news-inner
clock12:24 calendar-gray 19 Sentyabr 2013 view-gray3442 dəfə oxunub
view-gray3442 dəfə oxunub

Ətağanı ziyarət edən dahi italyan rejissoru

“Antonioni xasiyyətcə tünd adamdır, şıltaqlığı var, az danışmağı xoşlayır... ehtiyatlı olun. “Hə”, “yox” qətiyyətində tələsməyin”.

1976-cı ildə Moskvadan Bakıya bu məzmunda teleqram gəldi. Mərkəzdən Italiya kino nümayəndəliyini “Azərbaycanfilm” kinostudiyasının direktoru, yazıçı Cəmil Əlibəyovun qarşılaması və müşayiət etməsi göstərişi verilmişdi.

Dünya kinosunun əhəmiyyətli simalarından biri, italyan rejissoru Mikelancelo Antonioninin və yazıçı, ssenarist Tonino Querranın Bakıya səfərinin səbəbi isə “Çərpələng haqda pritça” film layihəsi idi.

İtalyanların SSRİ-də çəkmək istədiyi filmin ssenarisinin məzmunu beləydi:

Bir qəsəbədə qum fırtınası qarşısına çıxan hər şeyi silib-süpürür. İnsanlar vahimədən gizlənir. Uşaqlar çərpələngləri atıb qaçır. Fırtınadan sonra aydın olur ki, bütün çərpələngləri külək parçalayıb. Yalnız bir uşağın, Osmanın çərpələngi hələ də yuxarıdadır. Çərpələng uçduqca uçur, sakinlər ona çoxlu ip sarıyrlar ki, əllərindən buraxılmasın. Sonra məsələyə astronomlar qarışır, çərpələngin kosmik məkanda göründüyünü, yoluna davam etdiyini, ipin düyünlərindən birinin isə çoxdan qırıldığını deyirlər.

İplər müxtəlif rənglərdə yerə enir. Bir qoca yerin insan üçün yararlı olmayacağını, yeni planet axtarışı zamanı çərpələngin yol göstərəcəyini deyir. Xəyalən Osman 100 il irəliyə aparılır və həmin zamanda insanların çərpələngin düşdüyü naməlum planetdə yaşamağa məhkumluğu göstərlir”.

Antonioni filmi Orta Asiya respublikalarından birində çəkmək istəyirdi.

O, Querra ilə birlikdə Özbəkistan və Türkmənistana səfər edir. Özbəkistana valeh olan, onu Qərb tamaşaçısı üçün “yeni, gözəl dünya” adlandıran müəlliflər ssenarini həvəslə işləyirlər.

Amma Moskva filmin Qafqazda çəkilməsini təklif edir.

Beləcə, 1976-cı ildə Bakıya səfəri zaman Antonioni və Querra Azərbaycanın kino, ədəbiyyat adamları ilə görüşür. Onların arasında Maqsud İbrahimbəyov, Anar, Eldar Quliyev də vardı.

Çəkiliş üçün tələb olunan naturanı göstərmək o zamanın gənc rejissoru Ziya Şıxlinskinin boynuna düşür.

Təbii ki, qonaqlar restorana dəvət olunur, Azərbaycan təamlarından dadır. Cavan Zeynallı onlar üçün italyan mahnısı oxuyur. Antonioni sonra deyib ki, Bakıda özünü İtaliyadakı kimi hiss edib.

Azərbaycanlıların “italyan kinosunun gələcəyini hansı gənc rejissorla bağlayırsız” sualının cavabında Antonioni deyib: “Yaradıcılıq yaşla yox, insanın dünyaya deyiləcək sözünün olması ilə bağlıdır”.

O, Bertoluççinin, Fellininin, sovet rejissorlarından isə Tarkovski və İoselianinin adını çəkib.

Bakıda ona köhnə qəbirsrtanlıq göstərilməsini istəyən Antonionini Mərdəkan qəbirstanlğına aparırlar. Səfərdə onu müşayiət edən C.Əlibəyov danışır:

“Cır-cındır içərisində olan ziyarətçilər qəbrin önündə süfrə açıb səliqəsiz, pinti bir mühitdə nahar edirdilər. Yerli adam Ətağanın müqəddəsliyi haqda ağızdolusu danışanda mən xəcalət çəkdim, tərcüməçiyə rusca başqa şey danışdım. Müqəddəs yerə belə münasibətə görə xalqın mənliyinə başqa gözlə baxıla bilərdi.

...Antonioninin bütün şıltaqlıqlarına dözdük (maşını bərk sürsün, sürdürdük, başqa bir qəbirstanlıq göstərin, göstərdik). Ancaq birinə əməl edə bilmədik. Vertolyot istədi, Azərbaycana quş uçuşundan baxmaq niyyətindəydi. Buna bizim nə maddi imkanımız vardı, nə də siyasi səlahiyyətimiz. Dedi ki, mən Iran şahından vertolyot alaram. Xahiş elədik ki, səma səfərini çəkilişə hazırlıq ərəfəsinə təxirə salsın. Görünür, inanmışdı. ”

Pinsipial razılıq olsa da layihə gerçəkləşmədi. Sovet tərəfi mühitin, qəhrəmanların obrazını dəyişmyi təklif edirdi. Çünki çox şeylər sovet reallığından uzaq idi, məsələn, mer əvəzinə sovet rəhbər tipi təklif edilirdi.

Həm də Dövlət Kinematoqrafiya Komitəsi montajın Moskvada edilməsini və ümumiyyətlə, filmin bütün hüquqularının SSRİ-də saxlanılmasını istəyirdi.

Filmin çəkilişinə Mərkəzi Komitənin ideoloi şöbəsi da mane olmuşdu. Onlara məlumat verilmişdi ki, Antonioninin “Zabriskie Point” dramı Amerika hakimiyyətinə xoş gəlməyib, “Çjun Qo, Çin” sənədli filmi isə Çinin hakimiyyət dairələrində narazılıq doğurmuşdu. Bunları nəzərə alan ideoloji şöbə “düzgün olmayan film” çəkilməsindən narahat idilər.

Bu səbəblərdən film alınmadı. Bir neçə il sonra Antonioni müsahibəsində hələ də filmi çəkmək arzusunun olduğunu demişdi.

Keçən il isə rejissor Ziya Şıxlinski bu səfər haqda “Bu yol hara gedirdi” sənədli filmini çəkib. Filmdə Qobustan təsvirləri ilə yanaşı çərpələng obrazı da canlanır.

Querra sonralar yazırdı: “Bizi Bakıdan çox, onun ətrafı, Abşeron kəndlərinin estetikası heyrətləndirdi. Ordakı füsunkar təbiət təsvirləri, vadilər, məzarlıqlar, dirəklər və onlar arasındakı dəmir yolu. Bu yolun hara getdiyini biz öyrənə bilmədik. Bu mənzərə bizim həmin vaxtadək gördüklərimizin içində ən gözəli idi”.

P.S. Yazıda Aydın Kazımzadənin Cəmil Əlibəyovdan aldığı müsahibədən istifadə olunub.

Oxşar xəbərlər

Xəbər lenti

Sonsuz - Şərif Ağayarın hekayəsi
17:00 11 May 2021
Filmimiz Braziliyada beynəlxalq festivalda sertifikata layiq görülüb
15:50 11 May 2021
Soljenitsının Nobel almasının gizlinləri
14:45 11 May 2021
İntəhasız acı nəğmə - Qorki haqqında esse
13:25 11 May 2021
Sevgiliyə gül uzadan əllərin tənhalığı - Ramil Əhməddən yeni şeirlər
12:00 11 May 2021
Tom Kruz mükafatlarından imtina etdi - Qalmaqal
11:30 11 May 2021
“Qarabağa sülh, sevgi və ümid” adlı xeyriyyə konserti keçiriləcək
10:26 11 May 2021
II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı
09:00 11 May 2021
Berlin Film Festivalı açıq havada keçiriləcək
17:35 10 May 2021
Musa Dədə əbədiyyət yaşında - Fərid Hüseyn yazır...
15:51 10 May 2021
Çingiz Qənizadə: “Kəramət Böyükçölü maliyyələşdirib üstümə göndərənləri yaxşı tanıyıram” – Müsahibə
14:30 10 May 2021
Leonardo da Vinçinin çəkdiyi rəsm hərraca çıxarılacaq
13:45 10 May 2021
Məşhur yazıçı vəfat etdi
12:30 10 May 2021
Allah üçün bənna kimdir? - Şəhriyar Del Gerani yazır...
11:30 10 May 2021
Türkiyəli bəstəkar Qarabağ Zəfərinə mahnı bəstələdi - Video
10:20 10 May 2021
Kimi Kreml xəstəxanasına müalicəyə göndərdi, kimi "KQB"-nin qəzəbindən qorudu? – Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələr
09:30 10 May 2021
Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi
19:45 09 May 2021
Ədəbiyyatımızın ən gözəl müharibə şeirləri - Mətnlər
14:28 09 May 2021
9 May qələbəsində rus arağının rolu - “Tamamilə məxfi” sənədlər
10:30 09 May 2021
Paşinyan Cıdır düzündə “Yallı” gedəndə – Bircə yazır...
09:01 09 May 2021