İnternetə qadağa qoyan 10 ölkə - SİYAHI

İnternetə qadağa qoyan 10 ölkə - SİYAHI
12 fevral 2014
# 08:45

Türkiyədə internetdə senzura tətbiqinə dair qanunun qəbul olunması internet qadağaları mövzusunu gündəmə gətirib.

Kulis.az internet senzurasının mövcud olduğu 10 ölkəni təqdim edir.

Şimali Koreya

Ölkədə vətəndaşların demək olar ki, bütün addımları dövlət tərəfindən izlənilir, hər kəs nəzarət altındadır. Bu baxımdan internet qadağalarının olmağı da təbiidir. Şimali Koreyada bütün internet saytları dövlətin nəzarəti altındadır. Burda əhalinin sadəcə 4 faizi internetə girə bilirsə, bu nəzarətin özü mənasızdır.

Myanma

Şimali Koreya qədər olmasa da, sərt iyerarxiyaya malik olan bu ölkədə internet tamamilə dövlətin nəzarəti altındadır. Səlahiyyətli şəxslər istifadəçilərə gələn elektron məktubları də filtrasiyadan keçirirlər.

Kuba

Tək partiyalı sistemin hökm sürdüyü sosialist ölkəsi olan Kuba da internet qadağası tətbiq edən ölkələrin siyahısında yer alır. Ölkədə internet sadəcə dövlətin icazə verdiyi yerlərdə mövcuddur. Bununla yanaşı insanların internetdə yazdığı ifadələr, axtardığı sözlər filtrasiyadan keçir. Bundan başqa Kubada yüksək səlahiyyətli dövlət nümayəndələrindən başqa heç kimə internetə nəsə yükləməyə icazə verilmir.

Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı olmadan bir qadağalar siyahısı hazırlamaq mümkün deyildi zatən. İnsanlara qarşı çox ciddi qadağalar və bu qadağalara riayət etməyənlərə qarşı çox böyük cəzaların mövcud olduğu ölkədə internet də ciddi şəkildə senzuraya məruz qalır. Burda 400 mindən çox sayt qadağandır. Bu siyahıda siyasətdən tutmuş sosial mediaya qədər müxtəlif məzmunlu saytlar yer alır.

İran


İranda digər ölkələrdəki kimi saytların blok edilməsi və sayt daxili senzuradan əlavə bir qeyri-adi qayda da var. Bloq yazmaq istəyən İran vətəndaşları əvvəlcə Mədəniyyət Nazirliyində qeydiyyatdan keçməli və nə yazacağını açıqlamalıdır.

Çin

Dünyanın ən qatı senzorlarından biri olan Çin hökuməti internet mövzusunda hətta ömürlük həbs cəzası da tətbiq edir. “Facebook”, “Twitter” və “YouTube” kimi sosial şəbəkələrə giriş icazəsi olmayan ölkədə, hökumət əleyhinə olan bütün məzmunlar dərhal aradan qaldırılır. Burda “Google” açıq olsa da, hər sözü axtarmaq olmur. Özlərinin “kitayski googleları” da var: “Baidu”. Bu axtarış sisteminə dövlətin nəzarəti ciddidir. İnternet mediasında işləyən jurnalistlər də daim izlənilir.

Suriya

Suriya da internet senzurası tətbiq edən ölkələrdən biridir. Dövlətin, ölkənin bütövlüyünə təhdid adı altında bloqqerlər həbs olunur. Bununla bərabər internet klub sahibləri hər istifadəçinin adını, soyadını, hansı saatlarda internetdən istifadə etməsi haqda məlumatları rəsmi qurumlara bildirməlidir.

Tunis

Burda bütün bloqqerlərin İP adresləri və şəxsi məlumatları dövlətə bəllidir. İnternet tək mərkəzdən verilir. Dövlət bütün internet axınını görmə və istifadəçilərin şəxsi məktublarını oxuma haqqına sahibdir.

Vyetnam

Kommunist Partiyası tərəfindən idarə olunan Vyetnamda hökumət əleyhinə olan bütün saytlar əngəllənir. Demokratiyanı, insan haqlarını, din azadlığını müdafiə edən bütün saytlar senzuraya məruz qalır. Bununla birlikdə Google, Yahoo, Microsoft kimi şirkətlər istifadəçilər haqda məlumat vermədiklərinə görə bu ölkəyə girmələri qadağandır.

Türkmənistan

Türkmənistanda bir internet provayderi var və o da dövlətindir. Ölkədə çoxlu qadağan olunmuş sayt var, bundan başqa heç bir e-mail xidmətinə girmək də mümkün deyil. Gmail, Yahoo, Hotmail kimi xidmətlər tamamilə qadağandır.

# 7157 dəfə oxunub

Oxşar xəbərlər

Əsərləri anbara atılan dahi – Barokkonun unudulmuş sənətkarı

Əsərləri anbara atılan dahi – Barokkonun unudulmuş sənətkarı

16:00 29 iyul 2026
"İsa Məsih prezident olsa belə, ora qayıtmaram!" - Amerika Çarli Çaplinə niyə ölkəyə giriş qadağası qoydu?

"İsa Məsih prezident olsa belə, ora qayıtmaram!" - Amerika Çarli Çaplinə niyə ölkəyə giriş qadağası qoydu?

15:00 29 iyul 2026
Sevdiyi qadın üçün 130 mahnı yazdı - Ömrünü ruhi xəstəxanada başa vuran dahi bəstəkar kimdir?

Sevdiyi qadın üçün 130 mahnı yazdı - Ömrünü ruhi xəstəxanada başa vuran dahi bəstəkar kimdir?

14:00 29 iyul 2026
Sonata, pilləkənlərdən enən çılpaq – Məşhur rəssamın 5 əsəri

Sonata, pilləkənlərdən enən çılpaq – Məşhur rəssamın 5 əsəri

17:30 28 iyul 2026
Yoxsulluq içində ölən bəstəkar – “Qırmızı rahib” niyə 150 il xatırlanmadı?

Yoxsulluq içində ölən bəstəkar – “Qırmızı rahib” niyə 150 il xatırlanmadı?

16:00 28 iyul 2026
Milyonlarla uşağın sevdiyi qəhrəmanı yaradan qadın kim idi?

Milyonlarla uşağın sevdiyi qəhrəmanı yaradan qadın kim idi?

15:00 28 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər