news-inner
clock21:00 calendar-gray 13 Sentyabr 2019 view-gray11387 dəfə oxunub
view-gray11387 dəfə oxunub

Osmanlı sultanları Həccə niyə getmirdilər?

7 əsr ərzində demək olar ki, dünyanın ən böyük imperiyasından birinə rəhbərlik etmiş Osmanlı sultanları nədən Həccə getməmişdilər?

Kulis.az bu haqda araşdırmanı təqdim edir.

Tarixi mənbələrəəsaslansaq heç bir Osmanlı sultanı Həcc ziyarətində olmayıb.

Sultan Səlimin Misiri istilasından sonra islam xəlifəliyi statusunun da sultanlara keçməsi ilə dini rəhbər olan sultanlar nədən islamın bu 5 vacib şərtindən birini yerinə yetirməyiblər?

İslam hüququna görə cihad fərzi-kifayədir, həcc isə fərzi-ayindir. Yəni cihad sosial bir ibadət, həzz isə fərdi ibadətdir. Müsəlmanların əmin-amanlığını təmin etmək, onların həyatlarını, malını, namusunu düşməndən qorumaq bir rəhbər kimi sultanların boynuna düşdüyündən onlar üçün əsas şərt müsəlmanları qorumaq olub. Kobud desək, heç bir sultan rəhbəri olduğu müsəlmanların həyatlarını təhlükəyə atıb şəxsi mənafeyi naminə Həcc ziyarətinə gedə bilməzdi. Bu barədə peyğəmbərin bir hədisi əsas götürülürdü. Peyğəmbərə səhabələri sual verir ki, hansı əməl daha fəzilətlidir. O isə cavab verir, Allaha və peyğəmbərinə inam, cihad və Həcc ən fəzilətli əməllərdir. Göründüyü kimi bu hədisdə Həcc üçüncü sırada dayanır.

Fəth, yoxsa Həcc

Osmanlı sultanları biz düşündüyümüz qədər də komfortlu həyat sürməyiblər. IISəlimə qədər bütün Osmanlı sultanlarının ömrü demək olar ki, at belində, səfərlərdə, mübarizdə, fəthlərdə keçib. Qarşılarına islamı yaymaq məqsədi qoyan sultanlar cihad edir, imperiyanı Avropaya doğru genişləndirərək bu yerlərdə islamı yaymağa çalışırdılar. Belə bir halda onların bu fəthləri dayandırıb Həccə getməkləri isə mümkünsüz idi.

Səfər çətinlikləri

Orta əsrlərin şərtlərini nəzərə alsaq İstanbuldan Məkkəyə ziyarətə getmək 3 aydan az olmazdı. Piyada səfər isə daha çox 6-7 aya mümkün idi. Təbii ki, sultanlar heç bir zaman səfərə tək çıxmırdılar. Bu mümkün deyildi. Sultanın səfəri zamanı məiyyəti, hərəmi, xidmətçiləri, yəni demək olar ki, bütün saray onunla getməliydi. Bu da xərc aparan və təhlükəli işdi. Təbii ki, Sultanın təhlükəsizliyini təmin etmək üçün ordu da onunla getməli idi...

Sultanın ordu ilə Həccə ziyarətinə getməsi həm ordunu təyinatı üzrə istifadə etməmək, həm də artıq xərc sayılırdı ki, bu da ciddi ənənələrə söykənmiş Osmanlı dövlətində mümkünsüz idi.

Sultan sarayda olmalıdır

Osmanlı xalqı padşaha olduqca bağlı idi. Sultan vacib səfərlər, fəthlər xaric həmişə taxtda olmalı, ölkənin başında dayanmalı idi. Bundan başqa dövlət sistemində son qərarlar da sultana məxsus olduğundan demək olar ki, dövlətin bütün idarəetmə işlərində sultan özü birbaşa iştirak etməli olurdu.

Sultanın ölkəni aylarla başsız qoyub Həccə getməsi isə xalq içində narazılıq yarada bilərdi. Üstəlik sultanın Həccdə olduğunu bilən düşmən dövlətlər də hücum edə bilərdilər. Saray içində çevrilişlər baş verə, üsyanlar baş qaldırardı.

Bütün bu fitnə-fəsadları önləmək üçün Sultanın sarayda olması vacib idi.

Həccə getmək cəhdi

Bütün bu çətinliklərə baxmayaraq Gənc Osman kimi tanınan IIOsman Həcc ziyarətinə getməyə cəhd göstərib, ancaq qayınatası olan Şeyxülislam Əsəd Əfəndi fətva verərək - “Padşahlara Həcc lazım deyildir, oturub ədl eyləmək əvladır...” - sultanı ziyarətdən daşındırmağa çalışır.

Şeyxin cəhdlərinə baxmayaraq Sultan inadından dönmür, qafiləni hazırlatdırıb yola çıxmaq istəyir. Bu zaman Osmanlıda baş vermiş gərginlik üzündən yeniçərilər üsyan qaldıraraq Gənc Osmanı taxtdan endirərək öldürürlər.

Osmanlının 32-ci sultanı Abdüləzizin isə təğyiri-libas olub Həcc ziyarətinə getdiyi söylənilsə də bu fikir təsdiqini tapmayıb.

Həccə getməməyin əvəzi

Osmanlı sultanları Həccə getməsələr də hər zaman islamın bu müqəddəs şəhərinə hörmət və ehtiramla yanaşmış, Kəbə evinin inşası, təmiri prosesində səxavətlə iştirak etmişlər. Misal üçün, sel nəticəsində dağılanKəbəyi-Müəzzəmənin bugünkü binasını IVMurad tikdirmişdir.

Bundan başqa minarələrin tikilməsi, təmiri, Kəbə örtüyünün dəyişdirilməsi, minarələrin işıqlandırılması, hacıların pulsuzqalması üçün yerlər, su kanalları inşa etdiriblər.

Hər il İstanbuldan Məkkə-Mədinəyə “Surre Alayları”, yəni hədiyyələr, nəzirlər göndərilib.

Hətta Sultan Abdulməcidin zəvvarların ayaqları qumda yanmasın deyə Kəbənin təvaf yerini kaşı ilə döşətdirdiyi və kaşıların üstünə hacıların ayaqlarını basa biləcəyi bir şəkildə adını yazdırdığı da deyilir.

Yuxarıda sadaladığımız məlum səbəblərdən heç zaman Həccə getməmiş Osmanlı sultanları, islam xəlifələri hər zaman bunun mənəvi yükünü duymuş, islamın vacib şərtinin ehtiramını başqa mümkün vasitələr saxlamağa çalışmışlar.

news-inner-user

17180 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

İspaniyada Əhmədiyyə Cəbrayılovun şərəfinə poçt markaları buraxıldı
13:41 03 Dekabr 2020
Kamal Abdullaya yaraşmayan söz - Aydın Talıbzadə yazır...
12:58 03 Dekabr 2020
Koronavirusa yoluxan Mehriban Ələkbərzadə danışdı: "Nəfəs ala bilmirəm"
12:20 03 Dekabr 2020
Ölən arvadının telefonundan özünə zəng edən Həmid kişi – Yeni hekayə
11:55 03 Dekabr 2020
Fəxrəndə Həsənzadə Tağıyev adına qızıl medalla təltif edildi
11:48 03 Dekabr 2020
Xudayarın nəğmə ilə layla çaldığı məzar – Fəridə yazır...
11:10 03 Dekabr 2020
Qar tutan yollarına qurban olum – Laçınlı şairdən qələbə şeiri
10:30 03 Dekabr 2020
"Dəli Maks"ın İmmortal Cosu vəfat etdi
10:01 03 Dekabr 2020
Azərbaycanlı aktyora ikinci dəfə ağır itki üz verdi
09:12 03 Dekabr 2020
Peraşki satan, taksiçilik edən, özünə qız istəyən əsgərlərimiz – Ən kreativ görüntülər
08:56 03 Dekabr 2020
Azərbaycanlı gənc şairin kitabı Təbrizdə çap olundu
18:59 02 Dekabr 2020
Gənc Tamaşaçılar Teatrı dekabr repertuarını təqdim etdi
18:17 02 Dekabr 2020
Bu gecə nəfəsini hiss etdim anidən… - Adilə Nəzərdən yeni şeirlər
17:34 02 Dekabr 2020
Beynəlxalq Muğam Mərkəzinin direktoru UNESCO-nun Baş katibinə müraciət ünvanladı
16:56 02 Dekabr 2020
Qardaşı oğlu məşhur müğənnini oğurluqda ittiham etdi
16:01 02 Dekabr 2020
Əsgər Fərhadinin dünyaca məşhur aktyoru vəfat etdi
15:47 02 Dekabr 2020
Övladını atan, Adil İsgəndərovla düşmən olan, tamaşaçılar tərəfindən söyülən Xalq artisti
15:10 02 Dekabr 2020
Qələbə sevincinə dözməyib ürəyi dayanan Umud kişi...
14:32 02 Dekabr 2020
Azərbaycanlı fotoqraflar beynəlxalq fəxri adlara layiq görüldü
13:50 02 Dekabr 2020
"Əlləddin" tamaşası onlayn nümayiş olunacaq
13:10 02 Dekabr 2020