Hansı yazıçının Azərbaycanın əhalisi qədər izləyicisi var?

Hansı yazıçının Azərbaycanın əhalisi qədər izləyicisi var?
25 dekabr 2013
# 08:45

Artıq yazıçıların, şairlərin quş lələyini mürəkkəbə batırıb şam işığında yazı yazdığı dövrlərə az qala nağıl kimi baxırlar. İndinin yazıçıları heç qələmə də ehtiyac duymur. Zəruri qeydlərini ağıllı telefonlarında, mini tabletlərində edir, əsərlərini birbaşa kompüterə yazırlar. Sosial şəbəkələrdə də oxucuları ilə danışır, onların fikirlərini öyrənib, müzakirələr edirlər. Bəs siz onları tanımaq, onları izləmək istərdinizmi? Beləliklə, dövrümüzün “Twitter” şəbəkəsində olan ən maraqlı yazıçılarını təqdim edirik:

Paulo Koelyo

“Twitter” sosial şəbəkəsində aktiv olanlar Koelyonun burdakı məşhurluğundan yəqin xəbərdardır. @paulocoelho imzası ilə yazan yazıçının 8 milyon 789 min 445 izləyicisi, 23 min 674 tviti var. O, nadir yazıçılardandır ki, əsərlərini internetdə pulsuz yayımlayır. Məhz bu xüsusiyyətinə görə Koelyonu "Ən Google yazıçı” (the Googliest author) adlandırıblar. Yazıçının Azərbaycan dilinə "Kimyagər", "On bir dəqiqə", "Rio-Pedra çayının sahilində oturdum və ağladım" əsərləri tərcümə olunub.

Nil Geyman

@neilhimself adı altında 1 milyon 927 min 162 izləyici toplayan ingilis yazıçı və ssenaristin 65 min 324 tviti var. Yazıçının məşhur əsərləri “Anansinin övladları”, “Ulduz tozu”, “Amerikan Tanrıları”, “Karolina”-dır.

Con Qrin

Adına açılmış saxta hesablar usanmış yazıçı @realjohngreen adı ilə şəbəkədə qeydiyyatdan keçib. 1 milyon 898 min izləyicisi və 18 min 419 tviti var. “Qüsur ulduzlarımızdadır” əsəri ilə Nyu-Tayms bestselleri olmuş Qrin Tumblr bloqunda və YouTube hesabında da aktivdir.

Elif Şəfəq

Xüsusilə türk dünyası ölkələrində sevilən Şəfəqin 1 milyon 399 min izləyicisi var. Azərbaycanda da çox sevilən yazıçının dilimizə “Eşq”, “İskəndər” əsərləri tərcümə edilib.

Salman Rüşdi

Qalmaqallı “Şeytan ayələri” kitabından sonra dəfələrlə haqqında ölüm hökmü verilən ingilis yazıçını şəbəkədə @SalmanRushdie adı ilə tapa bilərsiniz. Görəsən Rüşdinin 660 min 716 izləyicisindən neçəsi müsəlmandır?

Bret İston Ellis

Müasir amerikan yazıçının əsərləri də Rüşdi qədər qalmaqqallıdır. Qadınları alçaldıcı, təhqir edici əsərləri dəfələrlə çap edilməkdən imtina olunub, xüsusilə də “Amerikan manyakı” əsəri. Biseksual yazıçının şəbəkədə @BretEastonEllis ünvanı altında 429 min izləyicisi var.

Stiven Kinq

“Dəhşət kralı” adını almış yazıçının əsərləri dünya üzrə 350 milyondan çox satılıb. 172 min izləyicisi olan Kinqi dünyada məşhurlaşdıran üzərində 30 ildən artıq işlədiyi "Qaranlıq Qala" kitablar seriyasıdır.

Janet Uinterson

@Wintersonworld adı ilə “Twitter”də yazan ingilis yazıçının 28 min 396 izləyicisi var. 461 tviti olan Uinterson indiyədək bir çox mükafatlara layiq görülüb. Ən məşhur əsərlərindən biri “Portağal təkcə meyvə deyil” səhnələşdirilib və BAFTA mükafatına layiq görülüb.

# 3932 dəfə oxunub

Oxşar xəbərlər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5  məşhur əsər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5 məşhur əsər

13:30 3 iyun 2026
Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

15:00 2 iyun 2026
“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

12:00 1 iyun 2026
Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

17:00 30 may 2026
"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

15:00 30 may 2026
Erotik "Venera" tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

Erotik "Venera" tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

11:30 30 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər