Niyə kitab oxumalıyıq?-Amerikan alimlərin araşdırması

Niyə kitab oxumalıyıq?-Amerikan alimlərin araşdırması
29 noyabr 2013
# 13:05

Hamımız yaxşı bilirik ki, bədii ədəbiyyatın ümumi savadlanmaya böyük təsiri var. Bədii ədəbiyyat xeyirli olmaqla yanaşı, həm də insanların sosial cəhətdən həyata daha da uyğunlaşmağına şərait yaradır.

Nyu-York şəhərinin Yeni Sosial Tədqiqatlar Məktəbinin psixologiya professoru Emmanuele Kastano və onun aspirantı David Korner “Kidd Science” (Elm) jurnalının son nömrəsində bədii ədəbiyyat mütaliəsinin düşünmə qabiliyyətini yaxşılaşdırması, eləcə də insanlar arasında qarşılıqlı əlaqələrin qəliz sahələri üçün vacib olan düşünmə prosesini inkişaf etdirməsi barədə məqalə yazıblar.

Nə qədər qəribə olsa da, psixoloqlar çox vaxt belə bir sual qarşısında qalırlar: əslində, bədii ədəbiyyat oxumaq insan şüuruna nə dərəcədə təsir edir? Ola bilsin ki, onlar uşaqlıqdan bu sualın konkret olmasa da, cavabını bilirlər. Ancaq bu suala dəqiq cavab verməkdə çətinlik çəkirlər.

Məhz buna görə də Nyu-York alimləri psixologiya sahəsindəki bədii ədəbiyyatın insan şüuruna təsiri haqqında olan bu boşluğu doldurmaq qərarına gəliblər.

İngiliscə “Theory of Mind” (ToM) adlanan şüurun xüsusiyyətləri var, Azərbaycan dilində bunu şüur nəzəriyyəsi, niyyətlər nəzəriyyəsi, insanın psixoloji vəziyyətinin modeli adlandırmaq olar. Bu terminin adlanmasında nəzəriyyə sözünün varlığına baxmayaraq, burada söhbət daha çox bizim şüurumuzun sosial xüsusiyyətlərinin spesifik yığımından gedir. Bu xüsusiyyətlər yığımına sahib olmaq, ilk növbədə, başqalarının sevinc və həyəcanını özününkü kimi hiss etmək və eyni zamanda özünün psixoloji vəziyyətinin başqa birisinin psixoloji vəziyyəti ilə eynilik təşkil etmədiyini anlamaq deməkdir.

Psixologiya elmində insanların “psixoloji vəziyyətinin modeli”ni anlamağın sınaqdan keçmiş metodları çoxdan işlənmişdir. Ona görə də bu tədqiqatlar zamanı tədqiqatçılar məhz həmin metodlardan yararlanmaq qərarına gəlmişlər.

Onlar 86 könüllü seçmiş və beş fərqli sınaq üsulu tətbiq edərək onlara üç növ ədəbiyyatdan birini: bədii, populyar, qeyri-bədii mətn nümunəsini oxumağı təklif etmişlər. Bu məqsədlə tədqiqat üçün ən maraqlı mətn nümunələri seçilmişdir: bədii əsər nümunələri olaraq National Book Award və O’Henri mükafatlarının qaliblərinin əsərlərindən, populyar mətn nümunələri olaraq Amazon.com portalının bestseller əsərlərindən, qeyri-bədii nümunələr olaraq da Smithsonian Magazine jurnalının qızıl fondundan parçalar.

Bəlkə də, azərbaycanlı psixoloqların belə bir tədqiqatı həyata keçirmək ideyası ağıllarına gəlsəydi, onlar sınaq üçün başqa mətnlər seçmiş olardılar, lakin nəticə, yəqin ki, elə Kastano və Kiddin əldə etdiyindən fərqlənməyəcəkdi.

Ona verilmiş mətni oxuyan vaxt könüllünü ToM sisteminə uyğun olaraq, müxtəlif testlərdən keçirirdilər, məsələn, ona hər hansı bir aktyorun bir gözünün ağ-qara şəklini göstərir və onun emosional vəziyyətini təsvir etməyi xahiş edirdilər. Tədqiqatlar zamanı könüllülərə daha çətin testlər də tətbiq olunurdu. Məsələn, bir müddət öncə yaradılmış Yoni-test tətbiq olunurdu ki, o da insanın başqa birisinin hiss və həyəcanını hiss etmək dərəcəsini və bunu nə dərəcədə düzgün hiss etməsini təyin etməyə kömək edir.

Bu sınaqlar zamanı bədii ədəbiyyatdan parçalar oxuyan könüllülər, populyar və qeyri-bədii mətnləri oxuyan könüllülərə nisbətən öz işinin öhdəsindən, yəni “psixoloji vəziyyətin modeli”nin öhdəsindən daha yaxşı gəliblər. Başqa sözlə desək, onlar hətta çox yaxşı yazılmış informasiyanı oxuyan könüllülərdən fərqli olaraq, bədii mətnləri oxuduqdan sonra sosial cəhətdən daha çox cəmiyyətə uyğunlaşmış olublar.

Kidd və Kastano hər şeyin çox sadə olduğunu vurğulayırlar.

Bədii ədəbiyyatın mütaliəsi insandan başqasının hiss və həyəcanını hiss etmək, qəhrəmanla birlikdə onun problemlərini həll etməyə çalışmaq və bu problemləri yad birinin problemləri kimi deyil, özününkü kimi hiss etməyi tələb edir. Məhz elə bu da bədii ədəbiyyatın mütaliəsi yolu ilə şüurun tərbiyə olunmasıdır. Bəlkə də, valideynlərimiz lap kiçik yaşlarımızdan bizi mütaliəyə alışdırmaq istədikdə, özləri də dərk etmədən, bizə məhz bunu başa salmağa çalışıblar.

Tərcümə: Svetlana Turan

# 2789 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #