“Əzab çəkirsənsə gülümsə”

“Əzab çəkirsənsə gülümsə”
13 fevral 2014
# 08:45

Kulis.az Yaponiya haqda 15 maraqlı faktı təqdim edir.

Yaponiyada işçilər evə vaxtında gedə bilmir. Çünki yazılmamış qanunlara görə işçi yalnız müdiri ötürdükdən sonra gedə bilər. Yaxud işçilər müdir getdikdən sonra çıxmalıdırlar. Tez gedən işçi (məsələn ana uşağını bağçadan götürməlidir) şirkətini satmış sayılır. Sabah ofisə qayıdanda görə bilər ki, onun fincanı sındırılıb, kompüteri xarab edilib, yaxud masanın üstündəki əşyaları zibil qutusuna atıblar. Bu mənzərə ilə qarşılaşmazdan əvvəl işçi öz iş yoldaşlarının gülümsəməsi ilə qarşılaşır.

Yapon qızlarının çoxu xaricilərə ərə getməyə, yaxud ölkəni tərk etməyə çalışırlar. Çünki evli yapon qadını üçün həyat çox çətindir. Bütün həyatı ya uşaqları böyütməyə və evdə zibilləri çeşidləməyə, ya da iş-ev arasında çürüməyə sərf olunur.

Yaponlar delfin yeyir. Delfin ətindən sup hazırlayır, kabab bişirirlər. Deyilənə görə delfin əti çox dadlıdır və balıqdan fərqlənir.

Yaponiyada metrolarda qadınlar üçün ayrıca vaqonlar olur. Bu vaqonları xüsusilə pik saatlarda xəttə buraxırlar ki, kişilər basabasda qızları narahat etməsinlər. Yaponlarda qızları “əlləmək” milli idman növü kimi bir şeydir. Buna baxmayaraq Yaponiya seksual zorakılığa görə dünyada sonuncu yerlərdən birini tutur.

Yaponiyada tədris ili aprelin 1-də başlayır və trimestrlərə bölünür.

Mini yubka, yaxud şort çox qısa olsa, alt paltarı, hətta arxa görünsə belə bu normal sayılır, amma dekolte, xüsusilə dərin dekolte yolverilməzdir.

Yaponiya dünyada yeganə ölkədir ki, burda qatarın gecikməsi 1 dəqiqədən çox çəkə bilməz. Qatar bir halda gecikə bilər: kimsə özünü relsin üstünə atıb intihar edəndə.

Dəmiryolu platformaları və hava limanlarından başqa, hər yerdə siqaret çəkmək olar. Amma heç bir yerdə zibil qutuları yoxdur və siqaretin külünü yerə atmaq olmaz. Buna görə də yaponlar özləri ilə balaca külqabı gəzdirirlər.

Yapon dili nəzakətlilik baxımından bir neçə səviyyəyə bölünür: danışıq dili, hörmətli, kübar, çox nəzakətli. Qadınlar adətən ikinci formada, kişilər birinci formada danışırlar.

Yaponiyanın 98 faizi etnik yaponlardır.

Əgər bir yapon sizin xahişinizi yerinə yetirmək istəmirsə, o heç vaxt sizə “yox” deməyəcək. O deyəcək ki, sizə kömək etməsi üçün fikirləşməlidir, çünki asan məsələ deyil, ona vaxt lazımdı. Amma heç vaxt ondan cavab almayacaqsınız.

Tokio dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. 6 yaşlı uşaqlar ictimai nəqliyyatdan sərbəst istifadə edə bilirlər. Nəqliyyatda heç kimi sizi qarət etməz.

Yaponiyada pensiya çox aşağıdır. Yaşlı insanlar maksimum 30 min ien, hardasa 300 dollar alır. Sosial sığorta da icbari deyil, belə hesab edilir ki, hər bir yapon öz qocalığını özü düşünməlidir.

Yaponiyada birinci kişilərə xidmət göstərirlər. Kafedə birinci kişi sifariş verir və ilk olaraq onun sifarişini gətirirlər. Eyni şey başqa xidmət sahələrində də keçərlidir.

Yaponlar belə hesab edir ki, insan əzablarını, kədərini öz gülüşü ilə gizlətməlidir. Hətta yapon dilində belə bir deyim də var: “顔で笑って心で泣く”- Kao de varatte kokoro de naku, yəni Əzab çəkirsənsə, gülümsə.

# 4820 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

17:16 8 iyul 2026
Körpənin intiharı - Müsabiqədə qalib olan hekayə

Körpənin intiharı - Müsabiqədə qalib olan hekayə

10:00 7 iyul 2026
Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

15:00 6 iyul 2026
Hitlerin vətəndaşlıqdan çıxardığı Nobel mükafatçısı - Dahi yazıçının gizli gündəliklərində nə yazılmışdı?

Hitlerin vətəndaşlıqdan çıxardığı Nobel mükafatçısı - Dahi yazıçının gizli gündəliklərində nə yazılmışdı?

10:00 6 iyul 2026
Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

10:00 4 iyul 2026
"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı  feminist yazıçıdan sitatlar

"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı feminist yazıçıdan sitatlar

15:00 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər