news-inner
clock13:14 calendar-gray 11 Oktyabr 2013 view-gray7829 dəfə oxunub
view-gray7829 dəfə oxunub

Nobel Mükafatı haqqında bilmədikləriniz

Kulis.Az dünyanın ən dəyərli elm mükafatı haqda maraqlı məlumatları təqdim edir.

Nobel Mükafatı neçə dəfə dünyasını dəyişmiş elm adamlarına verilib? Hansı millətin elm xadimlərinə Nobel almağı qadağan ediblər? Ən çox Nobel alan ölkə hansıdır? Bu suallara birlikdə cavab tapacağıq...

7 oktyabrdan etibarən fizika, kimya, tibb və ədəbiyyat üzrə Nobel Mükafatlarının sahibləri elan olunur.

İlk mükafat Alfred Nobelin vəfatından beş il sonra verilib

Dinamiti kəşf edən, isveçli kimyaçı Alfred Nobelin sərvətini fonda bağışladığını eşidən qohumları məhkəmə vasitəsilə onun vəsiyyətinə etiraz etmişdilər. Beləliklə, ilk Nobel Mükafatı, ixtiraçının ölümündən düz 5 il sonra sahiblərinə təqdim olunub.

Dünyasını dəyişmiş elm xadimlərinə verilən Nobel mükafatları

Əslində Nobel Mükafatı ancaq yaşayan insanlara verilir. Buna baxmayaraq, 1961-ci ildə Nobel Sülh Mükafatına layiq görülən Dag Hammarskyold ilə 1934-cü ildə Nobel Ədəbiyyat Mükafatını qazanan Erik Axel Karlfeldə mükafatları dərhal verilməyib. Namizədlik müddəti ilə mükafatın təqdim olunduğu zaman kəsiyində qaliblər vəfat ediblər. Buna görə də bu şəxslərə mükafatlar ölümlərindən sonra verilib. 1974-cü ildə ölümündən sonra mükafat verilmə qadağan olunub.

İki dəfə Nobel alanlar

Dörd elm xadimi iki dəfə Nobel mükafatı qazanıb. Amerikalı Con Bardeen 1956 və 1972-ci illərdə Fizika üzrə Nobel Mükafatına layiq görülüb. İngilis kimyaçı Frederik Sanger 1958 və 1980-ci illərdə Nobel alıb. Amerikalı kimyaçı Linus Paulinq fərqli nominasiyalarda 1954-cü ildə Kimya üzrə Nobel mükafatı, 1962-ci ildə isə Nobel Sülh Mükafatı alıb. İki dəfə Nobel Mükafatı almış ən məşhur qadın elm xadimi Mariya Kuridir.

Qadınlara verilən Nobel Mükafatının sayı azdır

Mariya Küri 1903-cü ildə radiasiya tədqiqatlarına görə, 1911-ci ildə kimyəvi elementlər – polonium və radiumun tapılmasına görə mükafat alıb.

Dünən Nobel Ədəbiyyat Mükafatının qazanan kanadalı yazıçı Alince Munroyla birlikdə Nobel alan qadınların sayı 45 nəfərdir. Onların arasında ancaq 16 nəfər elm üzrə qalib olub. Qadınlara elm nominasiyasında verilən Nobel mükafatları üç faiz təşkil edir.

Mükafatdan imtina edənlər və mükafat alma qadağası

Vyetnamlı məşhur siyasi xadim Le Duc Tho ölkəsindəkivəziyyəti əsas gətirərəkmükafatı qəbul etməyib. FransızyazıçıJan-Pol Sartr isəhərcür rəsmi mükafata qarşı olduğu üçün Nobel Ədəbiyyat Mükafatından imtina edib. Elm nominasiyalarında mükafatlardan imtina hallarına rast gəlinməyib.

Hitler Almaniyasındaisə alman elm adamlarının Nobel almağı qadağan olunub. 1938-39-cu illərdə iki kimya, bir tibb üzrə olmaqla üç alman elm xadiminin namizəd olmasına baxmayaraq onlar mükafat ala bilməyib.

Ən çox Nobel Mükafatı alan ölkələr

Üç elmi nominasiyada ən çox NobelMükafatı alan ölkələr arasında Amerika Birləşmiş Ştatları (ABŞ) başda dayanır. Fizika, kimya və tibb sahəsində mükafatların 43 faizi ABŞ-dan olan elm adamlarına verilib. ABŞ-ın ardından müvafiq olaraq Almaniya, İngiltərə və Fransa gəlir.

Oxşar xəbərlər

Xəbər lenti

Əsgərlərlə birlikdə dağa odun daşıyan, öz hesabına kazarma tikdirən, evini şəhid ailəsinə bağışlayan komandir
10:14 15 İyul 2020
XVI əsrdə yaşamış Azərbaycan şairinin şeirlər toplusu tapılıb
10:01 15 İyul 2020
Bu yazıçılar müharibədə iştirak ediblər - Siyahı
09:00 15 İyul 2020
Sorrentino Maradona haqda film çəkir
18:52 14 İyul 2020
İtkin düşən aktrisanın cəsədi tapıldı
18:12 14 İyul 2020
Etimad Başkeçidin səs-küylü hekayəsi: Veyil dərəsi
17:33 14 İyul 2020
Adını duaya çevirib Tanrıya pıçıldamaq...
16:52 14 İyul 2020
Məşhur aktyor koronavirusdan öldü
16:21 14 İyul 2020
Dünya gözlərinlə mənim aramda keçir... – Adonisin şeirləri
15:39 14 İyul 2020
Con Travoltaya ağır itki
15:00 14 İyul 2020
Türkiyəli yazıçı vəfat etdi
14:21 14 İyul 2020
Artur Rasizadə: “Hüseyn Cavidin evində qalırdıq”
13:40 14 İyul 2020
Ağ ölümə qurşandı, səsini və ailəsini itirdi, mənzilində ölü tapıldı – Elçin Cəlilovun faciəvi həyatı
13:01 14 İyul 2020
Yazıçılar Birliyi bəyanat verdi - Mətn
12:26 14 İyul 2020
Şəhriyar del Gerani: “Oxuculardan üzr istəyirəm”
11:52 14 İyul 2020
Güllələr demədi geri qayıdın - Günün şeiri
11:08 14 İyul 2020
Şəhid uşaqlarının ürək parçalayan fotoları – Onlara bu travmanı yaşatmayaq
10:30 14 İyul 2020
Stiven Kinqin hekayələri film olacaq
09:58 14 İyul 2020
Sonsuz - Şərif Ağayardan yeni hekayə
08:57 14 İyul 2020
Mübariz Örəndən yeni hekayə: İlıq
21:00 13 İyul 2020