“Niyə erməniləri qoruyursan, axırın pis olacaq”

“Niyə erməniləri qoruyursan, axırın pis olacaq”
3 oktyabr 2013
# 07:45

Kulis.Az tanınmış türk əsilli italyan rejissoru Ferzan Özpeteyin Türkiyənin "Hürriyət" qəzetinə müsahibəsinin bəzi parçalarını təqdim edir.

- Ərtoğrul Özkök sizin haqqınızda “İtaliyada Antonioni, Viskonti, Fellini nəslinin bugünkü nümayəndəsi”, – deyir. Razısınızmı?

- 2011-2002-ci illər idi. Mükafatlandırma mərasimlərindən birində Ettore Skole (İtaliyan ssenaristi və rejissoru – tərc.) “Fellinilər, Viskontilərdən sonra kinomuzda artıq Ferzan Özpetek var” – sözləri ilə başlayan nitq söylədi. O mənim üçün əfsanədir. Çox həyəcanlandım. “Sən mənim üçün həmişə yüksəklərdəsən” demişdi. Onda “Cahil Pərilər” (Özpetekin 2001-ci ildə çəkdiyi film – red.) yeni çıxmışdı, fırtına kimi səs-küy qopartmışdı.

- İtalyanlar Türkiyədə baş verənləri (Gəzi parkı hadisələri –red.) izləyirdimi?

- Özü də necə. Nələrsə “Yox” deyildi. Hər ölkədə deyilmir. Qarşı tərəf də bununla fəxr etməlidir.

- Çox sərt tvitlər yazırdınız. Reaksiyalar gəldimi?

- Mənim dərdim orda üzünə qaz sıxılan insanlardır. Memet Ali Alaboraya görə narahat oldum. Pazolini kimi adamı öldürdülər İtaliyada. Sağın və solun ona qarşı hazırladığı mühit idi onu öldürən. Keçən dəfə Hrant Dinklə bağlı tvit yazdım. Biri mənə: “Niyə erməniləri qoruyursan, axırın pis olacaq” kimi şeylər yazdı. Əsəbimdən partlayırdım, ona qədər saydım, cavab yazmayıb sildim.

- Kino ilə cəmiyyəti dəyişməyi hədəfləyirsiniz?

- Yox. Həyatı, həyatda qarşılaşdığımız tipləri göstərirəm. Amma “Cahil pərilər”in yaratdığı sosial dəyişiklikdən də danışa bilərik. Geyliklə bağlı şeylər, məsələn. Bilərək etmirəm, içimdən belə gəlir.


- Kim yaxşı film çəkir Türkiyədə?

- Nuri Bilgə Ceylan. “Nəfəs” və “Çoğunluk” filmlərini çox bəyəndim. “Lal gecə”ni çəkən Reis Çelik, “Sonbahar”ı çəkən Özcan Alper. Belmin Söyləməzdən yaxşı bir film gözləyirəm. “Körpüdəkilər”i də unutmayaq.

- Türk aktyorları necədir?

- Çox yaxşıdırlar. Seriallarda bəzi xüsusiyyətlərini itirirlər, amma bunu rahatlıqla geri qaytarmaq olur. “Kayıp şehir” serialındakılar çox yaxşı idi.

- Seriallara baxırsınız?

- Türkiyə seriallarına yox, amerikan seriallarına baxıram. “Game of Thrones”, “Homeland”, “Spartaküs” sevdiklərimdir.

- Filmi beyninizdə çəkəndə türkləri, yoxsa italyanları düşünürsünüz?

- Bununla ölçmürəm. Əsas mənim nə qədər xoşuma gəlməyi və məni nə qədər həyəcanlandırdığıdır.

- İtaliyada, yoxsa burada daha çox izlənirsiniz?


- Təbii ki İtaliyada. Təxminən 1,5 milyona çatır, ən aşağısı 780 min izləyici olar.


- Cem Yılmazla yenə işləyəcəksiniz?

- Ola bilər. Mükəmməl aktyordur. Çox intizamlıdır. Hər şeyi vaxtında edir. Üşüyər, deməz. Acar, deməz.

- Başqa hansı türk aktyor var ağlınızda?

- Kənan İmirzalıoğlunu çox xoşlayıram. “Kayıp şehir”də oynayanları. Gökçe Bahadır, Binnur Kaya çox yaxşıdılar.

- Beren Saat, Tuba Büyüküstünü necədir?


- Yaxşı şeylər ortaya qoya biləcək aktrisalardır.

- Tuncel Kurtizi itirdik. Tanıyırdınız?


- Yemək, içmək və qəhqəhə ilə keçən vaxtlarımız olub. Sözü üzə deyən biriydi. İnsan kimi də, aktyor kimi də mükəmməl idi.

# 4627 dəfə oxunub

Oxşar xəbərlər

44 bədii filminin yeni tizeri yayımlandı - "Əsas məqsəd"

44 bədii filminin yeni tizeri yayımlandı - "Əsas məqsəd"

14:52 14 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristləri kəşfiyyatçının ölümünə görə dindiriləcək

"Kurtlar Vadisi"nin ssenaristləri kəşfiyyatçının ölümünə görə dindiriləcək

12:40 14 sentyabr 2026
İsrailli nazir Qəzza haqqında film çəkən rejissorların vətəndaşlıqdan çıxarılmasını tələb etdi

İsrailli nazir Qəzza haqqında film çəkən rejissorların vətəndaşlıqdan çıxarılmasını tələb etdi

12:00 14 sentyabr 2026
Məşhur prodüser vəfat etdi

Məşhur prodüser vəfat etdi

11:20 14 sentyabr 2026
44 filminin yeni tizeri yayımlandı

44 filminin yeni tizeri yayımlandı

17:38 12 sentyabr 2026
Zvyaqinstsevin filmi Fransanı "Oskar"da təmsil edəcək

Zvyaqinstsevin filmi Fransanı "Oskar"da təmsil edəcək

17:19 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər