Ərindən nərdivan kimi istifadə edən kim idi?

Ərindən nərdivan kimi istifadə edən kim idi?
4 oktyabr 2013
# 07:45

Kulis.az reklam haqda 16 maraqlı faktı təqdim edir.

  • Gün ərzində reklama dünya üzrə 500 milyard dollar xərclənir.

  • 65 yaşına kimi hər bir insan orta hesabla 2 milyona yaxın reklam çarxı izləyir.

  • İlk standart reklam lövhəsi Amerikada 1900-cü ildə yaradılıb. Məhz o zaman magistralların kənarında bilbordlar yerləşdirmək ideyası yaranıb.

  • Bir uşaq orta hesabla ildə 40 min reklam çarxına baxır. Bu isə günə 100 çarx deməkdir.

  • İndiyə kimi ən çox şikayət gələn reklam roliki Avstraliyada bir klinikanın kişilərdə ereksiya probleminin həlli ilə bağlı reklamı olub. Müalicənin səmərəliliyini göstərmək üçün roliki belə çəkmişdilər: qadın şkafın yuxarı gözündən nəsə götürmək istəyir, ancaq əli çatmır, ərini çağırır, ərinin cinsi orqanından nərdivan kimi istifadə edərək yuxarı qalxır.

  • Müəyyən edilib ki, ABŞ-dakı dərman firmaları reklama daha çox pul xərcləyirlər, nəinki tədqiqatlara.

  • Reklam çarxlarında seksual obrazlardan istifadə edilməsi yeni metod deyil. Soyunmuş qadın fotosuna 1800-cü ildə tütünün çap reklamında rast gəlmək olardı.

  • Belə hesab edilir ki, ilk dəfə reklam çarxında homoseksualdan İKEA istifadə edib. 1994-cü ildə hazırlanmış çarxda, bir neçə kişi dükanda gəzərək mebel seçirdilər.

  • 2009-cu ildə “Disney”in bir reklamı qadağan olunub. Reklam posterində qız futbolkada dayanıb və aşağıdan yazılıb: “Köynəyimi çıxart, daha çox görəcəksən...”

  • Psixoloqlar deyir ki, 8 yaşına qədər uşaqlar reklamlara tənqidi gözlə baxa bilmirlər. Yəni onlar reklam rolikində təqdim edilənləri həqiqi, obyektiv qəbul edirlər.

  • İlk pullu reklam ABŞ-ın “Boston News Letter” qəzetində 1704-cü ildə verilib. Bu bir mülkün satışı ilə bağlı elan olub.

  • Tarixdə ən bahalı reklam kampaniyası ABŞ-da 2008-ci ildə keçirilən seçkilərdə olub – 2.6 milliard dollar. Həmin kampaniyada Barak Obama 310 milyon, Con Makkeyn isə 136 milyon dollar xərcləyib.

  • İnsanları reklam edilən məhsulun alınmasına həvəsləndirmək üçün onların psixoloji ehtiyacları-seks, qorxu, özünümüdafiə instinkti, ləyaqət hissi, hakimiyyət hərisliyi nəzərə alınır.

  • Məhsula şübhə ilə yanaşanları cəlb etmək üçün müasir dövrün reklamlarında məhsul haqda informasiya və faktdan daha çox, emosional tərəflərə üstünlük verirlər.

  • Reklam verənlər arasında ən böyük qrup ərzaq məhsulları istehsalçılarıdır.

  • Son dövrlərdə ən sürətlə inkişaf edən sahə internet reklamlarıdır. 2000-ci ildə ABŞ-da internet reklamlarına 8.1 milyard dollar xərclənib. Bu il üçün proqnoz 42 milyard dollardır.
# 6622 dəfə oxunub

Oxşar xəbərlər

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

13:30 13 sentyabr 2026
Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

10:00 13 sentyabr 2026
Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

15:00 12 sentyabr 2026
Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

12:05 12 sentyabr 2026
Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

14:00 11 sentyabr 2026
"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

13:30 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər