writer1

Qan Turalı

Məqalə sayı

228
clock14:49 calendar-gray 18 Fevral 2014 view-gray1748 dəfə oxunub
view-gray1748 dəfə oxunub

Kənd müqəddəsdirmi?

Qan Turalı yazır...

Natiq Məmmədlinin Azərbaycan jurnalında (2014, I) çap edilmiş “Körpüdəkiümid” romanını oxudum.

Roman “Ümid Piri” ətrafında baş verən hadisələrdən bəhs edir.

Nənəsi və atası dili tutulan 12 yaşlı uşağı pirə gətirirlər.

Pirə nəzir verəndən sonra ata pullu vəzifəyə qoyulub, amma sabahısıuşağının dili tutulub.

Müqəddəslik duyğusunun itməsi romanın əsas ideyasıdır.

Pirin ətrafında olan adamlardan Burun Qasım, Qələm Bəkir və QırmızıXududa da müqəddəslik yoxdur.

Burun Qasım adının əvvəlinə qoşulan ləqəbi Stalinin kəndlərindəki büstününtez-tez düşən burnunu düzəltdiyi üçün alıb.

Qələm Bəkir isə daim yuxarılara donos yazdığı üçün ad qazanıb.

İndi Burun insanlara əlləri ilə şəfa verir, Qələm isə dua yazır.

Bir anda dövran dönüb, fələyin çarxı çevrilib!

Bir zamanlar insanları pirdən perik salan Qırmızı Pənahın oğlu Qırmızı Xuduisə pirin haqq-hesab işlərinə baxır.

Pirin ətrafında Tellidən və Pirdəlidən başqa müqəddəslik yoxdur.

Ümidin atası pullanandan sonra təndirlərində çörək bişmir, söküb yerindəqaraj tikirlər.

Pir də ətrafındakı kəndi təmin edən biznes strukturudur, o da insanları adikəndli həyatından uzaqlaşdırıb.

Pirdəli gecə Ümidlə pirin ətrafında dolaşır və onu dünyanın gizli işlərindənhali edir.

Bəzən didaktikaya yaxınlaşsa da Pirdəlinin bu söhbətləri dərin fəlsəfiməzmunu ilə yalnız 12 yaşlı Ümidin deyil, həm də oxucunun ürəyini fəthedir.

Bir pir ətrafında bütöv cəmiyyətin mənəvi mənzərəsi yüksək peşəkarlıqlaverilib.

Müqəddəslik duyğusunu ürəyində yaşadan Pirdəlini pirə yaxın qoyanyoxdur, orda burunlar, qırmızılar, qələmlər hökmranlıq edir.

Dilək tutub pirə gələnlərin təsviri də realist boyalarla verilib və cəmiyyətintəsvirini tamamlayır.

Hətta 12 yaşlı oğlanın atası da vəzifəsinə görə oğlu üçün pirə duaetməkdən qorxur, “özün bilən məsləhətdir” deyir.

Qorxur ki, oğlunun dili açılsa onu işdən də çıxararlar.

Romanın ideya xəttini russoizm təşkil edir.

Lakin estetik mənada bütün yetkin cəhətləri ilə bərabər russoizm ideyasıköhnəlmiş ideyadır.

Bu ideyaya görə ideal mənəvi-əxlaqi vəziyyət şəhərlərin yaranması ilə başaçatdı.

Natiq Məmmədli hadisələrə eyni ideoloji rakursdan yanaşır, təndirindağıdılmasını az qala bütün bəlaların baiskarı kimi görür.

Amma kəndin şəhərləşməsi iqtisadi və qarşısıalınmaz prosesdir.

Bu müqəddəsliyin də ölüb-getməsidirmi?

Əsla!

Müqəddəslik duyğusunun bu cür provinsial həlli kapitalizmə keçid dövrüyaşayan Azərbaycan üçün xarakterik sayıla bilər.

Lakin ədəbiyyatın ən mühüm funksiyalarının biri də gələcəyi görməkfunksiyasıdır.

Kənd nəsrinin parlaq nümunələrini yaratmış Əkrəm Əylisli 2007-ci ildə“Ətirşah Masan” romanı ilə öz ənənəvi kənd romantikasını, kənd idilliyiniifşa etməklə russoizmə amansız zərbə endirmişdir.

Biz zamanın ruhundan doğan bu zərbələri hələ çox görəcəyik.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalça şərqisi – Rafiq Tağının hekayəsi
21:01 05 Avqust 2021
Mirzə Cəlilin nəvəsi Fransadakı səfirliyimizdə olub
18:54 05 Avqust 2021
Qəbələ Musiqi Festivalı başa çatdı
18:14 05 Avqust 2021
Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto
18:07 05 Avqust 2021
Tanınmış yazıçı ilə görüş keçiriləcək
17:30 05 Avqust 2021
Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür
17:01 05 Avqust 2021
Azərbaycanda etdiyi bu rəqsə görə Rafet El Romanı topa tutdular - Video
16:14 05 Avqust 2021
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
15:21 05 Avqust 2021
Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
14:43 05 Avqust 2021
Nobelli şair məhkəməni uddu
14:01 05 Avqust 2021
"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
13:12 05 Avqust 2021
Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
12:26 05 Avqust 2021
Əri evə başqa qadın gətirdi, efirə çıxarmaq üçün ona əxlaqsız təkliflər etdilər, iki uşağıyla ac-susuz qaldı – Səfil həyatı yaşayan xanəndəmiz
12:02 05 Avqust 2021
Flora Kərimovanı hədəfə alanların əsl siması – Sevda yazır...
11:01 05 Avqust 2021
Azərbaycanda yeni musiqi aləti yaradıldı - Foto
10:31 05 Avqust 2021
44 müəllifdən 44 ən yaxşı hekayə - Yeni layihə
10:01 05 Avqust 2021
Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi – Zamin yazır...
09:00 05 Avqust 2021
Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021