Yeni il təbrik mesajları

Yeni il təbrik mesajları
30 dekabr 2013
# 12:23

Kulis.az maraqlı Yeni il mesajlarını təqdim edir.

Ağappaq yağan qar keçmişin xətalarını örtər... Bizə yeni bir gələcək və başlanğıc təqdim edər. Yeni ilin bütün bəşəriyyətə və ölkəmizə sülh, xoşbəxtlik gətirməsi diləyi ilə yeni ilinizi təbrik edirəm. Hər şey ürəyinizcə olsun!

2013-cü ili kədərlərimizlə, sevincimizlə arxada qalacaq. 2014-cü il daha çox ümid, daha çox sevinc, daha çox xoşbəxtlik gətirsin. Gözəl illər, xoşbəxt gələcək, gerçək dostluqlar həmişə sizinlə olsun!

Yeni ildə sevgi və sülh diləyirəm. Müharibələrin, kədərlərin və fəlakətlərin keçib gedən il kimi arxada qalması ümidi ilə. Neçə-neçə uğurlu illərə!

Xoşbəxtliyin bütün pislikləri unutduracağı, uğurların bütün uğursuzluqları yox edəcəyi, gözəlliklərin həyatını dolduracağı bir il diləyi ilə.

Sevgi musiqisinin tonlarını bütün insanların ürəyində hiss edəcəyi, hüznlərinizin dostluqlarla silinəcəyi, ümidlərinizin heç bitməyəcəyi, sağlıq, xoşbəxtlik və uğur dolu bir ili sevdiklərinizlə birlikdə keçirtməniz diləyi ilə. Yeni il sizə sağlamlıq, xoşbəxtlik və bol qazanc gətirsin. Sevinc dolu bir il keçirin.

Bunu unutma: Hər şeyin yox olduğunu düşündüyünüz anda gələcək hələ yerindədir. Yeni il gələcəyin ilk addımıdır. Xoşbəxtlik və uğur diləklərimlə.

Ən böyük vaxt oğrusu qərarsızlıqdır. 2014-cü ili bütün qərarlarımızın gerçəkləşməsi və xoşbəxtliyi gətirməsi diləyi ilə neçə-neçə xoşbəxt sabahlara!

İdeal dediyimiz eynilə ulduza bənzəyər, ona heç bir zaman çata bilmərik, amma eynilə dənizçilərdə olduğu kimi bizə də yolumuzu göstərən odur. Yeni ildə bütün ideallarına çatman diləyilə xoşbəxt illər!

Şəkər kimi şirin, nağıllar kimi yaxşı sonluqlu bir il diləyirəm!

Xoşbəxt insan sevgisinə və özünə inanandır. Sevgi bütün qapıları açar. Yeni ildə sevgi dolu günlər diləyirəm. Xoşbəxt günlər!

Ümidinizin heç zaman yox olmamağı diləyi ilə, yeni iliniz mübarək!

Övladlarınızın, nəvələrinizin istəklərini reallaşdıra biləcək uğurlu, bol şanslı və bol qazanclı bir il diləyirəm.

Hamıya bu yeni ildə uşaqların sevinci qədər sevinc arzu edirəm.

At muraddır deyirlər. Bu at ilini öz arzuna, muradına çataraq yekun vurasan.

Həyatınızda dərdləriniz qar dənələri kimi elə həmin an əriyib yox olan olsun. Yeni iliniz ruzi bərəkətli olsun!

Elnarə Ağaoğlu

# 124547 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər