writer1

Sevda Sultanova

Məqalə sayı

795
clock09:00 calendar-gray 09 Yanvar 2014 view-gray3543 dəfə oxunub
view-gray3543 dəfə oxunub

İtmiş qızı tapa bilməyən Elxan Elatlı

Keçənlərdə saytlardan birində gözümə belə informasiya dəydi.

Hansısa mötəbər festivalda dünya kinosunun əhəmiyyətli simalarından Federiko Fellininin filmlərinin retrospektivi keçirilib.

Və zalın yarıdan çoxu boş qalıb.

Təxmin edirəm ki, əgər Harri Potter seriyasından bir film və ya kütləvi mədəniyyətin dahisi Stiven Spilberqin macəra filmi nümayiş olunsaydı, zalda adam əlindən tərpənmək olmazdı.

Sənət və kütləviliyin qarşıdurması ara-sıra bizim mediada da müzakirələrə yol açır. Müzakirələrdə məsələn, artıq belletristikaya çevrilən Varisin və ya Elxan Elatlının böyük ədəbiyyatla əlaqəsinin olmadığı dəfələrlə deyilib.

Adıçəkilən müəlliflərin əsərlərinin ədəbi hadisə olub-olmadığı əsas məsələ deyil.

Çünki əgər söhbət insanların seçim azadlığından gedirsə və kütləvi əsərlərin müəllifləri oxunursa, izlənirsə, niyə də bu növ ədəbiyyatın yaşamaq haqqı olmasın?

Yaxınlarda Elxan Elatlının “İtmiş qızın axtarışı” kitabını oxudum. Kitabda iki hekayə və bir roman yer alıb.

Sözsüz ki, bu əsərlər sənət hadisəsi deyil. Kütləviliyə hesablanmış, son dərəcə asan dərk edilən, bəsit dildə yazılmış mətnlərdir.

E.Elatlının təhkiyəsi daha çox faktoloji təəssürat yaradır.

Cinayət hadisələrinin fonunda hansısa sosial-fəlsəfi problemlərin analizi, araşdırması yoxdur.

Yazı manerası cinayət reportajlarının üslubuna yaxındır.

Müəllif konkret cinayət hadisəsinə fokuslanır, onun roman olduğunu xatırlatmaq üçün az əhəmiyyətli gündəlik məişət hərəkətlərinin (məsələn, “kofe süzdü”, “başını əlləri arasına aldı”, “gözlərini tavana dikdi”, “pencəyini geyindi” və s. ) təsvirinə bir az bədii bəzək-düzək vuraraq ona ədəbi forma geyindirməyə çalışır.

Xarakterlər demək olar ki, açılmır, vəziyyətin və obrazların psixoloji təsviri yoxdur.

Müəllif beyni işlədən, dolaşıq, intriqaya dəvət edən süjetlər yox, oxucuya hazır məhsul təklif edir.

Başqa cür desək, hadisələrin hansı axarda davam edəcəyini, konturları, gedişləri sadəlövhlüklə bəlli edir, bir detektiv yazarın izn verməyəcəyi qədər ipucları verir, oxucunu gözlənlməzlik həzzindən məhrum edir

Bu növ yüngül ədəbiyyat beyin üçün “saqqızdır”, onu dincəldir, oxucunu əziyyətə salmır, təhkiyə lakonik şəkildə, sürətli tempdə düz xətt üzrə gedir.

Kəsəsi, belə əsərləri məsələn, Qara Qarayev stansiyasında oxumağa başlasaq “28 may”da artıq başa vurarıq.

Personajlar xəfiyyə Qanbay Qasımlı və jurnalist Nemət Sabirli adı müəllifin bütün əsərlərindən (məşhur ədəbi xarakterlər Puaro, Şerlok Holms, komissar Meqre kimi) keçir.

E.Elatlının mətnləri kütləvi olsa da, orda düşündürücü məqamlar da az deyil.

Məsələn, “Faktlar onun əleyhinədir” hekayəsində ərinə şər atılaraq həbs edilən qadın xəfiyyə Qasımlıya üz tutur. Xəfiyyə ona hadisəylə bağlı xeyli sual verəndən sonra düşünür: “Sifətindən görünür ki, sağlam olmasına baxmayaraq, ər-arvad münasibəti görmür”.

Görəsən, xəfiyyə cinayətin detallarını analiz etmək əvəzinə bir seksopatoloq kimi niyə düşünməlidir?

Yox, əgər onun qadına marağı vardısa, oxucunun bu marağın davamını gözləməyə haqqı var. Amma gedişatda xəfiyyə - qadın münasibətində nəsə baş vermir.

Belə nəticəyə gəldim ki, görünür, bu, nəsə postmodern fənddir.

Amma səmimi deyim ki, dincəlmək üçün Elxan Elatlının kitablarını (əlbəttə ki, o kitabları mənə bağışlasalar) məmnuniyyətlə oxuyaram.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

İnsanlar məşhur sənət əsərlərini evlərində belə canlandırdılar - Fotolar
19:50 31 Mart 2020
Məscid odunu - Mehriban Vəzirin yeni hekayəsi
18:27 31 Mart 2020
Tanınmış xanımlarımızdan "Evdə qal" kampaniyasına çörək hədiyyəsi - Fotolar
17:11 31 Mart 2020
Azərbaycanda anadan olmuş tanınmış yazıçı dünyasını dəyişdi
16:02 31 Mart 2020
Sevgilisinə görə 20 otaqlı ev tikdi, özündən 35 yaş cavan qızla evləndi, pula görə Üzeyir Hacıbəyova əsəbiləşdi - Cabbar Qaryağdıoğlundan maraqlı faktlar
15:19 31 Mart 2020
Ötən gecə Van Qoqun məşhur əsərini oğurladılar
14:32 31 Mart 2020
Ceyms Bond filminə 100 minlik zərbə
13:45 31 Mart 2020
Qohumların bizə gəlməyinə qəti qadağa qoymuşam – Yazıçılarımız karantin günlərini necə yaşayır? - Sorğu
12:30 31 Mart 2020
Facebookda “zibil atan”ların təhlükəli səhvi
11:50 31 Mart 2020
Dahi şairimizdən Günün Şeiri
11:15 31 Mart 2020
Azərbaycanlı qarmon ifaçısı vəfat etdi
10:31 31 Mart 2020
"Santa Barbara" serialının ulduzu dünyasını dəyişdi
10:17 31 Mart 2020
Milli Konservatoriya Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
09:28 31 Mart 2020
Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi
09:00 31 Mart 2020
Habil Əliyevin koronavirusa yoluxan qızı danışdı: “Qorxuram” - Foto
23:02 30 Mart 2020
Milli Kitabxanadan oxuculara daha bir virtual xidmət
20:02 30 Mart 2020
Komediya ustası koronavirusdan vəfat etdi
17:01 30 Mart 2020
Tanınmış rejissor dünyasını dəyişdi
16:38 30 Mart 2020
Koronavirus dünyanı necə dəyişəcək: ağlagəlməz ehtimallar
15:59 30 Mart 2020
Teatrdan evdə qalan tamaşaçılara jest - Repertuar
14:56 30 Mart 2020