Firəngiz Əlizadə: “Gənclərə deyirəm ki, get o inqilabı yaradıcılığında elə” - VİDEO

Firəngiz Əlizadə: “Gənclərə deyirəm ki, get o inqilabı yaradıcılığında elə” - VİDEO
31 oktyabr 2013
# 10:00

“Düşünürəm ki, biz daha da mükəmməl olmalıyıq. Ona görə ki, bizim Motsart kimi meyarımız var”. Bu fikirləri APA TV-də yayımlanan “Üç valet” verilişinə qonaq olan Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib.

Sualları cavablandıran Firəngiz Əlizadə musiqişünaslarla bəstəkarlar arasında münasibətlərin xarakterinə də toxunub: “Musiqişünaslar bəstəkarlarla konfliktə girmək istəmirlər. Onlar bir məqalə yazırlarsa, bu mütləq komplimentar bir şey olmalıdır. Amma konsertə gəlir və deyir ki, Firəngiz xanım, bu nədir? Heç maraqlı olmadı... Onda yazın bunları. Açıqlayın o insanlara, o bəstəkarlara. Amma bunu təhqir kimi yazmayın. Yol göstərin, bəlkə, gözəl bir açıqlama verin”.

Firəngiz Əlizadə bütün peşə sahibləri kimi, bəstəkarların da problemlərinin olduğunu deyib: “Peşəkar olmayan bəstəkarların əsərləri telekanallarda, tədbirlərdə, şənliklərdə daha çox səslənir. Və bunu tənzimləməyin bir mexanizmi yoxdur. Mənə deyirlər ki, senzura qoyulmalıdır, qadağalar olmalıdır”.

“21-ci ərdə əlinə qələm alıb simfoniya yazmaq böyük işdir” – deyən Firəngiz Əlizadə hesab edir ki, bəstəkarın hansı məktəbi keçməsi böyük şərtdir: “Qara Qarayev deyirdi ki, biz sinifdə bir söz deyib, sinifdən çıxandan sonra başqa bir söz desək, tələbələrimiz bizə inanmayacaqlar. Həyatda da inanmayacaq, yaradıcılıqda da inanmayacaq. Biz tərbiyəni belə kişilərdən almışıq, tərbiyəni belə kişilərdən öyrənmişik. Biz Moskvaya gedəndə, başqa yerlərdə olanda deyirlər ki, harada oxumusunuz. Deyirəm mən Azərbaycanda oxumuşam, Üzeyir Hacıbəyov adına Konservatoriyada, Qara Qarayevin, Cövdət Hacıyevin sinifində. Bu sözü həmişə çox böyük fəxrlə demişəm”.

Firəngiz Əlizadə Bəstəkarlar İttifaqının xətti ilə keçirilən tədbirlərə də toxunub: “Bizim maraqlı tədbirlərimiz olur. Hətta bəzən deyirlər ki, insanları bir yerə yığmaq çətindir, amma yığılırlar. Demək olar ki, hər həftə bir tədbirimiz olur. Maraqlı mövzular da qoyuruq. Məsələn Azərbaycan musiqisində qəzəl problemi. Niyə Üzeyir Hacıbəyli o iki dahiyanə əsərini yazdı, sonra Tofiq Quliyev yazdı və vəssalam, bu proses bitdi. Niyə? Musiqişünasları və qəzəlxanları çağırdıq. Maraqlı bir şey çıxdı ortaya, bizim gənc bəstəkarlar qəzəl nədir bilmir, əruz nədir bilmirlər”.

Bəstəkarlar İttifaqının sədri “Qızıl fond”da saxlanan əsərlərə də toxunub: “Bizim “Qızıl fondu”muz var. O mahnılar hamısı zamanında yazılıb. Bu işlər hamısı o gözəl zamanlarda, Bədii Şuraların fəaliyyət göstərdiyi dövrlərdə həyata keçirilib. Tofiq Quliyev mahnını gətirib Bədii Şuraya təqdim edirdi, ona deyirdilər ki. burada bu söz yerinə düşmür, dəyişin. O gedirdi müəlliflə işləyirdi, o sözləri dəyişirdi. İndi haradadır o Bədii Şuralar?”

Firəngiz xanım hesab edir ki, insan öz həyatından, işindən və ailəsindən zövq almalıdır: “Bu olmasa hər şey mənasını itirir. Mən bəzən görürəm ki, bizim gənclərimiz çox bədbindirlər. Başlayıram bununla söhbət eləməyə və deyirəm ki, get o inqilabı yaradıcılığında elə”.

Bəstəkarlar İttifaqının sədri “Üç valet” verilişində son dərəcə maraqlı açıqlamalar da verib: “Üzeyir Hacıbəylimiz yoxdur. Bilirsiniz, mən onun Müslüm Maqomayevlə bir-birinə yazdıqları məktubları oxuyuram. Hər dəfə ağlayıram. Niyə? Çünki iki dahi sənətkar və iki dahi dostun bir-birinə yazdığı məktublardır. İnsanların belə münasibətləri olsa, gözəl bəhrə verər. Amma indi belə dostluğu az görürük”.

# 2231 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
Xəccə Abdulla  - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

Xəccə Abdulla - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

10:00 24 aprel 2026
Lüğətə 1700 söz əlavə edən, kart oynamağı və şirniyyatı sevən dramaturq - Şekspir haqqında bilinməyən 15 fakt

Lüğətə 1700 söz əlavə edən, kart oynamağı və şirniyyatı sevən dramaturq - Şekspir haqqında bilinməyən 15 fakt

16:00 23 aprel 2026
Cəhənnəmdə məni gözləyən cəzanın... - Salam Sarvanın yeni şeirləri

Cəhənnəmdə məni gözləyən cəzanın... - Salam Sarvanın yeni şeirləri

12:00 23 aprel 2026
"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

15:00 20 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər