writer1

Qan Turalı

Məqalə sayı

228
clock13:21 calendar-gray 17 Fevral 2014 view-gray1993 dəfə oxunub
view-gray1993 dəfə oxunub

Çılğınlar HEKAYƏ

Kulis.Az Qan Turalının “Çılğınlar” hekayəsini təqdim edir.

L.T.-yə ithaf

Beşulduzlu otelin dənizə baxan restoranında oturmuşdular. Restoran bomboş idi. Qadın onu yarım saat qabaq bura çağırmışdı. Darıxdığını demişdi. Sonra da demişdi ki, darıxan qadından niyə darıxdığını soruşmazlar. Soruşmağa həvəsi də yox idi, gödəkcəsini götürüb bura gəlmişdi. İndi ikisi də susurdu. Ayın dənizə düşən işığına baxırdılar. Çay soyuyurdu. Amma onlar sükutun davam etməsini istəyirdilər. Bu sükut yarım saat qabaqkı təkliyin sükutu deyildi, həzin və musiqili, bir az da şirin sükut idi. Bu gecə, bu dəniz, modern üslubda bəzənmiş bu restoran bu görüşü nə zamansa arzulamışdı, indi vüsala çevrilən həsrətin rahatlığı içində onlar da sükuta dalmışdılar. Heç birinin mobil telefonu masanın üstündə deyildi. Heç nə düşünmür, heç nə xatırlamırdılar.

İndi o, başını əllərinin arasına alıb qadına baxırdı. Dənizi, ayı qadında görür, sakitliyi onun üzündən alır, gecəni ona tamaşa etməklə yaşayırdı. Qadın onun baxışlarını hiss edirdi, bu sözsüz tamaşanı yaratdığı üçün özünə, icra etdiyi üçün kişiyə minnətdar idi, indi də tamaşanın zövqünü yaşayırdı. Sanki hər şey yuxu idi və bir azdan qurtaracaq, qurtarmağı ilə də ay çilik-çilik olub qurumuş dənizin yerində qalan səhraya töküləcəkdi. Qadın sükutu pozdu:

- Nə yaxşı gəldin...

Kişi onun gözünün içinə baxıb dedi:

- Çox darıxırdım...

Qadın gülümsündü:

- Darıxmağının da faydasını gördük.

Kişi də gülümsündü, amma cavab vermədi. Sükutu pozmaq istəmədiyinə görə yox, sadəcə söz tapa bilmədiyinə görə susdu. Ofisiant gəlib, heç nə soruşmadan çayları təzələdi. Qadın yaşıl çayından qurtum alıb soruşdu:

- Bilirsən niyə darıxmışam?

Kişi tələsik cavab verdi:

- Həmişə darıxmağın səbəbi olmur ki. Bəzən adamın könlünə darıxmaq düşür.

- O kişilərdədi. Biz səbəbsiz darıxmırıq.

Kişi susdu, qadınlarda olan bu qeyri-müəyyənlik onu həmişə narahat edirdi, hiss edirdi ki, belə zamanlarda ünsiyyət dirənir, söhbət kəsilir, kişi öz beynində qadının verdiyi çoxməchullu tənliyi həll etməyə çalışır və hər zaman uğursuzluqla nəticələnən bu tənliklərdən yorulur. Qadın kişini çətinliyə saldığını hiss elədi:

- Mən evlənmək istəyirəm. İndi qırx yaşındayam. On, iyirmi il sonranı xatırlayanda dəhşətə gəlirəm.

Bu sözləri deyən qadın iki əllə tutduğu stəkanı yerə qoydu, gözündə bir damla yaş parladı. O bir damla yaş buzlanmış xatirələrin üstünə damıb onu diriltmişdi. Qadın göz yaşına bulanmış kirpiyini qaldırıb soruşdu:

- O gün yadındadır?

Qadın tanış olduqları günə həmişə “o gün” deyirdi. Nişanlı olduğu qızla həmişə getdikləri kafedə görmüşdü qadını. Kafe banketə görə qapanmışdı, lakin tanış ofisiant onlara uzaq kabineti vermişdi. Kabinetdən qadının hamıdan ayrılıb yalquzaq kimi tək-tənha tekila içdiyi bar görünürdü. Salfetkaya yazdığı telefon nömrəsini ofisiant qadına aparmışdı. Çoxlu hava öpüşü göndərmiş, tekila qədəhini dəfələrlə nişanlısı ilə oturan kişiyə tərəf qaldırmış, hətta əlini öz sinəsinə belə salmışdı. Qadın elə o gecə sms atmış, telefonla danışmış, elə ilk dəqiqədəcə etdiyi hərəkətlərə görə üzr istəmişdi. Kişi onu ovutmaq üçün etdiyi dəlilikləri qadına danışmışdı. Qadını ən çox kişinin hamam xalatında dostunun toyuna getməsi güldürmüşdü. Onları ağıl və məntiq yox, çılğınlıqlar birləşdirirdi. Bir yerdə çılğınlıqlar etməyə qərar verib sağollaşanda saat dördə işləyirdi.

Sabahı gün metroya birlikdə minsələr də, ayrı yerlərdə oturdular. Əvvəlcə Aybənizin ürəyi “getdi”, Gündüz köməyə gəlib təlaş salmağa, panika yaratmağa başladı. Sonra isə guya Gündüzün halı pisləşdi. Qatar növbəti stansiyaya çatanda əl-ələ verib onlara heyrətlə baxan adamların arasından qaçıb platformaya çıxdılar.

Həftədə bir dəfə şəhərin müxtəlif yerlərində görüşür, kor təqlidi edir, dilənçiliklə məşğul olur, kafedə yeməklərin içindən tük, siçan quyruğu, gülmıx “tapır”, mindikləri şəhərdaxili avtobuslardan 300 kilometr uzaqda olan şəhərə nə zaman çatacağını soruşur, Qız Qalasında intihar cəhdiylə ətrafdakıları qorxudur, tünlük yerlərdə bir-biri ilə savaşır, bir adam tapıb onunla köhnə dost kimi danışır, vağzalda qatardan düşənləri qucaqlayır, onları qarşıladıqlarını deyirdilər. Keçən yay isə bulvardakı kafelərin birində köynəklərini eyni anda çıxardıb əllərində bayraq kimi yelləyə-yelləyə qaçıb getmişdilər.

Gündüz xatırlayırdı: o günü də, ondan sonrakı günləri də! Amma indi o, hər şeyi unutmaq, bu gecəni son damlasına qədər iliyinə çəkmək istəyirdi. Lakin qadının sözləri ayrılıq qoxuyurdu. Heç zaman deməsə də kişinin yaddaşında qadın yağışdan sonrakı ağac qoxusuyla qalmışdı. İndi gecənin, ayın, restoranın əsəbi sükutunda kişinin burnuna yağışdan sonrakı ağac qoxusu gəldi.

Sükutu göy gurultusu pozdu, ardınca isə yağış…

Bir də gördülər ki, əl-ələ tutublar.

Bir də gördülər ki, çöldədilər.

Bir də gördülər ki, dənizə tərəf qaçırlar.

Bir də gördülər ki, dizə qədər suyun içindədirlər.

Birinci Gündüz dayandı.

Sonra Aybəniz…

Gündüz Aybənizi qucaqladı.

Sanki son dəfə görürmüş kimi.

Öpüşdülər…

Bu son öpüşmüş kimi…

Halbuki ilk öpüş idi.

Bu heç kimin görmədiyi ilk çılğınlıqları idi.

Aydan başqa şahidləri yoxuydu.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalça şərqisi – Rafiq Tağının hekayəsi
21:01 05 Avqust 2021
Mirzə Cəlilin nəvəsi Fransadakı səfirliyimizdə olub
18:54 05 Avqust 2021
Qəbələ Musiqi Festivalı başa çatdı
18:14 05 Avqust 2021
Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto
18:07 05 Avqust 2021
Tanınmış yazıçı ilə görüş keçiriləcək
17:30 05 Avqust 2021
Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür
17:01 05 Avqust 2021
Azərbaycanda etdiyi bu rəqsə görə Rafet El Romanı topa tutdular - Video
16:14 05 Avqust 2021
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
15:21 05 Avqust 2021
Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
14:43 05 Avqust 2021
Nobelli şair məhkəməni uddu
14:01 05 Avqust 2021
"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
13:12 05 Avqust 2021
Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
12:26 05 Avqust 2021
Əri evə başqa qadın gətirdi, efirə çıxarmaq üçün ona əxlaqsız təkliflər etdilər, iki uşağıyla ac-susuz qaldı – Səfil həyatı yaşayan xanəndəmiz
12:02 05 Avqust 2021
Flora Kərimovanı hədəfə alanların əsl siması – Sevda yazır...
11:01 05 Avqust 2021
Azərbaycanda yeni musiqi aləti yaradıldı - Foto
10:31 05 Avqust 2021
44 müəllifdən 44 ən yaxşı hekayə - Yeni layihə
10:01 05 Avqust 2021
Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi – Zamin yazır...
09:00 05 Avqust 2021
Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021