Mətləb Ağanın “11-ə qədər” şeirlər kitabının təqdimatı oldu - FOTOLENT - VİDEO

Mətləb Ağanın “11-ə qədər” şeirlər kitabının təqdimatı oldu - FOTOLENT - VİDEO
15 fevral 2014
# 15:02

Mətləb Ağanın “11-ə qədər” şeirlər kitabının təqdimatı keçirilib. APA Holdinq”də keçirilən təqdimat mərasimində “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, şairin qələm dostları Səhər Əhməd, Qurban Yaquboğlu, Əkbər Qoşalı, Qan Turalı, Mahir Mehdi, Həyat Şəmi və başqaları iştirak edib. Kulis.Az-ın verdiyi xəbərdə belə deyilir.

Tədbiri giriş sözü ilə açan tənqidçi Əsəd Cahangir Mətləb Ağanın yaradıcılığından danışaraq onun öz nəsildaşları arasında özünəməxsus yer tutduğunu bildirib: “Mən Mətləbin yaradıcılığı ilə çoxdan tanış olsam da yaxından tanımırdım. Mən hətta elə bilirdim ki, Mətləb Ağa yaşlı adamdır. Bu təqdimatda ilk dəfə onu yaxından görmək mənə qismət oldu”.

Şairə Səhər Əhməd Mətləb Ağayla 90-cı illərdə ədəbiyyata gəldiyini xatırlatdı: “Biz Mətləblə eyni dövrdə ədəbiyyata gəlmişik. Həmin dövrdə ədəbiyyatda öz sözünü demək çox çətin idi. Mətləb o vaxt ədəbi mühitdən gedəndə demişdi ki, gedişim səssiz olsa da, qayıdışım möhtəşəm olacaq. Mən bu gün həqiqətən çox sevinirəm ki, Mətləb qayıtdı”.

APA Holdinq”-in prezidenti Vüsalə Mahirqızı Mətləb Ağanın şeirlərini daha çox Kulis.Az saytında oxuduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı: “Mətləb Ağanın Kulisdə indiyə kimi çap olunmuş bütün şeirləri ilə tanışam. “11-ə qədər” şeirlər kitabında çox gözəl şeirlər toplanıb”.

Daha sonra “11-ə qədər” şeirlər kitabının redaktoru Namiq Hacıheydərli, şair Qurban Yaquboğlu, Həyat Şəmi və başqaları Mətləb Ağanın yaradıcılığından danışıblar.

Tədbirdə “11-ə qədər” şeirlər kitabından şeirlər də oxunub.

Sonda çıxış edən Mətləb Ağa tədbir iştirakçılarına minnətdarlığını çatdırıb.

“11-ə qədər” şeirlər kitabı “Qanun” nəşriyyatında 500 tirajla çap olunub.

“11-ə qədər...” şairin ilk kitabıdır.

Kitabda Mətləb Ağanın gənclik illərindən bu tərəfə yazdığı şeirlər toplanıb.

# 6097 dəfə oxunub

Oxşar xəbərlər

Faşistlərin  və  kilsənin qəzəbinə səbəb olan rəssam  – Onun əsərləri niyə qadağan edilmişdi?

Faşistlərin və kilsənin qəzəbinə səbəb olan rəssam – Onun əsərləri niyə qadağan edilmişdi?

16:25 7 avqust 2026
48 nəfərin ölümünə “metal” mərsiyə - Məşhur "Empire of the Clouds" necə yarandı?

48 nəfərin ölümünə “metal” mərsiyə - Məşhur "Empire of the Clouds" necə yarandı?

14:20 7 avqust 2026
"Gələcəkdə hər kəs 15 dəqiqəliyinə məşhur olacaq..."  - Endi Vorhol kim idi?

"Gələcəkdə hər kəs 15 dəqiqəliyinə məşhur olacaq..." - Endi Vorhol kim idi?

16:30 6 avqust 2026
Düşmənə hörmət, aliləşdirilən gündəlik həyat tablolarda... -  Dieqo Velaskesin məşhur əsərləri

Düşmənə hörmət, aliləşdirilən gündəlik həyat tablolarda... - Dieqo Velaskesin məşhur əsərləri

15:45 6 avqust 2026
Kinetik incəsənətin canlı ideya platforması - Naum Qabonun heykəllərinin sirri

Kinetik incəsənətin canlı ideya platforması - Naum Qabonun heykəllərinin sirri

17:10 5 avqust 2026
"Musiqi insan ruhunu yer aləmindən göylərə yüksəldir" - Tanınmış bəstəkardan aforizmlər

"Musiqi insan ruhunu yer aləmindən göylərə yüksəldir" - Tanınmış bəstəkardan aforizmlər

15:20 5 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər