news-inner
clock09:00 calendar-gray 06 Fevral 2014 view-gray1971 dəfə oxunub
view-gray1971 dəfə oxunub

Milçəyin dəfninə 1 milyon dollar xərcləyən şair

Hər yazıçının ilham mənbəyinə ehtiyacı var. Çoxları ilham üçün, başlarını qatmaq məqsədilə, yaxud elə tarix kitablarına həqiqətən qəribə və fərqli biri kimi düşmək üçün ev heyvanları saxlayıblar.

Antik yunan şairi Vergili milçək saxlayırmış. Hətta milçəyin cənazəsinə bu günün pulu ilə təxminən bir milyon dollar xərcləyib. Cənazədə orkestr ifa edib, balaca məzar qoyulub.

Romantizm cərəyanının ən məşhur simalarından olan fransız şair Cerard de Nerval xərçəng saxlayırmış. Onu tez-tez Paris küçələrinə gəzintiyə çıxararaq: “Xərçənglər əla ev heyvanıdırlar, dənizin sirlərini bilən, hürməyən, sakit və ciddi məxluqlardır”, - deyirmiş. Nerval 1841-ci ildə ağlını itirib.

Viktoriya dövrünün şairi Elizabet Barrett Brauninqin Fluş adlı qızılı ispan iti varmış. Fluş sonralar Virciniya Vulfun yazdığı “bioqrafiya”nın mövzusu olub. Brauninq itin xatirəsinə “Fluşa” adlı şeir yazıb, hətta xəstələndiyi dövrdə vaxtını keçirmək üçün itə stolüstü oyunlar oynamağı da öyrətməyə çalışıb.

Viktoriya erasına aid daha bir qələm adamı Corc Eliot da itləri sevirmiş. Bir dəfə aldığı qonorarın hamısını itinə xərcləyib.

Ernest Heminquey isə pişikləri sevərmiş. Yazıçının 30-dan çox altı barmaqlı pişiyi olub. Görünür, “Heminquey pişikləri” ifadəsi də oradan yaranıb. Pişiklərinə verdiyi adlar qəribə olub: Alley Cat (küçə pişiyi), Boise, Crazy Christian (Çılğın xristian), Ectracy, Friendless Brother (Dostsuz qardaş), Fats, F.Puss, Furhouse (Kürk evi), Pilar (Sütun), Thruster (İtici), Whitehead (Ağ baş) və Uilli (arqo deyimlə, penis).

Mark Tven pişiklərə ad qoymaqda Heminqueyi kölgədə qoyub. Müxtəlif vaxtlarda evində saxladığı pişiklərin adları beləydi: Buffalo Bill, Satan (Şeytan), Sin (Günah), Sour Mash (Turş püre), Tammany və s.

Ədəbiyyat dünyasının ən böyük pişiksevəri ingilis şair Tomas Sternz Eliotdur. Pişiklər haqqında kitab yazıb, məşhur “Cats” müziklının ilham mənbəyi olub.

Amerikan şairə Doroti Parkerə bir gün iki timsah balası hədiyyə ediblər. Timsahlarla nə edəcəyini bilməyən Parker onları hamamda su ilə dolu vannaya qoyaraq gedib. Səhəri gün qulluqçusunun yazdığı belə bir qeyd görüb: “Əziz xanımım, işdən çıxıram, çünki timsah olan evdə işləyə bilmərəm. Bilsəydim bunu sizə əvvəlcədən deyərdim, amma bu barədə heç nə deməmişdiniz”.

Günel Əsgərzadə

Oxşar xəbərlər

Xəbər lenti

Jan Pol Sartrın dahiyanə hekayəsi – Mətn
21:00 21 İyun 2021
Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqres keçiriləcək
18:56 21 İyun 2021
Mədəniyyə nazirliyi yeni müsabiqə elan etdi
18:22 21 İyun 2021
Məşhur aktyor dünyasını dəyişdi
17:43 21 İyun 2021
Kitab yandıran qonşu qadın – 13 yaşlı Selcanın hekayəsi
17:11 21 İyun 2021
Nizami Gəncəvi yaradıcılığı Ukrayna radiosunda
15:39 21 İyun 2021
Şair, yazıçı, müğənni, bəstəkar…
14:49 21 İyun 2021
Fulya Öztürk: “Film təklifinə çox təəccübləndim” – Video
14:01 21 İyun 2021
Qarbaçovu üzünə söydü, özündən xeyli cavan xanımla evləndi, qızı ona görə intihar etmək istədi – Dövlət katibimizin faciəvi sonu
14:01 21 İyun 2021
“Dünyanın sülh kitabı”nda azərbaycanlı yazıçı da yer aldı
13:35 21 İyun 2021
Dədə Süleyman: "Ayıb olmasın deyə, atam adımı dəyişdi" - Müsahibə
12:52 21 İyun 2021
El Romanın imza günü keçiriləcək
12:49 21 İyun 2021
Fulyadan film çəkən rejissor: “Mənim belə bir öhdəliyim yoxdur” – Müsahibə
12:11 21 İyun 2021
Vahidin bu şeirinin bir misrasını başqa şair yazdı – İlginc fakt
11:30 21 İyun 2021
Aysel Əlizadə yazarlara çağırış etdi: “Bu təklifimə qoşulun”
11:01 21 İyun 2021
Fulya Öztürkdən film çəkilsinmi?
10:22 21 İyun 2021
“Cəfər Cabbarlı Səməd Vurğuna niyə “Mən yazıçı deyiləm” demişdi?” – Nəvəsi 90 illik sirləri açdı - Müsahibə
09:00 21 İyun 2021
Əhli-kef
11:01 20 İyun 2021
Kamyunun arvadı bu ssenariyə etiraz etdi – “Yad” filmində baş verənlər
16:31 19 İyun 2021
Müğənni Sılanın kitabı çap olundu
15:41 19 İyun 2021