Yeni il günü dünyasını dəyişən aktyor haqda XATİRƏLƏR

Yeni il günü dünyasını dəyişən aktyor haqda XATİRƏLƏR
13 yanvar 2014
# 08:30

Kulis.Az ötən il dekabr 31-də dünyasını dəyişən əməkdar artist Ömür Nağıyev haqqında dostlarının, sənət yoldaşlarının fikirlərini təqdim edir.

Xalq artisti Fuad Poladov: “Ömürün həyatdan getməsi mənim üçün çox gözlənilməz hadisə oldu. Ömür çox zəhmətkeş insan idi. Həmişə gözəl arzularla yaşayırdı. Ötən il qızını evləndirmişdi. Nə deyim... (susur) Onunla “Arxada qalmış gələcək” filminə çəkilmişəm. Teatrda tərəf müqabili olmaq qismət olmamışdı. Maraqlı və açılmamış aktyor idi. Deyiləsi sözləri, oynaya biləcəyi rollar çox idi. Onun həyatını belə tez dəyişməsinə təəssüflənirəm. Allah rəhmət eləsin!”

Kinoşünas Aydın Dadaşov: “Ömür Nağıyev uzun müddət kinoda çalışıb, sonra Rus Dram Teatrına gəlib. Çox böyük bir nailiyyətdir ki, peşəkar bir kino aktyoru, müəyyən mərhələdən sonra gəlib dramatik bir teatrda işləsin və özünü sərbəst hiss eləsin. Bu yüksək peşəkarlıq göstəricisidir. Ömür peşəkar sənətkar ömrü yaşadı. Yevgeni Matveeyevin ona xüsusi münasibəti vardı. Çünki o, azad bir adam, parlaq aktyor idi. Yaşlı aktyorlarla da, cavanlarla da, yaşıdları ilə də dostluq edirdi”.

Aktyor Məbud Məhərrəmov: “İntelligent, ziyalı bir adam idi. Moskva Kinematoqrafiya İnstitutunu, Matveeyevin kursunu bitirmişdi. Onunla “Mafiozun operası”nda bir yerdə oynamışıq. Tərəf müqabilinə çox həssas yanaşırdı. Peşəkar aktyor idi, məktəbi var idi. İndi çox aktyor var, amma məktəbi olmaq az iş deyil. Aktyor çox cəhətli peşədir. o peşəkar idi”.

Aktyor Fuad Osmanov: “Biz dost idik. Yaşca məndən böyük olsa da mən ona Ömür deyirdim. Mənim üçün bir qardaş kimiydi. Şirindil, mülayim adam idi, ən əsası çox böyük aktyor idi. Yaratdığı obrazlar çox dolğun idi. “Fərhad və Şirin”də “Azər baba” obrazını oynamışdı”.

Aktyor Salman Bayramov: “Onun “Necəsən canım, şəkərim?” sualı var idi. Hamı ilə mülayim, sərbəst danışırdı. Onun kiminləsə bərkdən danışdığını, konflikt yaratdığını görməmişəm. Onun peşəkarlığına gələndə isə... Teatrda bir az qaydalar başqadır. Altı min nəfərə səsini çatdırmalısan. O, bunu bacarırdı. Onun işığı sonuncu sırayadək çatırdı. Adam onunla işləməkdən həzz alırdı. Onun yaradıcılığının ən yaxşı vaxtları idi. Tərəf müqabillərinə həssaslıqla yanaşırdı, onlara kömək edirdi. Bu münasibətlərdə o müdrik idi, peşəkar idi. Janrdan-janra keçidi dəqiq bilirdi. Mən “Fərhad” rolunu oynayırdım, o isə Azər baba rolunu oynayırdı. Bu, onun teatrda ən parlaq rollarından idi. Orada Fərhadın ölüm səhnəsi var idi, “Azər baba” fəryad edirdi. O səhnəni o elə bir səslə, elə bir yanğı ilə, ürəklə oynayırdı ki.... Sonradan eşitdim ki, onun özünün oğul dərdi var. “Fərhad və Şirin”də ən yaddaqalan Ömür idi.

Ömür qapalı adam idi. Özünü unudub qarşısındakı ilə maraqlana bilən nadir insanlardan idi. Öz ağrısı barədə susub, sənin dərdini soruşardı. Bax, belə adam idi. Sanki, gizli dərdləri var idi. Həyatda çox əziyyət çəkmişdi. Kinostudiya ondan lazımınca istifadə edə bilmədi. Teatra gəlmək onun üçün faydalı oldu. Rollar aldı, özünü lazımlı hiss elədi. Yaradıcı adam üçün bunlar böyük stimuldur. İnanın ki, Rus Dram teatrına gəlmək onun ömrünü nə qədər uzatdı. Rus Dram teatrı yaxşı bir aktyorunu itirdi. Allah rəhmət eləsin!”

Aktyor Aydın Əliyev: “Savadlı, dərrakəli, səmimi, şirindil bir insan idi. Biz bir-birimizlə türklər kimi şirin danışa bilmirik. Amma onda o şirinlik var idi. Bilmirəm ki ondan necə incimək olardı? Böyük bir insan idi, sığışmırdı sanki bu dünyaya. Kino da durğunluq var idi, Ömürə iş olmadı. Onun sənətə prinsipial münasibəti var idi, dünyada ona xəyanət etməzdi. Ssenari verirdilər, bəyənmədisə, pul xətrinə çəkmirdi, deyirdi ki: “Bu ssenari ilə mən nə deyəcəm tamaşaçılara ki?”. O, ortaya keyfiyyətli bir iş qoymaq istəyirdi. Onun qısametrajlı “Bəxtəvər” filmi var idi. Maraqlı bir iş idi. Balaca bir daxması var idi, ətraf hündürmərtəbəli binalar idi, evi hələ sökülməyib. Ata-baba yurdu idi. Oranı satıb getmək istəmirdi. Yaşayışı çətin idi. Bir qızı təzə ailə qurmuşdu. Nəvə görmək arzusu var idi, heyf, qismət olmadı...”

# 7269 dəfə oxunub

Oxşar xəbərlər

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

14:00 17 yanvar 2026
Qarabağı riskə atardım, Cincilimi yox...  - Təvəkkül Boysunar

Qarabağı riskə atardım, Cincilimi yox... - Təvəkkül Boysunar

17:30 16 yanvar 2026
"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

14:00 16 yanvar 2026
"O,  Tanrının itkin balasıdır" - Azərbaycan ədəbiyyatının psixoloqu haqqında

"O, Tanrının itkin balasıdır" - Azərbaycan ədəbiyyatının psixoloqu haqqında

12:00 16 yanvar 2026
Yaddaş pоеtikasının ən maraqlı təzahürü  - Kamal Abdulla  sərhədi bilərəkdən necə pozur?

Yaddaş pоеtikasının ən maraqlı təzahürü - Kamal Abdulla sərhədi bilərəkdən necə pozur?

15:30 14 yanvar 2026
Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

17:00 13 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər