writer1

Şəfiqə Şahinqızı

Məqalə sayı

6
clock12:55 calendar-gray 21 Yanvar 2014 view-gray4554 dəfə oxunub
view-gray4554 dəfə oxunub

Guya sən oğlanla öpüşməmisən?

Vitrində bir kitab gördüm: El Jeyms “Bozun əlli çaları”. Kitab görəndə alsam-almasam da hər dəfə annotasiyasını oxuyuram. Diqqətimi çox cəlb etdi, aldım. Elə alan günü kitabı yarıyacan oxudum. Kitabda bir qızın ehtirasından və əlaqədə olmaq istədiyi kişidən danışılırdı. Rəfiqəmlə görüşdüm. Dedim bir kitab oxuyuram, əjdaha kitabdır. Məzmununu da danışdım. Metroyla harasa getməliydik. Elə istəyirdim ki, kitabı açım oxuyum, birdən mənə dedi ki, sən Allah burda oxuma. Dedim niyə? Dedi yan-yörədəkilər gözlərini zilləyirlər kitaba, o kitab başdan-ayağa pornodur. Özümdən asılı olmayaraq ona sərt cavab verdim: “Avropada kitab alınma sayına görə rekord qırıb. Amma Azərbaycanda belə şeylərə pis baxan “ağıllı ev qızları” bunu normal qəbul etmirlər.”

Rəfiqəmə sual verdim ki, sən heç ömründə pornoya baxmısan? Deyir yox. Dedim bəs oğlanla öpüşmüsən? Yenə deyir ki, yox. Özümdən asılı olmayaraq bərkdən güldüm.

Necə ola bilər ki, bir insan porno videoya baxmasın və yaxud da ki, heç kimlə öpüşməsin.

Sözüm onda deyil. Sadəcə bizim cəmiyyət, cəmiyyətdə yaşayan insanlar azad fikirlərini ifadə etməkdən qorxurlar. Düzə-düz, əyriyə-əyri deməyi bacarmırlar. Yolda siqaret çəkən qız gördükdə, hər hansısa bir məkanda içki içən qız görəndə tanıyıb bilməmiş onu “əxlaqsız” adlandırırlar. Niyə?! Bəs demokratiyadan, demokratik ölkədə yaşamaqdan danışırsız? Hər siqaret çəkən, içki içən qadın pisdir? Pis damğa ilə gəzməlidir?

Ona qalanda İranda hamı başı bağlı gəzir. Canlı şahidi olanlar İrandən gəlib elə şeylər danışırlar ki, adam az qalır saçlarını yolsun.

Yeni ildə ailə üzvlərimdən biri mənə elektron kitab oxucusu bağışladı. Dözməyib həmin dəqiqə kitab siyahısına baxdım, ordan kitab yükləməyə başladım. İlk yüklədiyim kitab isə “Artuş və Zaur” oldu. Düzü mən Artuşu qız obrazı kimi fikirləşmişdim. Amma sən demə Artuş oğlan imiş. Oxudum və çoxda bəyəndim. Elə facebookda kitab haqqında fikirlərimi paylaşanda millət bir anlıq hücum çəkdi mənə. Səbəbi isə belə idi; niyə bu kitabı oxumuşam. Orda iki oğlanın sevgisindən bəhs edirmiş.

Guya yaşadığımız ölkədə heç bir-birlərini sevən oğlanlara rast gəlmirsiz? Kitab real olmasa da həyatda bu cür reallıqlar çoxdur. Televiziya sahəsində çalışanda əhatəm genişlənmişdi. Özümə yaxın bildiyim oğlan var idi. Bir oğlanla yaşayırdı. İndi nə edək, vuraq həmin adamı öldürək?!

İntim əlaqəni bizim boş beyinlərin əksəriyyəti normal qəbul etmir. Yaxşı, qızları başa düşdüm. Öz namuslarını düşünürlər. Bəs oğlanlar? İlk tanış olduqlarını zorla yatağa aparıb nəyi əldə etmək istəyirlər? Ancaq qızla tanış olanda özlərini elə təqdim edirlər ki, az qalırsan uşaq mağazasından süni qanad alıb kürəyinə taxasan. Ümumiyyətlə cinsi (intim) əlaqənin insana 8 xeyri aşkar olunub. Xəbəriniz varmı bundan? Yoxdusa, sizdə mənim kimi araşdıra bilərsiz:

Axı biz niyə fikirlərimizi açıq ifadə etməkdən qorxuruq? Səmimi olmaqdan danışırıq. Səmimi deyilik axı. Səmimi olsaq həyatımızda baş verən hər şeyi rahatlıqda danışa bilərik.

O gün biri deyir, filankəs dodaqlarını şişirdib, bədəninin də müəyyən yerlərinə tatu vurdurub. Vurdursun. Bizə nə axı? Nə haqla kiminsə həyatına qarışmalıyıq.

Facebookda bir anormal qrup var. Qızlar nə geyinir, nə içir hara gedir, hamısının şəklini və yaxud da fikirlərini yazır, “bacı”larından məsləhət alır. Görün bizim beynimiz necə tormuzlanıb ki, tanımadığımız insanlardan məsləhət almağa başlayırıq.

Öz beyniniz və ağlınız ilə hərəkət etməyə başlayın. Heç kimin həyatına etdiklərinə müdaxilə etməyin. Bunu sizə bir xeyri yoxdur onsuz. Kim nə edirsə özü üçün, öz qurduğu həyat üçün edir.

Ən əsası da görünüşə görə qiymət verməyin. Bəlkə də kənardan pis görünən insan daxilən mükəmməl insandır və tez bir zamanda sizin idealınıza çevrilə bilər. Tanıyıb bilməmiş heç nəyə fikir bildirməyin.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Kişi olun, rüşvət almayın daha – Günün şeiri
14:54 22 Aprel 2021
Qatıq satan gəlməyib - Üzeyir Əlizadə yazır
14:23 22 Aprel 2021
Üzülməyin, Hüseynbala müəllim!
13:37 22 Aprel 2021
“Oskar” mərasimində qonaqlar maskasız olacaq
12:57 22 Aprel 2021
Bığına görə töhmət aldı, həbsdən qorxub Gəncədən qaçdı, arvadından sonra evlənmədi – Xalq artistindən maraqlı faktlar
12:30 22 Aprel 2021
Qismətdən yeni kitab sürprizi - Yaxında
11:45 22 Aprel 2021
Hüseynbala Mirələmovla kiçik bir xatirəm və məlum video söhbəti
11:03 22 Aprel 2021
Müharibəyə sevinən qadın
10:30 22 Aprel 2021
Niyə bu gün Azərbaycanda Üzeyir Hacıbəyovlar doğulmur? – Aqşin Yenisey yazır...
09:00 22 Aprel 2021
Düzgün yaşamaq riyakarlıq, düzgün düşünmək axmaqlıqdır – Dahi yazıçıdan aforizmlər
21:00 21 Aprel 2021
Bakı Dövlət Sirki yenidən təşkil olunur
19:00 21 Aprel 2021
Kamal Sunal adına muzey açılacaq
18:38 21 Aprel 2021
Fuentesin kitabı onlayn təqdim olunacaq
18:18 21 Aprel 2021
“Can Azərbaycan” müsabiqəsinin virtual sərgisi açılıb
17:42 21 Aprel 2021
Mənim qadınım, sən varsan deyə... - Çağdaş ərəb şeiri
17:01 21 Aprel 2021
Azərbaycanlı aktyor vəfat etdi
16:13 21 Aprel 2021
Kann film festivalının açılışında bu film nümayiş olunacaq
15:32 21 Aprel 2021
Nazir Anar Kərimov koronavirusa yoluxub
14:42 21 Aprel 2021
Anarla Seymur Baycanın oxşarlığı
14:02 21 Aprel 2021
“Qırmızı papaq” onlayn nümayiş ediləcək
13:17 21 Aprel 2021