“Bir şərtim var: qadın paltarı geymərəm”

“Bir şərtim var: qadın paltarı geymərəm”
2 iyun 2011
# 12:03
“Bacanaqlar”, “Qonşular”, “Aramızda qalsın” seriallarında gözə çarpan bir aktyor var. Tərlan Fərzullayevin adı və soyadı efir titrlərində Tərlan Nur Yaşar kimi yazılır. Mən onu aktyor adlandırdım. Amma özü bunun əleyhinədir. Deyir: “Özümə aktyor deyərəm, aktyorların xətrinə dəyər, mən həvəskaram, amma məsuliyyətli həvəskar”.

- Niyə sizi yalnız seriallarda görürük?

- Vaxtında çox ucuz qiymətə seriallara çəkilməsəydik, telekanallar inanmazdılar ki, böyük büdcəli serial çəkib xeyir götürmək olar.

- İndi böyük büdcəli serial varmı?

- Ona doğru gedirik.

- Gəlin əvvəldən başlayaq.

- Yəni, mən Fərzullayev Tərlan...

-Yox, o lazım deyil, niyə Nur Yaşar soyadını götürdünüz ?

- Yaşar Nurini ustadım hesab etdiyim üçün.

- İncəsənət Universitetini bitirmisiz?

- Yox, 1997-ci ildən şən və hazırcavablar tələbə klubunda məktəb keçmişəm. O klubda çox uşaqlar yetişdi: əməkdar artist Şövqi Hüseynov, Fərda, Elməddin... Özüm Texniki Universiteti bitirmişəm. O sənətimi də davam etdirirəm, menecer kimi fəaliyyətim var. Son vaxtlar iki yerdə işləmək alınmır. İki həftə öncə atam rəhmətə gedib. Evdə məsuliyyət mənim boynuma düşüb, ailəni başsız buraxmamaq üçün bir işdə işləmək daha yaxşıdır.

- Bu sənəti seçdinizsə, fikriniz nədir, məqsədiniz yalnız qazancdır, yoxsa ciddi sənətlə məşğul olacaqsız?

- Mən sənətə sənət gözü ilə baxıram. Tanıyanlar bilir ki, qazanc mənə dolanışığa çatsa, bəsimdir. Yüksək iddiada deyiləm. İlk çəkildiyim “Azərbaycansayağı oğurluq“ oldu, sonra “Qonşular”, “Bacanaqlar”, indi də “Aramızda qalsın”.

- Deyirsiniz, əsas pul deyil, amma çəkildikləriniz yalnız kommersiya filmləridir?

- Vallah, kinostudiyaya dəvət etsələr, böyük fəxrlə işləyərəm, çəkilərəm. Seriallara çəkiləndə senariləri oxuyuram, bəzi meyarlarım var, onları əvvəlcədən deyirəm. Məsələn, qadın paltarı geyinmərəm, buna görə heç kimi qınamıram, amma mən qadın rolu oynamaram. O ki qaldı peşəkar sənətlə məşğul olmağa, məncə, peşəkar olmaq üçün universitet bitirmək lazım deyil. Yaşar Nuridən aldığım təcrübə iki universitetə dəyər. Nəsibə Zeynalova, Bəşir Səfəroğlu da universitet oxumayıblar. Sənət özü yarananda incəsənət universitetləri yaranmamışdı.

- Cənub ləhcəsində gözəl danışırsınız...

- Baloğlan Əşrəfovdan, rejissorumuzdan öyrənirəm. Özüm əslən Lənkərandanam, amma Cəsarət roluna qədər o ləhcədə heç nə bilmirdim. Vacib oldu, öyrəndim, bax budur sənətə məsuliyyətlə yanaşmaq.

- Qalstukunuzu o formada oynatmaq ssenaridən gəlir?

- Yox, onu Yaşar Nuridən öyrənmişəm. Deyib ki, hər rolunda rola möhür vuracaq bir jestin olsun. Düşündüm və ağlıma gəldi ki, Cəsarət rəngbərəng qalstuklar taxır, nə isə jesti onun üzərinə qoymaq olar. Müxtəlif formalar düşündüm, axırda onun üzərində qayandıq. Cəsarət müəllim nə isə deyir, fikrini tamamlayanda qalstukla nöqtə qoyur elə bil...

- Qarşıda hansı rollar gözlənilir, daha doğrusu, seriallar?

- Bu hələlik sirdir. Dediyim kimi, başlanğıcdayıq.


Ramilə QURBANLI
# 3438 dəfə oxunub

Oxşar xəbərlər

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

16:23 13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

16:00 13 noyabr 2026
Conni Depp  Skrucla qayıdır

Conni Depp Skrucla qayıdır

15:23 13 noyabr 2026
“Children of Blood and Bone”  filmindən yeni treyler

“Children of Blood and Bone” filmindən yeni treyler

13:04 13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

12:38 13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər