news-inner
clock12:05 calendar-gray 10 Sentyabr 2013 view-gray2418 dəfə oxunub
view-gray2418 dəfə oxunub

Vaqif Nəsib: "Anarı qatil hesab edirəm”-MÜSAHİBƏ

Kulis.az yazıçı Vaqif Nəsibin müsahibəsini təqdim edir

- Vaqif müəllim, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinin sizə münasibəti heç də birmənalı deyil. Bu münaqişənin kökündə nə dayanır?

- Anarla bizim münasibətlərimizin yaxşı vaxtında Yazıçılar Birliyinə əlavə bir katib yeri verilmişdi, həmin katib səsverməylə seçilmirdi, təyinatla olmalı idi. Mən Anardan xahiş eləmişdim ki, həmin vəzifəyə Vidadi Paşayevi təyin eləsin. Vidadi Paşayevi nisbətən yaşlı nəsil yaxşı tanıyır. O, məndən də, Anardan da qat-qat savadlı insan idi. Anar mənə söz verdi ki, Vidadini katib təyin edəcək. Amma sonra həmin vəzifəyə indiyə qədər də Yazıçılar Birliyində fəaliyyətinin nədən ibarət olduğu bilinməyən Çingiz Abdullayev təyin olundu. Çingiz Abdullayev Azərbaycan ədəbiyyatına, mənəviyyatına dəxli olmayan, əcaib-qəraib romanlar yazan bir adamdır. Mən Anarı Vidadi Paşayevin qatillərindən biri hesab edirəm. Anar Vidadinin ağıllı, aydın gözlərini gözünün qabağına gətirib əzab çəkməlidir. Münaqişənin kökü burdan başladı. Mənim sözüm yerə düşdüyü üçün filarmoniyada keçirilən qurultayda Yazıçılar Birliyinin üzvlük biletini üstlərinə tullayıb ordan ayrıldım. Bir müddət keçəndən sonra münasibətlərimiz nisbətən qaydasına düşmüşdü. Günlərin bir günü qayğıkeş adamlarımızdan biri Elçin mənə dedi ki, sən Prezident təqaüdü üçün bir ərizə yaz, çünki sən bu təqaüdə hamıdan artıq layiqsən. Mən gəlib bunu Anara dedim, Anar mənə dedi ki, Elçin səni aldadıb. Əvvəla, səndən də qabaq xeyli adam var, yığılın bir yerə, məsləhətləşək, görək kimə vermək olar, kimə vermək olmaz. Dedim axı siz hamıdan yaxşı bilirsiniz ki, kimlərə vermək lazımdır. İndi çox təəssüf ki, bu təqaüd az qala, istedadsız adamlar təqaüdünə çevrilib. Bu təqaüdü alanların böyük əksəriyyəti istedadsız adamlardır. Baxın görün, bu təqaüdü indiyədək kimlər alıb. Rəhmətlik Fətəli Sahib, Ramiz Heydər, Xanımana Əlibəyli,-bu adam cəmi-cümlətanı bircə “Dovşanın ad günü” adlı cicilləmə yazıb-sağlardan Xeyrəddin Qoca, Ramiq Muxtar, daha kimlər... Bir dəfə Anar utanmadan demişdi ki, onlar bilməlidirlər ki, bu təqaüd yazıçıların sosial vəziyyətinə görə deyil, istedadına görə verilir. Mən də buna cavab olaraq “Yalanların yeddi rəngi” adlı bir məqalə yazdım. O yazıda qeyd eləmişdim ki, sənin atan Rəsul Rza “Rənglər” əsərini yazıb, o əsərdə rənglərin simfoniyasını yaradıb. Sən də yalanların rəngini yaradırsan və o rənglərdən istifadə edirsən, ağ yalan danışırsan, qırmızı yalan danışırsan, sarı yalan danışırsan. Rusdilli yazıçılarımızdan ən istedadlısı Natiq Rəsulzadədir, ona bu təqaüd verilmir, Azərbaycan vətəndaşı olmayan, hətta müsəlmançılıqdan çıxıb boynundan xaç asmış Alla Axundovaya verilir. Təsəvvür edin, yaradıcılığından araq qoxusu gələn Mənsur Vəkilov bu təqaüdü alıb. İmama ağlayanda heç olmasa, arada Yezidə də ağlamaq lazımdır. Yaradıcılığı “üç badam bir qoz”dan ibarət olan Fikrət Qocaya dedim ki, Anara de belə olmaz. O da Anarı müdafiə elədi ki, yox, hər halda Anar düz danışır. Onlardan birdəfəlik incidim. Biz Anarla “Qobustan” jurnalında 8-9 il birlikdə çalışmışıq. Onun əsərləri haqqında məndən soruşanda həmişə obyektiv fikrimi demişəm. “Dədə Qorqud”u mənə oxumuşdu. Dedim Anar, incimə, bu əsərə gərək iki imza qoyulsun: Azərbaycan xalqı və Anar. Biz Anarla eyni dövrün yazıçıları olmuşuq. Amma təəssüf ki, o, bizə yuxarıdan aşağı baxdı, özünü qaldırıb dağ başına qoydu, bizi cılız adamlar kimi gördü.

- Deyilənə görə payızda nəhayət ki, Yazıçılar Birliyinin qurultayı keçiriləcək. Siz bu qurultaydan nə gözləyirsiniz?

- Heç nə gözləmirəm. Çünki Anar o təşkilatı çox hörmətsiz bir təşkilata çevirib. Rəhmətlik Heydər Əliyev yazıçılara çox böyük qayğı göstərdi, bu təşkilatın dövlət büdcəsindən maliyyələşməsinə göstəriş verdi. Neçə ildir ki, ədəbi orqanlar mütəmadi nəşr olunur, yazıçılar qonorar alırlar, bu, çox yaxşıdır. Burda Anarın heç bir xidməti yoxdur. Bu adamın gözlərindən vəzifə hərisliyi yağır.

Anarın “obyektivliyi” sayəsində Yazıçılar Birliyinin üzvlərinin sayı durmadan artır. Biz o zaman üzv olanda təşkilatın cəmi 200-300 üzvü vardı, indi 1500-ü keçib. Olsun. Amma Yazıçılar Birliyi bu adamların heç bir sosial tələblərini ödəyə bilmir, bəs onda niyə onları üzv edirsiniz? Anar indidən öz ətrafı üçün Koroğlu kimi dəlilər seçir, yəni qurultay nümayəndələri seçir, bu adamlar da təbii ki, Anara səs verəcək adamlardır. Bu vəziyyətdə lap Nobel mükafatı almış yazıçı da sədrliyə namizədliyini versə, seçilməsi qeyri-mümkündür. Anar könüllü şəkildə vəzifədən getsə də yerinə Rəşad Məcidvari bir adamı seçəcəklər. Yazıçılar Birliyinin necə kadrlar yetişdirdiyi hamıya məlumdur. Orda Anara və Fikrət Qocaya qulaq asmayan yeganə adam rəhmətlik Ələkbər Salahzadə idi, o, bunların göndərdiyi istedaddan məhrum şeirləri, hekayələri çap etmirdi. Onu da təqaüdçü “Qobustan” jurnalına göndərməklə cəzalandırdılar. Bunları deməyin də bir xeyri yoxdur. Onsuz da dəyirman bildiyini edir, çax-çax baş ağrıdır.

- Deyilənə görə, “Ədəbiyyat qəzeti”nin rəhbərliyində də dəyişiklik olacaq. Sizcə, baş redaktorun dəyişməsi qəzetin keyfiyyətinə təsir göstərə bilərmi?

- “Ədəbiyyat qəzeti” rəhmətlik Sabir Əhmədlinin baş redaktorluğu dövründə çox yüksək səviyyədə çıxırdı, amma Anara qəzetin keyfiyyəti lazım olmadığı üçün onu vəzifədən kənarlaşdırıb özünə vəfalı bir adamı, Ayaz Vəfalını baş redaktor təyin etdi. İndi o da görünür, vəfasından tam istifadə edə bilməyib, vəfasızlıq edib, ona görə onu çıxarırlar. Anarın üzünə günəbaxan kimi gülən adam təyin olunacaqsa, yenə bu qəzet belə keyfiyyətsiz çıxacaq. Əslində bu qəzetə çevik, operativ, prinsipial bir adam rəhbərlik etməlidir. Bir misal deyim, rəhmətlik Mehdi Hüseyn Yazıçılar Birliyinə rəhbərlik edəndə “Ədəbiyyat qəzeti”nin baş redaktoru Qasım Qasımzadə idi, o sərt qadağalar dövründə az qala qəzetin hər sayında Mehdi Hüseyn tənqid olunurdu. İndi ədəbi proses sıradan çıxmış bir vəziyyətdədir, ədəbi prosesi nə Yazıçılar Birliyi, nə də onun orqanları tənzimləyə bilir.

- Vaqif müəllim, xeyli vaxtdır Yazıçılar Birliyinin ədəbi orqanlarında əsərləriniz çap olunmur. Sizə qadağa qoyulub, yoxsa özünüz əsər təqdim etmirsiniz?

- Bir dəfə Vaqif Yusifliyə dedim ki, təzə romanımı “Azərbaycan” jurnalına təqdim etmək istəyirəm. Sonra mənə dedilər ki, İntiqam Qasımzadə deyib ki, bu utanmır, Anarla bu cür münasibətdə ola-ola, hələ bir jurnala əsər də vermək istəyir? Bax, belə. Mən sonuncu romanım olan “Sənsizlik, mənsizlik, onsuzluq” əsərimi “Azərbaycan” jurnalına təqdim edəcəm. Vəziyyət onda bilinəcək.

news-inner-user
Kənan Hacı

193 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020