writer1

Səhər Əhməd

Məqalə sayı

196
clock11:43 calendar-gray 27 Yanvar 2014 view-gray1612 dəfə oxunub
view-gray1612 dəfə oxunub

Şərifin statusu

“Mən ciddi nəsr yazmaq potensialımı Azərbaycan ədəbiyyatına göstərdim. Bunu ədəbiyyatı ciddi, amma çox ciddi bilən adamlardan soruşa bilərsiniz. Öz zövqünüzə inanırsınızsa, kitablarıma da baxmaq olar.Bəli, potensialımı göstərdim və məlum oldu ki, zülmkarlıqla idarə olunan Azərbaycan cəmiyyətinə yeni ciddi yazıçı lazım deyil. Sizin bu qədər abdal və müti olduğunuzu əla bilirlər! Mənim yaza bilmək bacarığımı və ən əsası, həmişə haqqı müdafiə etmək şakərimi heç yerdə və heç zaman mənə bağışlamadılar. Buna görə potensialımı reallaşdırmaqla bağlı ciddi problemlər yaşayıram. Etiraf edin ki, bunun üçün yaşamağa bir ev, yazmağa bir masa, yeməyə bir loxma çörək lazımdır, ən azı. Heç olmasa küsüb getməyə bir rayonun olsun gərək. Hələ kitabxana yaratmaq, çap və reklam olunmaq imkanlarını demirəm.Mənim yeganə ümid yerim sizsiniz.Siz isə mənimlə Bəxtiyar Vahabzadə davası edirsiz.Məgərsə sizinlə ehsan yeməyə də getmək olmazmış...”

Bu Şərif Ağayarın təzəlikcə Facebookda paylaşdığı statusdu. Müəllif həmişə olduğu kimi yenə də bir mətndə bir neçə problemi, yenə də Şərifsayağı- yontamadan, heç bir don geydirmədən göstərib. Əsas mövzunu-Bəxtiyar Vahabzadə ilə bağlı məsələni kənara qoysaq belə, yardımçı mövzuda sadalanan problemlər bir statusun gücü çatmayacaq qədərdir.

Əslində, burda təzə heç nə yoxdu, hamımıza məlum məsələlərdi, amma həqiqət nə qədər köhnə olur-olsun, hər zaman düşündürür və həmişə təzədi. Çox vaxt üsyana ən məlum həqiqətlər səbəb olur. “Yeməyə bir loxma çörək, yaşamağa bir ev, yazmağa bir masa” və ən kədərlisi- “ Küsüb getməyə bir rayonun olmaması”.

Müəllifi anlamağa çalışıram, əlacı öz oxucusuna üsyan etməyə qalmış, uşaq kimi incik və gileyli görünən bu orta yaşlı yazarı. Küsüb getməyə bir rayonun olmamağını təsəvvür etmək istəyirəm. Bu çıxış yolunu itirmək , ərk hüququnun yoxluğu, səadətin düşmən əlində olması deməkdi. Bundan artığını təsəvvür etməyə gücüm çatmır.

Küsüb getməyə rayonu olanların küsüb getməyə rayonu olmayanları tam anlaması mümkünsüzdü.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Kamal Abdullanın romanı Almaniyada çap olunub
17:38 23 Yanvar 2021
Xudu Məmmədov Zəlimxan Yaquba onunla bağlı hansı sirri açdı? – Xatirə
16:30 23 Yanvar 2021
Aydın Kazımzadənin yeni kitabı işıq üzü gördü
15:30 23 Yanvar 2021
"Qaltan dərəsi" adlanan ərazidən tunc dövrünə aid tarixi abidələr tapılıb - Fotolar
14:20 23 Yanvar 2021
Yağışın xatırlatdığı qız – Eyvaz Əlləzoğlunun hekayəsi
13:31 23 Yanvar 2021
Cangüdəni və köməkçisi əfsanəvi modelyer haqqında kitab yazdı
12:23 23 Yanvar 2021
Pərakəndəlik Nizami ilinə heç nə verməyəcək - Filoloq yazır
11:01 23 Yanvar 2021
Xalq artisti TƏBİB-ə müraciət etdi: "Bu vəziyyət peşəkarların itkisinə aparır"
10:36 23 Yanvar 2021
Nazirlik qələbəmizlə bağlı film müsabiqəsi elan etdi
10:17 23 Yanvar 2021
Fuad Poladov: “Başımı qırxıb məni Sumqayıta göndərdilər” – Müsahibə
09:00 23 Yanvar 2021
“Qətibə İnanc” tamaşası nümayiş olunacaq
18:55 22 Yanvar 2021
Məşhur aparıcılar AzTV-də "ər-arvad" oldu - Foto
18:16 22 Yanvar 2021
Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb
17:35 22 Yanvar 2021
Hayl Hitler! - Qısa hekayə
16:55 22 Yanvar 2021
Zəfər Muzeyi harda olacaq? - Rəsmi açıqlama
16:23 22 Yanvar 2021
Bakıda Fransa filmləri festivalı başladı
15:55 22 Yanvar 2021
Birinci yerə layiq görülən yazar: “Bizdə müsabiqələr hamının könlünü almağa hesablanır” – Müsahibə
15:18 22 Yanvar 2021
Məşhur aktrisa vəfat etdi
14:37 22 Yanvar 2021
Bağırov onu Müdafiə naziri təyin etdi, erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirdilər – Həzi Aslanovun müəmmalı ölümü
14:02 22 Yanvar 2021
Ceyms Bond silsiləsindən yeni filmin premyerası yenə təxirə salındı
13:29 22 Yanvar 2021