news-inner
clock13:23 calendar-gray 15 Noyabr 2013 view-gray2154 dəfə oxunub
view-gray2154 dəfə oxunub

Dahilərin qəribə işləri

Dahilər insanları yalnız öz əsərləri ilə deyil, qəribə xasiyyətləri ilə də heyrətləndirirmiş. Bu, onlara marağı birə iki artırır.

Kulis.az dahilərin qəribəliklərini təqdim edir.

Edqar Alan Po

Ömrü boyu qaranlıqdan qorxub. Bəlkə də bu onun uşaqlıqda qəbiristanlıqda oxuması ilə bağlıdır. İş orasındadır ki, Edqarın getdiyi məktəb çox kasıb olub Dərsliklər belə yox imiş. Müəllimləri uşaqları yaxınlıqdakı qəbiristanlığa gətirir, qəbirlərin üstündəki doğum və ölüm tarixlərini göstərək uşaqlardan ölənin neçə il yaşamasını soruşurmuş. Uşaqlar elə qəbirin üstündəcə hesablama aparıb düzgün cavabı deməli imişlər. Təəccüblü deyil ki, Edqar dünya ədəbiyyatında qorxulu obrazları məşhurdur.

Viktor Hüqo

1862-ci ildə, məzuniyyətdə olan vaxt “Səfillər” romanına oxucuların münasibətini öyrənmək üçün naşirə bir işarədən ibarət teleqram vurur- “?”

Naşirin cavabı da lakonik olur – “!”.

Bu, bəşər tarixində ən qısa yazışma hesab olunur.

Lev Tolstoy

Tolstoyun qarmaqarışıq xətti varmış. Üstəlik yazısına əlavə və işarələr artırırmış. Onun xəttini yalnız arvadı Sofya Andreevna oxuya bilirmiş. Zavallı qadın “Hərb və sülh”ün üzünü bir neçə dəfə köçürməli olub. Psixatr Lombazo Tolstoyun xəttinə baxaraq onun ruhi pozğunluqları olan, yüngül həyat tərzi keçirən qadına məxsus olduğunu söyləyib.

Mark Tven

Zarafat etməyi öz hobbisinə çeviribmiş. İşdən vaxtı qalan kimi qəzet redaksiyalarına guya öz ölümü haqda yayılan şayiələrə açıqlama göndərirmiş. Mütləq sonunu bu şəkildə bitirirmiş: “Mənim ölümüm haqqında şayiələr həddən artıq şişirdilib”. Bu məktubları ilə redaktorları o qədər bezdirib ki, redaksiyadan ona belə cavab yazırlar: “Çox təəssüf ki”.

Anton Pavloviç Çexov

Arvadı Olqa Knipperə məktublarında standart əzizləmələrdən başqa qəribə müraciətlər də edirmiş: “itim”, “ilanım” və s. Lirik yerlərdə isə “qəlbimin iti dişli timsahı” kimi ifadələrdən yararlanırmış.

Ernest Hemenquey

İctimai çıxışlar etməkdən qorxurmuş. Bundan başqa o ən səmimi oxucularının da təriflərinə inanmırmış. Dostlarındansa danışmağa belə dəyməz.

Onore de Balzak

Öz romanlarını qaranlıq düşəndən sonra, altı şamın işığında yazırmış. Ona elə gəlirmiş ki, gecə sonsuz, nəhayətsizdir, onun sərhədi yoxdur, o fasiləsiz işləyə bilər. Bəzən o saatı geri və ya irəli çəkərək özünə gecə effekti yaradır, pərdələri bərk-bərk bağlayıb yazı masasına otururmuş.

Stiven Kinq

1970-ci ildə Amerika naşirləri bir yazıçının ildə birdən artıq kitab çap etdirməsini məqbul saymırmışlar. O zaman Stiven Kinq, Riçard Baxman təxəllüsü ilə kitablar yazıb nəşr etdirir. 1980-ci ildə bir kitab dükanı satıcısı üslubda dildə oxşarlığı hiss edir və konqresin kitabxanasından öz şübhələrini təsdiqləyən yazı tapır. O naşirləri bundan xəbərdar edir. Kinq onun ağzını yummaq üçün ona müsahibə söz verir. Daha sonra yazıçı mətbuat konfransı keçirib Riçard Baxmanın “təxəllüs xərçəngi”ndən öldüyünü deməyə məcbur olur.

Mopassan

Mopassan Eyfel qülləsinə qıcıq olurmuş. Eyfeli görməyə gözü olmasa da Mopassan qüllənin restoranlarından birində nahar edirmiş. Yazıçı öz hərəkətini məntiqlə də əsaslandırırmış: “Bura yeganə yerdir ki, buradan o lənətə gəlmiş qüllə görünmür”...

news-inner-user
Aliyə

974 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq
17:09 21 Avqust 2019
Dram Teatrında yeni tamaşa nümayiş olunacaq
16:18 21 Avqust 2019
Flora Kərimovanı ağladan, Seymur Baycana yazmamaq üçün qonorar verən Rəşad Məcid – Maraqlı Faktlar
15:31 21 Avqust 2019
Kütlə zay məhsulu sevir... – Ruslan Mollayevin essesi
14:40 21 Avqust 2019
“Matriks” filminin dördüncü hissəsi çəkiləcək
13:23 21 Avqust 2019
Netflix Bill Qeytsin həyatı haqda film çəkir
12:30 21 Avqust 2019
Uşaqların xatirinə kəsmirəm biləklərimi... - Cəlil Cavanşirdən Yeni Şeirlər
11:47 21 Avqust 2019
Azərbaycanlı aktyor hind filminə çəkilir
11:00 21 Avqust 2019
Qadınlar susaraq getməz
10:30 21 Avqust 2019
Son “Rembo” filminin nümayiş vaxtı bəlli olub
09:45 21 Avqust 2019
İsa Muğannanın qızı od püskürdü: “Bu, atama və bizim ailəyə qarşı təhqirdir!” – Müsahibə
08:48 21 Avqust 2019
Xristianlığa meyl edən gənclərimiz - Əsəd Cahangir yazır...
21:00 20 Avqust 2019
Aktyorumuz beynəlxalq mükafat aldı
18:47 20 Avqust 2019
Maestro Niyazinin xatirəsi anılıb
18:06 20 Avqust 2019
Oxuduğuma görə məni döyürdülər
17:34 20 Avqust 2019
AYB sədrliyinə namizəd olan gənc: “Bizə təhdid mesajı gəlib”
16:33 20 Avqust 2019
Xan Şuşinski birinci arvadının istəyi ilə özündən 30 yaş cavan qız almışdı – Maraqlı Faktlar
15:34 20 Avqust 2019
Məşhur sovet rejissoru xəstəxanaya yerləşdirildi
14:16 20 Avqust 2019
Filmimiz daha bir beynəlxalq uğura imza atıb
13:38 20 Avqust 2019
Erkən nikahı çıxış yolu görənlər
12:33 20 Avqust 2019