news-inner
clock11:08 calendar-gray 18 Noyabr 2013 view-gray2006 dəfə oxunub
view-gray2006 dəfə oxunub

Nə əli var, nə ayağı... Kitab yazır

Əlimizi bıçaq kəsəndə bir gün özümüzə gələ bilmirik, qrip olanda bir həftə nazlanırıq, qolumuz sınanda bir ay ağlayıb-sızlayırıq, bizə biri kömək etməsə yaşaya bilmirik, xroniki bir xəstəliyimizin olduğu məlum olanda özümüzü dünyanın ən bədbəxt adamı hesab edirik. Əlimizi göyə açıb dua eləmək əvəzinə, əlimizdəkilərə şükür etmək əvəzinə bizi yaradana sitəm edirik. Və tez-tez də bu sözləri işlədirik: Başıma bu hadisə gəlməsəydi, mən başqa bir adam olardım.

Amma bu balaca dünyamıza əməllicə nəzər yetirdikdə dünyada nə qədər insanın “tam” olmadığı halda həyata necə böyük sevinclə gülümsədiyini, necə böyük həyat eşqinə sahib olduğunu görə bilərik

Belə bir sual doğur. Bəs insana həyatda uğur qazanmaq üçün nə lazımdır? Uğurlu bir ailədə doğulmaqmı, xoşbəxt bir ölkədə dünyaya gəlməkmi? Sağlam bir bədənə sahib olmaqmı? Yüksək təhsilmi?

Yoxsa bunların hamısından vacib iki şey var bu dünyada? Optimist və iradəli olmaq. Məqsədə can atmaq. İstəyinin ardınca qaçmaq cəsarətinə sahib olmaq...

Deyəsən lap “fərdi inkişaf” kitablarındakı kimi danışdıq.

Amma gəlin onların həyatlarına nəzər yeytirək.

Tetra-Ameilya sindromu nadir rast gəlinən xəstəliklərdəndir. Bu sindromun əlamətləri ilə doğulanları müəyyən etmək çətin deyil: belələrinin yuxarı və aşağı ətrafları olmur. Yəni əlsiz-ayaqsız doğulurlar. Başqalarının köməyi olmadan yaşaya bilməyən bu adamların bizim kimi ölkələrdə yalnız bir təyinatı olur. Onlardan dilənçi kimi istifadə edirlər.

Amma Nik Vuyçiç və Ottake Xirotada nə dilənçidirlər, nə də kiminsə köməyinə ehtiyacları var.

Gəlin birinci Ottake Xirotada ilə tanış olaq.

İradə dənizinin dibində üzən dalğıc

Ottake Xirotada... Jurnalist, yazıçı, professional dalğıc. Onun “Heç kəs mükəmməl deyil” kitabı İkinci Dünya Müharibəsindən bu yana Yaponiyada ən çox satılmış üç kitabdan biridir.

1976-cı ildə Tokio xəstəxanalarından birində bir oğlan uşağı dünyaya gəlir. Həkimlər onda uşaq sarılığı olduğunu deyərək uşağı üç həftə anasından gizlədirlər. Əslində isə uşaq sarılıq deyildi. Körpə əlsiz-ayaqsız doğulmuşdu. Buna görə də həkimlər valideynlərin uşaqdan imtina edəcəklərindən qorxurdular.

Lakin həkimlər ananın tələbi qarşısında daha artıq duruş gətirə bilmirlər, uşağı anasına göstərməli olurlar. Balasını görən ananın ağzından bu cümlələr çıxır: “Necə qəşəng baladır!”

O dövrdə Yaponiyada əlillərə qarşı münasibətin birmənalı olmamasına baxmayaraq valideynləri onu əlillər üçün olan məktəbdə deyil, normal məktəbdə oxudurlar. Ona tez-tez verilən məlum suala cavab verən Ottake tezliklə kollektivə uyğunlaşır.

Daha sonra universitet bitirən Ottake əlil arabası vasitəsilə rahat şəkildə hərəkət edir. Onu demək olar ki, heç vaxt qarabaq görmək mümkün deyil, həyat enerjisi ilə dolu bir adamdır.

Jurnalistika ilə məşğul olur. Boş vaxtlarında səyahət etməyi sevir. Və bir də dalğıclıqla məşğul olur.

Öz həyatından yazdığı “Heç kəs mükəmməl” deyil kitabı onu yazıçı kimi də məşhurlaşdırıb. Kitab müxtəlif dillərə tərcümə olunub. Bu il həyatından bəhs olunan filmdə baş rolu özü oynayıb.

Öz həyatının Qalileo Qalileyi

“Siz oxsuz, Yer kürəsi isə sizin ətrafında dövr edir”. Bu sözlərin müəllifi öz həyatının Qalileo Qalileyi olan Nik Vuyçiçdir.

O, 1982-ci ildə Avstraliyada serb emiqrantlarının ailəsində anadan olub. Ailəsinin tələbi ilə əlillər üçün olan xüsusi məktəbdə deyil, adi məktəbdə təhsil alıb.

Vuyçiçin də atıq bildiyimiz kimi bədən üzvləri yoxdur. Yalnız sol budunun qurtaracağında barmaq deyə biləcəyimiz iki çıxıntı var. Elə bu barmaqlar vasitəsilə də Vuyçiç, üzür, skeyt, sörfinq sürür.

Notbuk və mobil telefonun kəşfi sanki onun üçün nəzərdə tutulmuşdu. O rahat şəkildə mobil telefon və notbuku idarə edə bilir, yazı yazır, oyun oynayır.

Balaca Nik ilk dəfə skeytborda yüksək təpədən sürüşəndə valideynləri dəhşətə gəliblərmiş.

O əlil arabasına da ehtiyac duymur, bizim ayaqlarımızın altı qabar bağlayırsa onun alnı qabar bağlayıb. O, alnı ilə divardan yapışaraq rahat şəkildə dikəlir, hərəkət edir.

Nik 1999-cu ildə “Ətarflarsız həyat” adlı dini təşkilat yaradıb. Əsasən vaizlik edən Nik Vuyçiç iki kitab müəllifidir.

Müxtəlif ölkələrdə çıxış edərək insanları həyata bağlamaqla, onları motivasiya eləməklə məşğuldur.

Nik Vuyçiç 2012-ci ildə ailə həyatı qurub. Bir oğlu var.

Bu iki inanılmaz insan həyatı ilə tanış olduqdan sonra, af-uf eləməyə, həyatda bu olsaydı, belə olardım, o olsaydı elə olardım deməyə haqqımız varmı görəsən?

Çatışmayan bir şeyimiz vardır. İradə... Qalanıbəhanədir.

Oxşar xəbərlər

Xəbər lenti

Zəngilanlı aktyor: "Ordan çıxan gün 11 yaşım tamam olurdu" - Video-söhbət
16:30 24 Oktyabr 2020
Türkiyəli yazar vəfat etdi
15:26 24 Oktyabr 2020
Azərbaycanlı rəssamın sərgisi İstanbulda
14:19 24 Oktyabr 2020
Tolstoy hansı şairin qızını sevmişdi? - Elçin yazır...
13:30 24 Oktyabr 2020
Ömürlə peşmanlıq oyunları - Cavanşir Yusifli Kulisdə gedən hekayədən yazır
12:21 24 Oktyabr 2020
Ajda Pekkan: “Azərbaycanlı qardaşlarımıza sevgi göndərirəm”
11:12 24 Oktyabr 2020
Şəhid olan Milli Qəhrəman haqqında film - Video
10:06 24 Oktyabr 2020
Vətənim adamlar - Sevda Sultanova yazır...
09:00 24 Oktyabr 2020
“Pişiyin evi” onlayn göstəriləcək
18:49 23 Oktyabr 2020
Nazirlik Zəngilanda dağılan məscidlə bağlı bəyanat yaydı
18:15 23 Oktyabr 2020
Azərbaycan əsgərinə heyrətlənən erməni hərbçi
17:31 23 Oktyabr 2020
Bütün zamanların ən gözəl aktrisasının həyatı film olur
16:53 23 Oktyabr 2020
Kino tarixinin ən qorxulu filmləri açıqlandı
16:11 23 Oktyabr 2020
Yapon caz ifaçısı Azərbaycan ordusuna pul köçürdü
15:29 23 Oktyabr 2020
Beynəlxalq Türk Mədəniyyəti və İrsi bəyanat yaydı
14:52 23 Oktyabr 2020
Allahı danan müəlliminin başına stul çırpdı, ömür boyu övladı olmadı, qızlığını xalası oğluna qısqandı - Xalq artistindən maraqlı faktlar
14:15 23 Oktyabr 2020
Facebookda yayılan təhlükəli döyüş videoları
13:34 23 Oktyabr 2020
Köçkünlük statusu – Sevinc Elsevər yazır...
12:47 23 Oktyabr 2020
Dağıdılan, dəyişdirilən, yer üzündən silinən abidələrimiz
12:04 23 Oktyabr 2020
“Bitls” qrupunun keçmiş üzvündən yeni albom
11:18 23 Oktyabr 2020