Viktor Hüqodan maraqlı əhvalatlar, faktlar, aforizmlər və son söz

Viktor Hüqodan maraqlı əhvalatlar, faktlar, aforizmlər və son söz
29 iyun 2019
# 16:45

Kulis.az Viktor Hüqo haqda maraqlı faktları, dialoqları və yazıçının aforizmlərini təqdim edir.

Gənc şairi məhv edən Hüqo

Bir gənc şair şeirlərini Viktor Hüqoya oxuduqdan sonra soruşub:

- Ustad, şeirlərim necədir?

Hüqo cavab verib:

- Bravo! Vəznsiz, qafiyəsiz və mənasız bir şey yazmaq istəmisən və bunu bacarmısan...

Dincəlmək məsələsi

Bir gün Viktor Hüqodan soruşublar:

- Bu qoca vaxtınızda niyə özünüzə belə əziyyət verirsiniz?

Böyük yazıçı belə cavab verib:

- Onsuz da dincəlmək üçün qabağımda sonsuz bir həyat var.

Ən qısa yazışma

Viktor Hüqo 1862-ci ildə məzuniyyətdə olarkən yenicə çap olunmuş “Səfillər” romanı haqda oxucuların reaksiyasını öyrənmək üçün naşirə bir işarədən ibarət olan teleqram vurur: “?”. Naşir isə öz növbəsində ona elə bir işarə ilə cavab verir: “!”. Bu, dünya tarixində bəlkə də ən qısa yazışmadır.

Viktor Hüqonu ən çox sevindirən fikir

Jurnalistlərdən biri Viktor Hüqodan soruşur:

- İndiyə kimi əsərlərinizi, sizin özünüzü çox tənqid ediblər və çox göylərə qaldırıblar. Bunlar arasında sizi ən çox hansı məmnun edib?

Hüqo cavab verir:

- Qarlı bir qış gecəsiydi. Dostlarla yaxşı yeyib-içmişdik. Evim yaxın olduğuna görə piyada qayıdırdım. Tualetə getmək istəyirdim. Addımlarımı sürətləndirib evimin qapısına çatdım. Qapı bağlıydı. Var gücümlə qulluqçunu çağırdım: “İqoooooor!” Dəfələrlə qışqırmağıma baxmayaraq İqor məni eşitmirdi. Sidik kisəm Atlantik okeanı boyda olmuşdu. Az qala altımı batıracaqdım. Qocalmışdım daha. Çarəsiz şəkildə, həyətin divarına yaxınlaşdım. Ətrafa göz gəzdirdim. Heç kim görsənmirdi. Şalvarımın qabağını açdım və işəməyə başladım. Elə həmin an arxamda bir at arabası dayandı. Tərpənmədən sakitcə işəyirdim.

Arabaçı qəzəbli şəkildə üstümə qışqırdı:

- Ay oğraş, o işədiyin divar “Səfillər”i yazan Viktor Hüqonun divarıdır!

Həyatımda özüm haqqında eşitdiyim ən xoş fikir bu idi...

Aforizmləri:

Aristokratlar qadınların təhqir bildiyi bir şey - qocalıqla fəxr edir. Onların hər ikisi cavan qalmaq illüziyasını yaşayır.

Ən çox fantaziyalarımız bizə bənzəyir. Hər kəsin arzusu onun naturasına uyğun biçilib.

İnsanın böyüklüyü onun boyu ilə ölçülmədiyi kimi xalqın böyüklüyü də onun sayı ilə ölçülmür. Yeganə ölçü vahidi əqli inkişaf və mənəvi səviyyə ola bilər.

Camaatı teatrda cəlb eləməyin iki yolu var: dahilik və həqiqilik vasitəsiylə. Dahilik kütlələri, həyatilik isə ayrı-ayır adamları cəlb eləyir.

Nadanlıq çalasının üstünü örtsəniz cinayətlərin də kökünü kəsmiş olarsınız.

İnsanda həmişə nəsə çatışmır. Xoşbəxt olanda cənnət istəyir, cənnətdə olanda açıq səma arzulayır. Sevənlər, bütün bunları sevginizdə tapmağı öyrənin!

Populyarlıq pula dəyişdirilmiş şöhrətdir.

Dünyada ən böyük səadət sevilməkdə əmin olmağındır.

Son sözü:

“Gündüzün işığı və gecənin zülməti arasında mübarizə gedir. Mən qara işıq görürəm”.

# 13598 dəfə oxunub

Oxşar xəbərlər

Çak Norris vəfat etdi

Çak Norris vəfat etdi

18:40 20 mart 2026
Londondakı adamyeyən siçovullar haqqında bestseller - Nəşriyyat niyə onu çap etmək istəmirdi?

Londondakı adamyeyən siçovullar haqqında bestseller - Nəşriyyat niyə onu çap etmək istəmirdi?

16:30 20 mart 2026
Gül yağışı – Azər Abdullanın hekayəsi

Gül yağışı – Azər Abdullanın hekayəsi

15:30 20 mart 2026
Səməni, iydə, şərab və sirkə - Novruz nemətlərinin mənaları

Səməni, iydə, şərab və sirkə - Novruz nemətlərinin mənaları

15:00 20 mart 2026
Su üstündən atlanmaq günahdır, yoxsa qədim ayin? - Türklərin qədim yaz bayramları

Su üstündən atlanmaq günahdır, yoxsa qədim ayin? - Türklərin qədim yaz bayramları

12:00 20 mart 2026
Nəriman Nərimanov  oruc tutmaq haqqında  nə yazırdı?

Nəriman Nərimanov oruc tutmaq haqqında nə yazırdı?

10:00 20 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər