İnsanın heç unutmadığı an! - Öpüş haqqında qeyri-adi faktlar

İnsanın heç unutmadığı an! - Öpüş haqqında qeyri-adi faktlar
12 sentyabr 2019
# 21:01

Statistika göstərir ki, insanların 85-90 faizi ilk öpüşlərini yaxşı xatırlayırlar. Öpüşdən 2-3 dəfə az yadda qalan isə yaxınların ölümü, ilk uşaq həyəcanı və bakirəliyi itirmə anıdır.

Öpüşlə bağlı iki ehtimal var:

İlk ehtimala görə, öpüş analıq hisslərindən törəyib. Uşaq əvvəl ananın döşünü əmir, bir müddətdən sonra dayandırır. Ana isə ona sıyıq tipli yeməkləri ağzı ilə ötürməyə başlayır. Bu da bir müddət sonra “soska effektini” verir; ana uşağın başını aldatmaq üçün dodağını onun dodağına toxundurur. Beləcə öpüş sevgi və incəlik rəmzinə çevrilir.

İkinci ehtimala görə, öpüş sülhü xarakterizə edib. Dişlərini qıcamaq əvəzinə dodaqlarını irəli gətirmək – barış rəmzi sayılıb.

Heyvanlar arasında öpüşlərinə görə fərqlənən şimpanzelərdir. Onlar sevdiklərini, insanlar kimi qucaqlayıb dodaqlarından öpürlər və heç bir zoopsixoloq onların bunu necə və haradan öyrəndiklərini izah edə bilmir.

Qədim insanlar nəfəsi müqəddəs və müalicəvi hesab ediblər. Təsadüfi deyil ki, uşaqlar yaralananda: “Qoy öpüm, keçəcək”, - deyirlər. Qədim nağıllarda yatmış gözəli oyatma, qurbağanın şahzadəyə çevrilməsi də sırf öpüşün xeyir gətirmə gücünə inamdan yaranıb.

Öpüş haqqında ilk yazılı məlumata 4 min il bundan əvvələ aid fars əlyazmalarında rast gəlinib. E.ə. V əsrdə Herodot yazıb: “Farslarda yüksək təbəqənin adamları öz təbəqəsindən olanları dodaqdan, daha aşağı təbəqələrdən olanları isə yanaqdan öpürdülər”.

Image result for öpücük

Öpüşmək qədim romalılarda da dəb olub. Hamı – kişilər, qadınlar, tanışlar, uşaqlar hər yerdə - evdə, küçədə öpüşüblər. Dodaqlarına boya kimi ətirli maye sürtüblər ki, öpüş daha ləzzətli olsun. Azmaq dərəcəsinə çatan “öpüş epidemiyası”nın qarşısını isə imperator Tiberi alıb.

Yuxarıda qeyd olunduğu kimi, qədim və orta dövrlərdə öpüş təbəqələşməni də göstərib. Aşağı təbəqəyə özündən qat-qat yüksək təbəqənin adamını ancaq əlindən, çiynindən, paltarının ətəyindən, dizindən öpməyə icazə verilib. Qullar ümumiyyətlə sahiblərinə toxunmağı ağıllarına gətirə bilməzdilər; onlar sahiblərinin ayağının altındakı torpağı öpüblər.

Avropada vəba və digər xəstəliklərin sürətlə yayılması Renessans dövrünə yeni etiketlər qazandırıb. İnsanlar artıq görüşəndə bir-birini öpmür, papaqlarını çıxarıb baş əyir, qadınların əlcəkli əllərini öpür, kişilər isə sıxırdılar. Hətta insanların bir-birinə uzaqdan “hava öpüşü” göndərməyi də bu dövrə təsadüf edir.

Görüşəndə öpüş sayı hər xalqda bir cürdür. Məsələn, ərəblər, farslar üç dəfə, amerikanlar, fransızlar iki dəfə yanaqlarını toqquşdururlar. Çinlilər ictimai yerlərdə, zəncilər isə ümumiyyətlə görüşəndə öpüşmürlər. Yapon və çinli cütlüklər evlənəndə öpüş əvəzinə bir-birilərinə və gələn qonaqlara baş əyirlər. Kambocada bəy burnunu gəlinin yanağına toxundurur. Eskimoslar burunlarını sürtüşdürürlər, indoneziyalılarsa pərdə arxasında öpüşürlər ki, heç kim görməsin.

Öpüşlə bağlı ən qəribə adətlərdən biri İrlandiyadadır. Orada yerləşən məşhur Blarni qəsrində eyni adlı qara, möcüzəvi daş var. Əfsanəyə görə, bu daşı başıaşağı öpmək sevgidə uğur gətirir. Ona görə, bu qəsrə getsəniz, özünüzlə ən azı bir nəfər aparmalısınız ki, ayağınızdan tutub sizi daşı başıaşağı öpməyə kömək etsin.

1930-cu illərdə Hollivud filmlərində aktyorlara ancaq 3 dəqiqə öpüşməyə icazə verilirdi. Əlavə hərəkətlər – boynu, ayağı sığallamaq, seksual səhnələr qadağan imiş. “Öpüş dissidentləri” – Kerri Qrant və Klark Qeybl qadağanı sındırıblar. 1960-cı illərdəki seksual inqilabdan sonra isə öpüş həm məişətdə, həm kinoda adiləşib.

Rəna Nevzat

# 12570 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanla  Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

13:17 26 oktyabr 2026
“Bridcet Cons”un yaradıcısından yeni addım:  Ən gülməli yazılara pul mükafatı

“Bridcet Cons”un yaradıcısından yeni addım: Ən gülməli yazılara pul mükafatı

13:00 26 oktyabr 2026
Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu  yubileyi münasibətilə təbrik etdi

Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik etdi

12:51 26 oktyabr 2026
ISECO:  "Bakı prosesi müxtəlif mədəniyyət nümayəndələrini bir araya gətirib"

ISECO: "Bakı prosesi müxtəlif mədəniyyət nümayəndələrini bir araya gətirib"

12:40 26 oktyabr 2026
Salli Runi ilə həmrəylik:  İki uşaq yazıçısı qonorarlarını ona verəcək

Salli Runi ilə həmrəylik: İki uşaq yazıçısı qonorarlarını ona verəcək

12:40 26 oktyabr 2026
Direktor:  "BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir"

Direktor: "BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir"

12:38 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər