Öz ixtiralarının qurbanı olanlar

Öz ixtiralarının qurbanı olanlar
13 fevral 2014
# 08:30

Yeni bir şey ixtira edib tarixdə qalmaq... Bir çoxlarımız yeni bir şey ixtira edib tarixdə qalmış bu insanlara həsəd aparırıq. Amma onların nə qədər ağır və təhlükəli işlə məşğul olduqlarını, dəfələrlə həyatlarını riskə atdıqlarını dündükmü?

Bir çox alimlər, ixtiraçılar yeni bir şey kəşf etmək istərkən öz kəşflərinin qurbanı oldular. Və tarixdə də kəşfləri ilə deyil, bu xüsusiyyətlərilə qaldılar. Kulis.Az onların siyahısını təqdim edir.

Uilyam Ballok fasiləsiz çap edən çap makinalarını icad etmişdi. 1867-ci ildə makinaya kağızın ilişdiyini görən Uilyam hirslə onu təpikləyir. Diqqətsizlikdən ayağı makinaya keçir. Nəticədə yaralı ayağına infeksiya keçir. Ballok qanqrendən ölür.

Uilyam Nelson “General electric” də çalışan 24 yaşlı ixtiraçı idi. Nelson kəşf elədiyi motorlu velosipedi sınaqdan keçirən zaman qəza törədir və həyatını itirir.

Henri Smolonkinin yeganə məqsədi uçan maşın icad etmək idi. 1973-cü ildə özünün düzəltdiyi “Ave Mızar” avtomobilinin protitipini sınaqdan keçirərkən qəza törədir və ölür.

Horac Lavson Hunley Hunley 1863-cü ildə ilk sualtı gəmini hazırladıqda iki faciəyə birdən səbəb olacağını bilmirdi. Birinci sınaq zamanı ilk düzəldilən sualtı gəmi batır və heyətin yarısı ölür. İkinci sınaq zamanı da faciə yaşanır, bu dəfə ixtiraçı özü də boğularaq ölür.

Aleksandr Boqdanov qan köçürülməsi yolu ilə gəncləşə biləcəyinə inanırdı. 1928-ci ildə öz üzərində etdiyi 12-ci sınaq zamanı özünə səhv qan tipi köçürdüyünə görə vəfat eləyib.

Herri K. Deylin və Luis Slotin adlı iki ixtiraçı fizik Manhettan projesi üçün plutonium üzərində təcrübə aparırdılar. Öldürücü dozada radiasiya aldıqları üçün 1945 və 1946-cı illərdə dünyalarını dəyişiblər.

Karel Soucek professional dublyor idi. İxtiraçılığa həvəs duyan Souçek hündürdən tullanmaq üçün qəribə bir qurğu icad edir. Bu qurğu ilə bir dəfə Niaqara şəlaləsindən tullanan Soucek 1985-ci ildə eyni şounu qapalı bir stadionun təpəsindən gerçəkləşdirmək istəyərkən qurğu düzgün çalışmır və o sürətlə yerə çırpılaraq həyatını itirir.

Maks Valye ilk raket texnikası mütəxəssislərindən idi. 1930-cu ildə spirtli maddə ilə çalışan raketin partlaması nəticəsində öldü.

Tomas Endrüs 1912-ci ildə batan “Titanik” gəmisinin baş mühəndisi idi. Təbii olaraq o Endrüs də gəminin ilk səfərində iştirak edirdi. O da qəzaya uğrayan “Titanik” gəmisinin həlak olan heyəti içində idi.

# 4450 dəfə oxunub

Oxşar xəbərlər

Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

15:00 19 oktyabr 2026
Almaniyada 7000 il əvvəl  dəfn edilmiş insanın qeyri-adi skeleti  tapıldı

Almaniyada 7000 il əvvəl dəfn edilmiş insanın qeyri-adi skeleti tapıldı

18:40 16 oktyabr 2026
Misir qədim mumiyaların  üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir

Misir qədim mumiyaların üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir

17:00 16 oktyabr 2026
Qobi səhrasında dinozavr yumurtalarını xatırladan muzey – Memarlıq möcüzəsi

Qobi səhrasında dinozavr yumurtalarını xatırladan muzey – Memarlıq möcüzəsi

15:00 16 oktyabr 2026
Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

14:00 11 oktyabr 2026
Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

16:00 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər