistlərlə birləşib mənim iki əmimi öldürənlər xain deyil?– Rəsulzadənin Azərbaycanın müstəqilliyi üçün hətta alman-faşistləri ilə müttəfiqliyə hazır olması kimi ilginc tarixi fakta bu cür primitiv münasibət təxəyyül hüdudlarını zorlayır.

Anar bu söz-söhbəti (yerlibazlıq – Ş.A.) aradan götürdü. Qazaxlı Yusif Səmədoğlu ilə qarabağlı Çingiz Abdullayevi katib seçməklə bu söhbətlərin kökü kəsildi. – Mən regionçu deyiləm, ancaq bu yerdə məcburam deyəm ki, Yusif Səmədoğlu qazaxlı, Çingiz Abdullayev qarabağlı deyil. İnanmırsınız qazaxlılardan və qarabağlılardan soruşun. Bir də ki, Qazaxı təmsil edən iki böyük şəxsiyyətin birinə (Səməd Vurğun) qarşı ən böyük intriqanı Rəsul Rza, ikincisinə (İsmayıl Şıxlı) qarşı isə Anar özü aparıb.

Özümü xoşbəxt hesab edirəm ki, iyirmi beş ildir belə bir insanla işləyirəm. – Yaradıcı təşkilatda 25 il! Hələ üstəlik bununla fəxr eləmək! Deməyə söz tapmıram.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Kannda erməni biabırçılığı ilə bağlı Nazirliyə suallarım – Sevda Sultanova yazır...
10:37 02 İyul 2020
Dünyaca məşhur roman Azərbaycanda nəşr edildi
10:09 02 İyul 2020
Tağıyev bulağında qətl söhbəti – Ayxan Ayvazın yeni reportajı...
09:00 02 İyul 2020
Dünyanın ən böyük aforizm ustasından əzbərlənəsi 15 nümunə
21:02 01 İyul 2020
Ermitaj muzeyi açılır
18:42 01 İyul 2020
Uşaq arabasına qoşulan fil – Yazıçı Şahmar haqda esse
18:04 01 İyul 2020
"Ulduz"un iyun sayı nəşr edildi
17:12 01 İyul 2020
Röya koronavirus testindən keçib
16:29 01 İyul 2020
ABŞ Film Akademiyası təmsilçilik böhranı yaşayır
16:00 01 İyul 2020
Kinematoqrafçılar İttifaqından Kann Festivalına etiraz məktubu
15:14 01 İyul 2020
Xəyanətə görə boşanan, həkim səhvindən xərçəngə tutulan, son nəfəsdə keçmiş ərini arzulayan aktrisamız – Maraqlı faktlar
14:36 01 İyul 2020
Məşhur amerikalı aktyor vəfat etdi
13:54 01 İyul 2020
Mədəniyyət Nazirliyində yoxlamalar aparılır? - Rəsmi
13:12 01 İyul 2020
Qəpik-quruşa satılan yeni dünya - Şəhla Nihanın hekayəsi
12:38 01 İyul 2020
Yaradıcı gəncliyimizi erməniyə uduzduranlar
12:10 01 İyul 2020
Nazim Hikmətin yeni şeirləri tapıldı - Fotolar
11:34 01 İyul 2020
Əməkdar artist dünyasını dəyişdi
11:08 01 İyul 2020
Bakıya qarşı əyalət nankorluğu
10:51 01 İyul 2020
Bakıda İnstaqram-jurnal fəaliyyətə başladı – İlk dəfə
10:11 01 İyul 2020
Bəhram Bağırzadəni cihazdan ayırdılar
09:51 01 İyul 2020