“İnsan yer kürəsindəki ən zəif heyvandır”

“İnsan yer kürəsindəki ən zəif heyvandır”
13 yanvar 2014
# 08:30

Çandra Mohan Racniş (Oşo) 1931-ci ilin 11 dekabrında Hindistanın Madhya Pradeş əyalətinindəki Kuçvada kəndində dünyaya gəlib. Uşaqlıq illərindən etibarən, başqaları tərəfindən verilən məlumatlar və inancları əldə etməkdənsə, həqiqəti özü axtarmaq qərarına gəlib. 21 yaşında universiteti bitirib və Jabalpur Universitetində fəlsəfə dərsi deyib. Eyni zamanda bütün Hindistanı gəzərək mühazirələr söyləyib, ictimai müzakirələrdə mühafizəkar dini liderlərə meydan oxuyub, ənənəvi inancları ifşa edib. Oşo özünü " əsl ekzistensialist" adlandırırdı.

1960-cı illərin sonu Oşo artıq öz dinamik meditasiyasını təkmilləşdirməyə başlamışdı.

Qərbli gənclər Oşodan 1970-ci illərin əvvəllərində xəbərdar olmağa başladılar. 1974-cü ildə Hindistanın Pune şəhərində "komunna" quruldu. Oşo Qərbdən gələn və sayları getdikcə artan gənclərə insan şüurunun inkişafının bütün istiqamətləri haqqında mühazirələr dedi.

Onun mühazirələri 30-dan çox dilə tərcümə olunub, 600-dən çox cild şəklində yayımlanıb.

Oşo 1985-ci ildə köçkünlərin statusu haqqında qanunu pozduğuna görə həbsdə olduğu vaxt 19 yanvar 1990-cı vəfat etdi. Başqa iddialara görə Amerika agentləri tərəfindən zəhərlənərək öldürülüb.

Kulis.az Oşodan seçmə sitatları təqdim edir.

- Əgər sən məhəbbətə hər hansı fiziki ehtiyacını ödəmək məqsədi ilə baxırsansa, müəyyən müddətdən sonra cansıxıcı, monoton və rəngsiz həyatdan bezəcəksən. Belə həyat miraj kimidir. Yaxınlaşdıqda itir və sənin üçün mənasızlaşır.

- Sadalananlar sənin həyatında baş verirsə, günah məhəbbətdə deyil, günah sənin özündədir. Sən, məhəbbət adı altında bu tələbləri irəli sürdün. Adını məhəbbət qoyduğunuz bu oyun, saxta pul kimidir.

- Məhəbbət məhbəs deyil. Dustaq həyatı deyil. O, sənin düşündüyündən də geniş və maraqlıdır. Sadəcə sən onu görməyə çalış. Anlamalısan ki, sən kimin əlini və qolunu bağlayırsansa, qarşı tərəf də səni dustaq edir. Əl-qolunu bağlayır.

- Yadında saxla, sənin həyatda əldə etdiklərin, sənin həyata verdiklərindir.

- Hisslərini milyon insan arasında parçalamaq insanı zərrələşdirir. Partnyorlarını tez-tez dəyişənlərin həyatı, yeri tez-tez dəyişdirilən ağaca bənzəyir. Ağacın bir və əbədi yeri olmalıdır, o zaman onun kökləri daha dərinə gedəcək və ağacı güclü edəcək.

- Şərqdə məhəbbəti dəyişiklikdən qorxma hissi məhv edir. Qərbdə isə insanların bir yerdə olub, bağlanmaq qorxusunun olması məhv edir.

- Şərqdə məhəbbət adı altında komfort və təhlükəsiz həyat. Qərbdə isə azadlıq və etibar nəzərdə tutulur.

- Mən nə Qərbin, nə də Şərqin tərəfindəyəm. Mən məhəbbətin tərəfindəyəm!

- Bəsit şeylər eqo üçün cəzbedici deyil. Bəsit olan şey eqonun ölümü deməkdir.

- Unutma, beyin bir qul olaraq yaxşı quldur. Sənin çox işinə yarayır. Amma sahibkar olaraq çox təhlükəlidir və bütün həyatını zəhərləyər.

- Başqasının səhvinə görə özünü cəzalandırmaq axmaqlıqdır.

- Heç vaxt unutma: nə vaxt ki, seçim etmək məcburiyyətində qalsan, riskli, təhlükəli, sığortası olmayanı seç. Heç vaxt zərər görməzsən.

- Qəbul etməliyik ki, insan yer kürəsindəki ən zəif heyvandır. Və onun bütün davranışlarının, aid olduğu şeylərin, qruplaşmalarının təməli budur. O, özündən daha böyük bir şeyin parçası olmaq məcburiyyətindədir. Ancaq bu zaman özünü təhlükəsiz hiss edə bilir.

- Gedəcək heç bir yol yoxdur. Hər şey bu andadır. Bütün varlıq bu anda toplanıb. Bu anın içinə sığışıb. Bütün varlıq yaşadığın anda axmaqdadır.

- Yaradıcılıq varlığın ən böyük üsyanıdır. Əgər yaratmaq istəyirsənsə, bütün şərtlərdən xilas olmağa məhkumsan. Əks təqdirdə yaradıcılığın kimdənsə köçürtməkdən başqa bir şey olmayacaq.

- Əslində sən bölünmüş deyilsən. Reallıqda sən ahəng içərisində olan bir bütövsən. Amma bir bütün olmadığını düşünməyə şərtləndirilmisən. Və əgər ruhi bir varlıq olmaq istəsən, bədəninlə mübarizə aparmaq lazım olduğun öyrədilib. Bədənini fəth etmək, onu məğlub etmək, yox etmək... Mümkün olan hər vasitəylə ona işgəncə verməyin lazımdır.

- Ayrılıq qaçınılmaz sondur. Heç kimi bunu istəmir, amma bundan xilas olmaq mümkün deyil. Çünki həyat olduğu kimidir, olmalı olduğu kimi deyil.

- Sənə deyirəm ki, həyat bir həbsxana deyil. O, cəza deyil. O, mükafatdır. Layiq olanlara verilir. Həyatdan zövq almaq sənin haqqındır. Əgər zövq almağı bacarmasan günah işləməyə məcbur olacaqsan. Onu gözəlləşdirməsən, sənə verilən kimi saxlasan varlığa qarşı gəlmiş olacaqsan.

- Güclü küləklər səni o tərəf bu tərəfə dartırsa, sən müqavimət göstərmə. Onlar sən dirəndiyin üçün güclü olurlar.

- Nə varsa, onu gör. Tələsmə. Səhv anlamaqdansa, anlamamaq daha yaxşıdır.

- Həyat qısa deyil, sonsuzdur. Ətraf aləmin tələsdiyini görmüsənmi heç? Fəsillər vaxtında gəlir, ağaclar vaxtında çiçək açır. Heç bir ağacın ya çiçəyin həyat qısadır deyə böyüməyə tələsdiyini görmüsənmi?

- Cəmiyyətə mütləq şəkildə təslim olmaq, tamamilə onun əsiri olmaq lazımdır. Çünki cəmiyyət ancaq kölələrə, ruhunu öldürmüş adamlara hörmət edir.

- Eqo aysberqdir. Onu ərit. Onu dərin sevginin içində ərit. Beləliklə o yoxa çıxsın və sən okeanın bir parçası ol.

- Həyat xırda şeylərdən ibarətdir. Əgər sən sevsən, onlar böyüyərlər.

- Həyatda insanın əsas hədəfi azadlıqdır. Azadlıq olmadan həyatın mənası yoxdur. Azadlıq deyəndə ağlınıza təkcə siyasi, sosial yaxud iqtisadi mənada azadlıqlar gəlməsin. Azadlıq zamandan, şüurdan, arzudan azad olmaqdır. Zehin yoxa çıxdığı anda sən də bəşəri olacaqsan. Bəşəriyyət qədər sərhədsiz ol.

- Şüur kütlə kimidir: düşüncələr - fərdlərdir. Düşüncələr davamlı olaraq orada olduqları üçün prosesin maddi olduğunu düşünürsən. Bütün düşüncələri rədd elə və sonda görəcəksən ki, heç nə qalmadı. Şüur deyə bir şey yoxdur, sadəcə düşüncə vardır.

- Zəka sonradan əldə olunan bir şey deyil. O yaradılışdan gəlir, insanın özünə aiddir, o həyatın quruluşundadır.

# 7496 dəfə oxunub

Oxşar xəbərlər

Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

17:38 3 avqust 2026
Cahit Berkay kimdir? - Ən yaxşı 5 film musiqisi

Cahit Berkay kimdir? - Ən yaxşı 5 film musiqisi

13:00 3 avqust 2026
İnsan  torpağın sahibidir, yoxsa təbiətin müvəqqəti qonağı? - Bir tablonun fəlsəfəsi

İnsan torpağın sahibidir, yoxsa təbiətin müvəqqəti qonağı? - Bir tablonun fəlsəfəsi

13:30 2 avqust 2026
Gözəllik kanonlarını kökündən sarsıdan sənətkar - Dübüffenin 3 məşhur əsəri

Gözəllik kanonlarını kökündən sarsıdan sənətkar - Dübüffenin 3 məşhur əsəri

14:00 31 iyul 2026
"Hamımızın taleyini və xarakterini doğulduğumuz yer müəyyən edir..." - Nobel mükafatçısından sitatlar

"Hamımızın taleyini və xarakterini doğulduğumuz yer müəyyən edir..." - Nobel mükafatçısından sitatlar

15:00 30 iyul 2026
Florensiyanın mənəvi atasına vizual elegiya - Bir portretin sirri

Florensiyanın mənəvi atasına vizual elegiya - Bir portretin sirri

13:00 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər