Bakıda Beynəlxalq Kukla teatrları festivalı keçiriləcək

Bakıda Beynəlxalq Kukla teatrları festivalı keçiriləcək
8 noyabr 2013
# 12:18

Noyabrın 9-da Bakıda “Cırtdan” II Beynəlxalq Kukla Teatrları Festivalı başlayacaq. Kulis.az-ın medeniyyet.az-a istinadən verdiyi xəbərə görə, festival Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) birgə təşkilatçılığı ilə keçirilir.
Bu ildən etibarən Azərbaycan xalq nağılı qəhrəmanı Cırtdanın adını daşıyan festivalda 9 ölkədən 11 kukla teatrı - Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, Böyük Britaniyadan Dorset Kukla Teatrı Kompaniyası, Yaponiyadan "Yuki" Teatrı, İtaliyadan “Teatro Verde Burattini”, "Kapra Ballerina", Bolqarıstandan Tarqovişte Kukla Teatrı, Xorvatiyadan "Zorin dom" Karlovaç Şəhər Teatrı, İsveçrədən "Le Ginyöl A Roulettes" Kukla Teatrı, Macarıstandan İvet Bojik Kompaniyası, Tatarıstandan "Ekiyat" Tatar Dövlət Teatrı çıxış edəcək.
Festivalın açılış mərasimi noyabrın 9-da saat 10:30-da Azərbaycan Dövlət Kukla Teatrında olacaq.
Festival zamanı paytaxtımızda Beynəlxalq Kukla Teatrları Assosiasiyası - UNİMA-nın icra komitəsinin toplantısı keçiriləcək. Toplantıda nüfuzlu beynəlxalq teatr təşkilatlarının rəhbərləri - UNİMA-nın prezidenti Dadi Dorab Pudumyee (Hindistan), UNİMA-nın baş katibi Jak Trüdeu (Paris), Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vais (Kanada), Beynəlxalq Teatr İnstitutunun Yaxın Şərq Ölkələri üzrə koordinatoru İbrahim Assiri (Səudiyyə Ərəbistanı), UNİMA-nın icra komitəsinin üzvləri Tamiko Naito (Yaponiya), Manuela Moran Martinez (ABŞ), Migel Angel Lorefais (Argentina), Karen Anne Smit (Avstraliya), Zang Fan (Çin), Nina Monova (Rusiya), Rafaele Fleuri (Fransa), Anqel Kasado Qarretas (İspaniya), Knut Alfsen (Norveç), İda Xledikova (Sloveniya), Pyer-Alen Roll (İsveçrə), Roni Alfons Antoin Aelbrext (Belçika), Qreta Mariya Brugeman (Belçika) və başqaları iştirak edəcəklər.
Noyabrın 16-dək davam edəcək festivalın tamaşaları Azərbaycan Dövlət Kukla Teatrı, Dövlət Rus Dram Teatrı və Gənc Tamaşaçılar Teatrının səhnələrində nümayiş olunacaq.
Festivalın ilk günündə Azərbaycan Dövlət Kukla Teatrı K.Kollodinin “Pinokkionun sərgüzəştləri”, İtaliyanın Kapra Balerrina Teatrı isə “Yuxuda” tamaşalarını təqdim edəcək. Tamaşalar Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq.
Noyabrın 10-da Böyük Britaniyanın Dorset Kukla Teatrı Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Asılmış vəziyyətdə” tamaşasını təqdim edəcək.
Balacalar noyabrın 11-də Rus Dram Teatrının səhnəsində Macarıstanın İvetta Bojek Kukla Teatrının “Dörd fəsil”, Gənc Tamaşaçılar Teatrında isə İtaliyanın Verde Burattini Teatrının “Bir kral var idi...” tamaşalarına baxa biləcəklər.
Xorvatiyanın “Zorin dom” Karlovaç Şəhər Teatrı noyabrın 12-də Rus Dram Teatrında “Vəfalı dostlar”ı təqdim edəcək. Həmin gün Qax Kukla Teatrı isə Azərbaycan Dövlət Kukla Teatrında Ə.Orucun “Zınqırovlu pişik” tamaşasını göstərəcək.

Xatırladaq ki, I Beynəlxalq Kukla Teatrı Festivalı Bakıda 2011-ci ildə keçirilmişdi.

# 2725 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
Xəccə Abdulla  - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

Xəccə Abdulla - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

10:00 24 aprel 2026
Lüğətə 1700 söz əlavə edən, kart oynamağı və şirniyyatı sevən dramaturq - Şekspir haqqında bilinməyən 15 fakt

Lüğətə 1700 söz əlavə edən, kart oynamağı və şirniyyatı sevən dramaturq - Şekspir haqqında bilinməyən 15 fakt

16:00 23 aprel 2026
Cəhənnəmdə məni gözləyən cəzanın... - Salam Sarvanın yeni şeirləri

Cəhənnəmdə məni gözləyən cəzanın... - Salam Sarvanın yeni şeirləri

12:00 23 aprel 2026
"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

15:00 20 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər