Rusiya teatrında qalmaqal

Rusiya teatrında qalmaqal
26 noyabr 2013
# 16:52

Ötən həftə Rusiyanın Taqanka teatrında diqqətçəkən bir hadisə baş verib. Kseniya Peretruxina adlı bir xanımın rəhbərlik etdiyi rejissor, rəssam, teatrşünas, menecer qrupu teatrın foyesində “Alternativə cəhd” adlı bir sərgi keçirib. Sərginin əsas mövzusu tarixə nəzər və bugünkü teatrın aktual problemlər olub. Bu bədii layihəni Moskva mədəniyyət idarəsinin dəstəyi ilə teatrın 50 iliyi münasibətilə təşkil ediblər. Hər şey də elə bundan sonra başlayıb.

Sərgi açılar-açılmaz teatr sərgiyə onun vurğuladığı mövzuya sərt təpki göstərib. Sərgidə iştirak edən obyektlərin üstünü cızıb, qaralayıblar. İş orasındadır ki, bu analitik funksiya daşıyan, teatrı təftiş edən, onu təhlilə çəkən sərgidə teatrın ən zəif məqamları göstərilib. Məsələn sərgidə divara yerləşdirilən yazılardan birində belə deyilir: “Bir dənə də yeni fikir yoxdur” və ya “Talançıar! Teatrdan rədd olun!”.

Bu divar yazılarında köhnə, gerilikçi, durğun teatr mühitini hədəfə alan sərgi düşməncə qarşılanıb. Sərgi artistlər tərəfindən pislənib, dağıdılıb: “Bu divar yazıları bizi təhqir edir. Biz öz yolumuzu bilirik. Sizə Fialov, Zolotuxin, Vısotski mane olur?” - deyə Taqanka teatrının artistləri manifest sərgiyə etirazlarını belə bildiriblər. Onlar bu sərginin teatrın kult kodunu dağıtmaqda ittiham ediblər, qrupun fəaliyyətini isə “işğal” kimi qiymətləndiriblər.

Layihənin rəhbəri Kseniya Pereturxina bu reaksiyanı belə izah edib: “Teatrda 60-cı illərin havası var. Sərgi repertuar teatrının ən yaralı yerinə toxunub- hermetiklik. Biz çox emosional reaksiya ilə rastlaşdıq. İki yol var. Ya bunları qəbul edib dialoqa razılaşmaq, ya da bunlara gözünü bərk-bərk yumub araya hasar çəkmək, düşmən kimi davranmaq, yazıları qaralamaq. Biz birinciyə çalışırıq”.

Saytların birinə müsahibəsində xanım Petrurxina teatrın bu münasibətindən təəssüfləndiyini bildirir. Müasir incəsənət aktı belə qarşılandığına təəssüf edirəm. Hər yeniliyin də belə qarşılandığını bilirəm. Məncə indi teatrda vacib olan onun cəmiyyətə təsiri, incəsənətin sosial funksiyasıdır. Cəmiyyətin incəsənətə müvafiq olaraq dəyişməsi üçün bu, vacibdir. Biz qərar qəbul etməliyik.

- Sərgidə nə nümayiş olunurdu?

- Sərgidəki əsərlərdən biri belə idi: “Bu yerdə teatrın afişası asılmışdı: ”Nə etməli?” Budur məsələ!” Bizim layihəmiz sərgimiz daha çox suallar verən balaca qeydlərdən, divar yazılarından ibarət idi. Bu suallar bu günə tarixə yönəlmişdi. Lemandan Qodara kimi məşhurlardan sitatlar var idi. Biz teatra da, onun tarixinə də hörmət edirik. Layihələrdən birində ilk tamaşamız “Orkestrin məşqi” adlanır ki, bu teatrın aktyorundan texniki işçisinədək hər kəslə müsahibələrdən ibarətdir. Bizim layihənin məqsədi durduğumuz yeri anlamaq, vəziyyəti dərk etmək, tarixə alternativ yanaşma tapmaqdır. Tarix bir səhifənin məzmunu deyil. Bizim layihənin əsas xətlərindən biri də bu idi: tarix subyektivdir. Hər kəsin öz tarixi ola bilər.

Mən çox istəyirəm ki teatrın kollektivi bu sərgidə qorxulu və dəhşətli bir şeyin olmadığını anlasın.

# 4284 dəfə oxunub

Oxşar xəbərlər

"Kəndli qadın xəsis, kəndin irəli çıxanı isə acgözdür..."  — Hüseyn Cavidin müəllimi Sofiyadan nə yazıb?

"Kəndli qadın xəsis, kəndin irəli çıxanı isə acgözdür..." — Hüseyn Cavidin müəllimi Sofiyadan nə yazıb?

12:00 14 may 2026
Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

10:00 14 may 2026
"Zaman yaxşıları da necə eybəcərləşdirə bilərmiş?"  - Bəxtiyar Vahabzadə Elçinə məktubunda nə yazmışdı?

"Zaman yaxşıları da necə eybəcərləşdirə bilərmiş?" - Bəxtiyar Vahabzadə Elçinə məktubunda nə yazmışdı?

15:00 13 may 2026
Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

12:00 13 may 2026
"Tövratımdan, İncilimdən, Quranımdan keçmişəm" - Füzuliyə qəzəllər

"Tövratımdan, İncilimdən, Quranımdan keçmişəm" - Füzuliyə qəzəllər

15:00 12 may 2026
Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

15:00 11 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər