Nobel Kanadaya getdi

Nobel Kanadaya getdi
10 oktyabr 2013
# 15:01

2013-cü ilin ədəbiyyat üzrə Nobel mükafatı kanadalı yazıçı Alice Munroya verilib.

Kulis.Az-ın verdiyi məlumata görə, Alice Munro 1931-ci ildə anadan olub.

Nobel Komitəsi "müasir qısa hekayə janrındakı ustalığına görə" Alice Munronu qalib elan edib.

Alice Munronu "Kanadanın Çexovu" adlandırırlar. On üç hekayə kitabından başqa bir roman müəllifidir.

Hekayələrində Kanadanın kiçik qəsəbələrində yaşayan insanların həyatlarından bəhs edən Munro sevgi və ölüm kimi mövzuları ön plana çıxarıb.

Munronun hekayələrində ana xəttində qadınlar dayanır. Ana-qız, qız-ana-nəvə, ata-qız münasibətləri Munro yaradıcılığının əsasını təşkil edir.

Munronun qadın obrazları mədənidir, kitab oxuyandır, Virciniya Vulf, Ceyms Coysu oxuyub müzakirə edirlər.

Məsələn, “Kortes Adası” hekayəsindəki kiçik gəlin obrazı yazıçı olmağa çalışır. “Bəzi qadınlar” kitabındakı “Hekayə” adlı yazısında da yazıçı olan Kristinadan danışılır.

Alice Munro 78 yaşında "Man Booker" alıb.

Qadın yazıçının Türkiyədə “Cocuklar kalıyor” (The children stay), Bazı kadınlar (orijinalda kitab başqa içindəki başqa hekayə ilə adlandırılıb: “Too Much Happiness”), “Kaçak” (Runaway) kitabları çap edilib.

Rus dilində "Настоящая жизнь", "Личо" və “Жребий” hekayələri çap olunub.

# 4469 dəfə oxunub

Oxşar xəbərlər

Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

14:00 17 sentyabr 2026
"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi  - Riçard Brotiqan kim idi?

"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi - Riçard Brotiqan kim idi?

16:00 16 sentyabr 2026
"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

15:30 16 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər