Yeni filmin adı dəfn edildi
Kulis.az-ın “The Los Angeles Times” qəzetinə istinadən verdiyi xəbərə görə, sonuncu Kann kinofestivalında baş mükafatı almış rejissor Terrens Malik artıq yeni filmi üçün distribyüter axtarılır.
Çəkilişləri hələ keçən il bitən filmin süjeti sirr saxlanılır. Məlum olan təkcə odur ki, baş rolları məşhur ulduzlar Ben Afflek, Reyçel Makadams və ukrayna əsilli fransız modeli Olqa Kurilenko oynayıb. Layihə öncə “Dəfn mərasimi” adlansa da, sonradan bu ad dəyişilib.
Filmin ekranlara çıxacağı tarix də bəlli deyil. Rejissor çəkiliş qrupundan bu ilin yayına və payızına hazırlaşmağı xahiş edib.
Ümumiyyətlə, Malik intensiv işləyən rejissor deyil. O filmlərini adətən böyük fasilələrlə çəkir. Məsələn, onun 2005-ci ildə ekranlaşdırdığı “Yeni dünya” ilə bu il mükafat almış “Həyat ağacı” arasında 6 il müddət var.
Rəna Nevzat

Oxşar xəbərlər
Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında
16:23
13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?
16:00
13 noyabr 2026
Conni Depp Skrucla qayıdır
15:23
13 noyabr 2026
“Children of Blood and Bone” filmindən yeni treyler
13:04
13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası
12:38
13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə
15:11
12 noyabr 2026